Erməni şirkətin Azərbaycanda nə işi var?

19 aprel, 2022 13:46

Bu gün dünyada kriptovalyuta populyardır. Müxtəlif şirkəttlər bu sahədə fəaliyyət göstərir.

Azsiyaset.com yenisabah.az-a istinadla xəbər verir ki, həmin qurumlardan biri də kriptovalyutalarla müxtəlif əməliyyatlar, o cümlədən onların alqı-satqısı va nağdlaşdırılması üzrə xidmətlər təklif edən "TETChange" adlı erməni şirkətidir.

Həmin şirkətin baş ofisi 2015-ci ildən Yerevanda yerləşir. İlk xarici filialı 2017-ci ildə Moskva şəhərində açılıb. Rusiyada hazırda fəaliyyət göstərən ikinci filialı Krasnodar şəhərində yerləşir. 

Tbilisi filialı 2018, Batumi filialı isə 2021-ci ildə təsis edilib. Belarus (Minsk), Özbəkistan (Daşkənd) və Dubayda da (BƏƏ) filialları mövcuddur. Adıçəkilən şirkət Xankəndidə də 2019-cu ilin may ayından bəri qondarma qurumun bayrağı altında fəaliyyət göstərir.

Əldə etdiyimiz xəbərə görə, "TETChange" şirkətinin səlahiyyətli orqanlardan heç bir icazə va ya lisenziya almadan ölkəmizin ərazisində fəaliyyət göstərdiyi və Azərbaycan Respublikasının milli qanunvericiliyi və maliyyə müəssisələrinin düzgün fəaliyyəti ilə bağlı beynəlxalq qaydaları kobud şəkildə pozduğu müəyyənləşdirilib. 

Bununla yanaşı, sözügedən şirkətin Azərbaycan Respublikası ərazisində faktiki fəaliyyəti cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə münbit şərait yaratması barədə məlumatlar da mövcuddur. Belə ki, "POGA" ve "VOMA" kimi erməni terror təşkilatlarının bu qəbildən olan şirkətlər tərəfindən əldə edilmiş vəsait hesabına maliyyələşdirilməsi istisna edilmir.

Bildirək ki, şirkətin rəhbərlərindan biri - Arpine Sahakyan adlı erməni qadın Vətən Müharibəsi dövründə ölkəmizə qarşı aparılan qarayaxma kampaniyalarının fəal iştirakçılarından olub.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR