Abidin Fərzəliyevin qanunsuz addımları necə ört-basdır edilir? - Axar.az-dan silinən yazının izi ilə... - VİDEO

12 aprel, 2022 22:43

Fevral ayında Yeni Saray yaşayış massivi, Ziya Bünyadov küçəsindəki ümumi istifadədə olan ana yolda qanunsuz obyektin tikintisinə başlanılmışdı.

Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyevin axar.az-a şikayəti əsasında məsələ geniş işıqlandırılmışdı.

Bundan sonra fevralın 8-də Saray bələdiyyəsinin sədri Mehi Həsənov tikilinin sökülməsinə başlandığını bildirmiş, faktı təsdiqləyən foto göndərmiş, bizə izah etmədiyi özünəməxsus səbəbə görə bunun işıqlandırılmamasını xahiş etmişdi. Lakin yazı işıqlandırılmışdı.

Amma olayın üzərindən 3 gün keçməmiş sökülən qanunsuz tikili gecə ilə yenidən bərpa olunmuşdu. Abşeron Rayon İcra Hakimiyyətinə saytımız tərəfindən dəfələrlə müraciət olunmuş, məsələ barədə məlumat və videomaterial təqdim edilmiş, cavab istənilmişdi. İH başçısının Saray qəsəbəsi üzrə nümayəndəsi Müşfiq Abbasov qanunən obyekt sahibinə xəbərdarlıq edildiyini bildirmiş, lakin söküntü üçün texnika və işçi qüvvələrinin olmadığı yalanını uydurmuş, işi FHN-in üzərinə atmışdı.

Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev isə bəlkə də Azərbaycanda bir ilkə imza atdı: o, ictimai maraqlar naminə Abşeron rayon İcra Hakimiyyətini məhkəməyə verdi və qanunsuz tikintini sökmədiyi üçün “vəzifəli şəxsin hərəkətsizliyindən” şikayətçi oldu.

Ötən gün Xəzər TV məsələni yenidən gündəmə gətirib. Məlum olub ki, qanunsuz tikili Azər Rəşidov adlı şəxsə məxsusdur və obyektin heç torpaq sənədi də yoxdur. O, Abşeron Rayon İcra Hakimiyyətindən qeyri-rəsmi şəkildə rüşvət verərək, öz dili ilə desək, “xahiş edərək” tikintiyə icazə aldığını efirdə etiraf etdi.

Abşeron İH-in Memarlıq və tikinti şöbəsinin müdiri Elvin Quliyev isə Xəzər TV-nin efirində xalqa sözün bütün mənalarında əndazəni aşan yalan püskürməklə məşğul oldu. O dedi ki, guya məsələdən xəbərdar olmayıblar və bu qanunsuz tikinti ilə bağlı “ciddi” addımlar atılacaq. Sonra isə əlavə etdi ki, obyekt sahibinə İH tərəfindən heç bir icazə sənədi verilməyib.

E.Quliyevin sözündən belə çıxdı ki, xəbərləri olmadığına görə qanunsuz obyekt tikilib, indi isə “sənədləşmə aparıb”, ölçü götürülməsi üçün müvafiq qurumlara müraciət edəcəklər.

Halbuki 15 fevral tarixində saytımız rəsmi sorğu verərkən İH-dən araşdırılacağı bildirilmişdi. Necə araşdırma aparıblarsa, 15 fevraldan indiyə qədər qanunsuz tikilinin üstü də örtülüb, üzərinə də suvaq vurulub və guya bunu rayonun baş memarı görməyib.

Əgər bu qədər müraciətlərdən, hüquq professorunun birbaşa şikayətindən, bizim dəfələrlə verdiyimiz sorğudan sonra da baş memar o tikilidən “xəbərdar deyilsə”, onda ya xalqı ələ salır və yalan deyir, ya da o vəzifədə oturmağa qətiyyən layiq deyil.

Yeri gəlmişkən qeyd edək ki, məsələ ilə bağlı ötən gün Fərhad Mehdiyevin müraciəti əsasında Sumqayıt İnzibati Məhkəməsində hazırlıq iclası olub. Fərhad Mehdiyevin sözlərinə görə, həlli İH-in səlahiyyətində olan bir məsələnin məhkəməyə qədər gəlib çıxaması hakimə qəribə gəlib.

P.S. Qeyd edək ki, axar.az saytına istinadla verdiyimiz bu məqalə artıq həmin saytdan silinib. 

Məsələni diqqətdə saxlayacağıq... 

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR