Qüdsi Osmanov qalmaqalı böyüyür: XİN araşdırmalara başlaya bilər - Sabiq nazir
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun Türkiyədəki səfirlik və diplomatik korpusumuz barədə ağır ifadələr işlətməsinə sərt reaksiya verib.
Sabiq nazir bakupost.az -a açıqlamasında deyib ki, Xarici İşlər Nazirliyi bu məsələni araşdırmalıdır:
“Diplomatik xidmət xüsusi dövlət xidməti kateqoriyasına aiddir. Bu xüsusi xidmətin öz davranış qaydaları var. Hesab edirəm ki, məsələ araşdırılmalıdır. Həmçinin XİN bununla məşğul olmalı və lazımi təlimatlar verməlidir. Hər bir qurumda həm müsbət, həm də mənfi nümunələr tapmaq olar.
Artıq bəllidir ki, bəzi məsələlərdə bizim səfirliklərin Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsində daha yaxşı işləmək zərurəti mövcuddur.
Nazirlik bu məsələni araşdırmalı, nəticədən asılı olaraq daha ciddi qərarlarlar almalıdır”.