"Dövlət qurumlarında narkotikə qurşananlar var" - Deputat
15 aprel, 2022 12:35
“Bizdə qeyri-rəsmi məlumatlar var, dövlət qurumlarında narkotik testindən keçməyən və narkotikə qurşanan şəxslər var. Biz bunun qarşısını almalıyıq”.
Bu təkliflə Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında deyib.
“Biz öncədən xəbərdarlıq edilmədən narkotiklə bağlı müayinəni dövlət qurumlarında həyata keçirməliyik. Bizə lazımdır ki, narkoman aşkar olunsun. Onlar dövlət qurumunda yer almasın”, - o vurğulayıb.