Elman Rüstəmova yeni vəzifə verildi
13 aprel, 2022 12:52
Elman Rüstəmov Baş nazir Əli Əsədovun müşaviri təyin olunub.
Bu barədə Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, ötən gün Elman Rüstəmov Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyündən azad edilib. İdarə Heyətinin üzvlüyündən azad edilməklə o, həm də Mərkəzi Bankın sədrliyindən uzaqlaşdırılıb.
Bununla da baş bankir 27 illik vəzifəsindən ayrılmalı olub.