Qarabağa investisiya təşviqi - Xaricdəki iş adamlarımıza güzəştlər olacaq

19 aprel, 2022 11:55

Dünya Azərbaycanlılarının V Qurultayı ilk dəfə işğaldan azad olunan Şuşa şəhərində keçiriləcək. Hazırda qurultaya hazırlıq işləri yekunlaşmaq üzrədir. Qurultayın Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi həm siyasi, həm də iqtisadi baxımdan mühüm əhəmiyyətə malikdir.

Belə ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Qarabağda bir araya gələrək, diaspor tarixində möhtəşəm ilkə imza atacaqlar. Zəfər Qurultayı həm də xaricdə yaşayan və bizneslə məşğul olan soydaşlarımızın Qarabağa investisiya yatırımına cəlb edilməsi baxımından da müsbət qiymətləndirilir.

Bununla bağlı modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qurultayın keçirilməsinin mühüm hadisə olduğunu vurğulayıb. Komitə sədri deyib ki, Şuşa bütün Türk dünyasının mədəniyyət və qürur mərkəzidir:

“Dünya azərbaycanlılarının Şuşaya toplaşması bu arzular naminə şəhid olan qəhrəman əsgərlərimizin ruhlarını şad edəcək. Bundan sonrakı əsas məqsədimiz Şuşanın, işğaldan azad olmuş ərazilərimizin bərpası, investisiyaların cəlb olunması, özəl sektoru daha çox bu işlərə cəlb etmək olacaq. Bu baxımdan keçiriləcək tədbiri mühüm imkan kimi qəbul etmək lazımdır.

Dünyada bizim uğurlu və imkanlı iş adamlarımız xeyli saydadır. Cənab Prezident özəl sektoru bu işlərdə aktiv iştiraka dəvət edib. Hazırda Milli Məclisdə “İnvestisiya fəaliyyəti haqqında” qanun müzakirə olunur. Qanun bu cür investisiyaların təşviqini və qorunmasını daha da gücləndirəcək.

Azad edilmiş ərazilərdə məskunlaşma siyasəti mərhələli olacağından düşünürəm ki, özəl sektor tərəfindən investisiya planlarının da buna uyğunlaşdırılması məqsədəuyğun olardı. Bu mənada iş adamlarına paket formasında investisiya layihələrinin sektorlar üzrə təklif olunması, bazara çıxış və ixrac imkanlarının dövlət hesabına təhlil edilərək onlara təqdim olunması hesab edirəm ki, investisiya cəlb etmə prosesini daha da asanlaşdıra və sürətləndirə bilər”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı-deputat Vahid Əhmədovun fikrincə, Dünya Azərbaycanlılarının ənənəvi qurultayının Şuşada keçirilməsi təbliğat baxımından önəmli addımdır:

“Qurultaya dəvət olunan soydaşlarımızla görüşlər, tədbirlər, müxtəlif təşviqat kampaniyaları həyata keçirilir. Ölkə başçısı həmin qurultayda iştirak edəcəksə, adətən, onun dünya azərbaycanlılarına müraciəti olur. Qarabağın dirçəlişi və yenidənqurmasının davam etdiyi məqamda bura investisiyaların cəlb edilməsi gündəmdədir.

Qarabağın qurulması prosesində harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar iştirak etmək istəyirlər və bunda maraqlıdırlar. Dövlət başçısı bununla bağlı öz tapşırıqlarını verib, investorlara müəyyən güzəştlərin edilməsi nəzərdə tutulur. Qanunlarda dəyişikliklər də olacaq və bu sahədə şəffaflığın təmin edilməsinə xüsusi önəm veriləcək”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR