Azərbaycan Qazaxıstandan buğda idxalını 27 dəfə artırıb - Rusiyanın payı 2 dəfə azalıb

18 aprel, 2022 14:03

Rusiya bu ilin avqust ayına qədər ölkədən buğda və başqa strateji ərzaq məhsullarının ixracını qadağan edib. Bu da Azərbaycan kimi taxıl idxal edən ölkələri alternativlər axtarmağa vadar edib. Xatırladaq ki, ötən il ölkəmizə Rusiyanın bütün ixracının 4 fazi - 1 milyon ton taxıl gətirilib. Ərzaq buğdası üçün 315 milyon dollardan artıq vəsait ödənilib.

Azərbaycanın idxal coğrafiyasını şaxələndirmək istəyəndə ilk ağla gələn ölkə Qazaxıstandır. Rəsmi rəqəmlər də 2022-ci il başlayandan bəri Qazaxıstandan buğda idxalında rekord artımlar olduğunu göstərir. Bu ilin ilk iki ayının nəticələrinə görə, Qazaxıstandan Azərbaycana 81 min 723 ton buğda gətirilib. Bu o deməkdir ki, ötən ilin eyni dövrüylə müqayisədə Qazaxıstandan buğda idxalı düz 27 dəfə artıb. Dəyər ifadəsində idxalın həcmi 34 dəfə yüksəlib.

İlin ilk iki ayı boyunca Rusiyadan gətirilən buğda həcmi də ötən illə müqayisədə çoxalıb. Yanvar və fevral aylarında Rusiyadan Azərbaycana 68 min tondan çox buğda idxal edilib. Bu, ötən ilin nəticələri ilə müqayisədə üç dəfədən çox artım deməkdir. Dəyər ifadəsindəki artımsa beş dəfəni üstələyir. Hər iki əsas idxal istiqamətindən idxalın artması bu il ölkəyə toplam buğda idxalını da artırıb. İlin ilk iki ayı ərzində ölkəyə bütövlükdə 150 min tondan çox buğda gətirilib. Ölkənin toplam idxalının 3 faizə yaxını olan bu idxal Azərbaycana 52 milyon dollara başa gəlib. Başqa deyimlə, ölkədən çıxan hər 100 dolların 3-ü buğda idxalına xərclənib.

İdxalda ölkələrin payındakı ciddi dəyişiklik də diqqət çəkir. Ötən il Azərbaycana buğda idxalında Rusiyanın payı 86 faiz idisə, bu il 46 faizə enib. Başqa sözlə, buğda idxalında Rusiyanın payı, az qala, iki dəfə azalıb və əvəzində Qazaxıstanın payı 14 faizdən 54 faizə yüksəlib.

Qazaxıstan kimi iri buğda ixracatçısının coğrafi olaraq Azərbaycana yaxın yerləşməsi bu məhsuldan ciddi asılılığı olan ölkə üçün üstünlük kimi görünə bilər. Ancaq nəzərə almaq lazımdır ki, hazırda qlobal iqtisadiyyatda baş verənlər ərzaq qiymətlərinin yüksəlməsi ilə yanaşı, ərzaq təhlükəsizliyi ilə bağlı çağırışları da gündəmə gətirir. 

Aprelin 15-də yayılan xəbərdə qeyd edilir ki, bugündən Qazaxıstan buğda və un ixracını üç ay müddətinə, uyğun olaraq, 1 milyon və 300 min tona salacaq. Qadağanın sonra uzadılacağı bəlli deyil. Qazaxıstanın bu il ərzində Azərbaycanın buğda təminatında ən çox paya sahib ölkə olduğu diqqətə alınsa, məhdudiyyətlərin uzanması Azərbaycana da ciddi çətinliklər törədə bilər.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR