Nəcməddin Sadıkov həbs ediləcəkmi?

21 aprel, 2022 11:47

Nəcməddin Sadıkovun həbsi labüddür” -ŞOK AÇIQLAMA

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX)  Müdafiə Nazirliyində (MN) bir-birinin ardınca həyata keçirdiyi həbslərdən 1 aydan artıq müddət ötür. Cəmiyyətdə geniş rezonans yaradan bu əməliyyatlar Azərbaycanın Müdafiə Nazirliyi sistemində çox böyük bir korrupsioner şəbəkənin olduğunu ortaya qoydu. MN-in Maliyyə və Büdcə İdarəsinin rəisi, general Nizami Məmmədov daxil, xeyli sayda yüksək vəzifəli və yüksək rütbəli zabitlər həbs olunub.

Dövlət Təhlükəsizliyi Xidmətinin Müdafiə Nazirliyində və tabeliyindəki qurumlarda həyata keçirdiyi əməliyyatlarla nazirliyin Maliyyə İdarəsinin rəisi Rafael Xəlilov, N saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunlarının maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Ədalət oğlu Əlizadə və Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov saxlanılıblar. Onların hər biri barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. İlkin olaraq həbs edilən 4 şəxsə Cinayət Məcəlləsinin 179.4-cü - xüsusilə külli miqdarda mənimsəmə maddəsi ilə ittiham verilib. Polkovnik Cəlal Kazımova bu maddə ilə yanaşı 313-cü - vəzifə saxtakarlığı, 341.2.1-ci - bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərini aşma və 341.2.3-cü, ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham elan edilib. Dünən isə MN-in Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Şirvanov Mahir Məhərrəm oğlu da həbs edilib.

Bu, Müdafiə Nazirliyində geniş korrupsiya şəbəkəsinin dərin kök salmasından  xəbər verir.

İctimaiyyət üçün açıqlanan rəsmi məlumatlarda həbs olunanların dövlət büdcəsindən ordu üçün ayrılan on milyonlarla manat vəsaiti korrupsiya yolu ilə mənimsədikləri bildirilir. Bəs Müdafiə Nazirliyinə, orduya büdcədən ayrılan vəsaitləri talayan mafiyanın tamamilə axırına çıxmaq mümkün olacaqmı? Müdafiə Nazirliyi sistemində aparılan həbslər dayandımı? Bu proses də icra hakimiyyəti başçılarının həbsi kimi bir neçə adamın saxlanmasından sonra dayandırıla bilərmi? MN-də yoxlamalar və həbslər başlayanda deyilirdi ki, yekun olaraq Nəcməddin Sadıkov və digər şəxslər də tutulacaq. Amma bu ictimai arzu həyata keçmədi. Ordu sistemində həyata keçirilən təmizləmə əməliyyatı davamı gələcəkmi?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Müdafiə Nazirliyində maliyyəçilərin həbs dalğası olduqca ciddi yeyintilərdən xəbər verir: “Belə aydın oldu ki, ən səthi yoxlamalarla ölkənin müdafiəsinə ayrılan 20 milyon manatın çırpışdırılması müəyyən edilib. Əlbəttə ki, həbs olunanlar bu cinayətləri 1 günün içində törətməyiblər. Həbs edilməyəcəklərinə arxayın olublar. Kim olub həmin cinayətlərin başında?  İndi əsas məsələ bu cinayətlərin illərlə baş verməsinə şərait yaradan, hamilik edənlərin kimliyini ortaya qoymaqdır. Saxlanan hərbçilər yüksək vəzifəlidir və aydındır ki, belə bir miqyasda mənimsəməni təkbaşına həyata keçirə bilməzdilər. Bu qədər vəsaitin ələ keçirilməsinin Nəcməddin Sadıkovun rəhbərliyi ilə baş tutması haqda iddialar araşdırılmalıdır. Hərbi ekspertlərdən biri açıqladı ki, Müdafiə Nazirliyinə ayrılan 200 milyonun 10 faizi Nəcməddin Sadıkova çatıb. Dedi ki, Müdafiə Nazirliyinə 300 milyon ayrılıb, yenə də 10 faizi onun cibinə gedib. Hər dəfə 20-30 milyona sahiblənib. Pullar təyinatı üzrə xərclənmədən, işlər başlanmazdan öncə Nəcməddin Sadıkova çatdırılıb. Hərbi ekspertin bu açıqlamasını bir çox mətbuat orqanlar yayıb. Bu məsələ araşdırılmalıdır. Digər bir hərbi ekspert də çox maraqlı məlumat açıqladı. Dedi ki, Müdafiə Nazirliyində Büdcə və Maliyə İdarəsinin rəisi sırf  Nəcməddin Sadıkovun birbaşa dəstəyi ilə təyin edilmiş şəxsdir. Belə məlum olur ki, köhnə işlər idarəsinin rəisi İlqar Məmmədov təzə struktura keçəndən sonra yeni təyin olunub, amma o da sırf Nəcməddin Sadıkovun kadrı idi. Onun sözlərindən bəlli oldu ki, Nəcməddin Sadıkovun kadrları hələ də vəzifədədir. Sadıkovun sağ əli, orduda ”şlyapa Zahid" kimi tanınan kadrının qudası Hərbi Hava Qüvvələrinin maliyyə rəisi idi, həbs olunub. O da sırf Nəcməddin Sadıkova bağlı insan idi. Bu məlumatlar araşdırılsa, Nəcməddin Sadıkov həbs olunmalıdır".

Müdafiə Nazirliyinin generalı korrupsiya ittihamı ilə qandallandı: 80  milyonluq ittiham...

Hüquqşünas deyir ki, hər kəs bilir ki, o qədər büdcə vəsaitini hansısa idarə rəisi götürüb cibinə qoya bilməzdi: “İstintaq belə bir miqyaslı mənimsəmənin illərlə necə davam etməsi sualına aydınlıq gətirməlidir. İlkin məlumatlardan belə aydın olur ki, bu qədər vəsaiti mənimsəmək üçün uzun müddət sistemli iş aparılıb. Bunu görməzdən gələn Müdafiə Nazirliyi rəhbərliyinin marağı nə olub? Niyə Müdafiə Nazirliyi kimi bir quruma ayrılan büdcə vəsaitlərinin düşməncəsinə ələ keçirilməsinə göz yumublar? Bu işlərə Nəcməddin Sadıkovun da aidiyyəti xüsusi araşdırılmalıdır. Bu adam Vətən müharibəsinin ən qızğın günlərində vəzifəsindən uzaqlaşdırılıb. Onun vəzifədə olduğu dövrdə mətbuatda korrupsiya cinayətləri ilə bağlı yüzlərlə yazı dərc olunub. Əgər həmin məsələlər qaldırılsa, araşdırılsa, Sadıkovun həbsi labüddür. Deməyim odur ki, onun həbsi üçün kifayət qədər əsaslar var. Sadəcə, müvafiq tapşırıq verilməlidir ki, onu həbs etsinlər. 30 ilə yaxın Azərbaycanın Müdafiə Nazirliyində onun adı hansı vəzifə cinayətlərinə qarışmayıb ki?”

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR