"Petrosyan qapalı iclasda dedi ki, biz kimik Qarabağı..."

17 aprel, 2022 11:25

“Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan qapalı iclasda dedi ki, biz kimik, Qarabağı əlimizdə saxlaya bilək?”

Bunu “Hraparak” qəzetinə müsahibəsində Ermənistan parlamentinin keçmiş deputatı Hrant Xaçaturyan deyib.

O, Ermənistan Baş naziri Nikol Paşinyanın sülh proqramında “Qarabağdakı separatçıların müstəqilliyinin tanınması” məsələsinin yer almadığını bildirib. 

Xaçaturyan Paşinyanın separatçılara nəzəri olaraq, Qarabağ ermənilərinə Azərbaycanın suverenliyi çərçivəsində mədəni muxtariyyətin verilə biləcəyinə ümid bəslədiyinə də diqqət çəkib.

Sabiq deputat Qarabağ məsələsinə yanaşmada Ter-Petrosyan və Paşinyanın mövqelərinin üst-üstə düşdüyünü söyləyib:

“Burada iki variant mümkündür: ya Ter-Petrosyan Nikol Paşinyanın mətnlərini yazır, ya da Nikol Paşinyan Ter-Petrosyanın. O da mümkündür ki, onlar üçün bu mətnləri üçüncü şəxs yazır. Çünki baxışları məcmunca eynidir”.

Xaçaturyan Levon Ter-Petrosyanın Ermənistanın Qarabağı işğalda saxlaya bilməyəcəyini hələ prezident olarkən dediyini və indi də bu fikirdə olduğunu bildirib:

“Ter-Petrosyan qapalı iclaslar keçirəndə deyirdi ki, biz kimik, Qarabağı saxlaya bilək? İndi eyni şeyi Paşinyan deyir”.

Sabiq deputat müxalifətin birləşərək, Nikol Paşinyanı devirə biləcəyinə inanmadığını da deyib:

“Düzünü desəm, müxtəlif sosial təbəqələrin əhval-ruhiyyəsini öyrənirəm. Mən o ifadələri başa düşmürəm. “Birləşirlər” nə deməkdir? “Birləşirlər” deyəndə nəyi nəzərdə tuturlar? Bu ifadə məndə “bir yataqda yatacaqlar?” sualını yaradır. Bu, sadəcə diqqəti yayındırmaqdır. Təbii ki, bu baş versəydi, möcüzə olardı, amma əslində diqqəti yayındırmağa xidmət edir. Ümumiyyətlə, erməni xalqı başqalarına arxalanmaq fikrindən qurtulmalıdır"(teleqraf.com). 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR