"Demokrat.az"-da MEDİA-nın tövsiyə etdiyi redaksiya siyasəti və peşə etikası müzakirə olundu - FOTOLAR

23 aprel, 2022 13:32

Bu gün Demokrat.az xəbər portalının redaksiyasında Medianın İnkişafı Agentliyi tərəfindən media subyektlərinə göndərilən “Redaksiya siyasəti və peşə etikası qaydaları” ilə bağlı nümunənin müzakirəsi keçirilib.

Demokrat.az xəbər verir ki, müzakirələr zamanı çıxış edən “Demokrat Media” MMC-nin direktoru Vasif Həsənli bildirib ki, hər bir jurnalist redaksiya siyasətinə və peşə etikası qaydalarına əməl etməlidir. Həmçinin, jurnalistika prinsiplərindən irəli gələn məsələlərə riayət etmək bu peşə ilə məşğul olan hər kəsin işində hiss olunmalıdır. 

V.Həsənli əlavə edib ki, bu gün peşə prinsiplərinə riayət etməyən media subyektləri gözləmədikləri anda özlərini məhkəmə çəkişməsində görürlər. O, bu mövqedən çıxış edərək, rəhbəri olduğu media orqanının əməkdaşlarına öz tövsiyələrini çatdırıb.

Demokrat.az xəbər portalının redaktoru Zaur Zahidoğlu isə qeyd edib ki, redaksiya siyasəti və peşə etikası qaydaları jurnalist prinsiplərindən kənarda deyil:

“Bütün bunlar Azərbaycan Jurnalistlərinin peşə davranışı qaydalarında öz əksini tapıb. Həqiqə xidmət, informasiya qaynaqlarına sayğılı yanaşma, şərəf və ləyaqətin qorunması, eləcə də jurnalistin özünün və çalışdığı media orqanının reputasiyasının qorunması peşə etikası kodeksi baxımından bu gün də aktualdır. Hər birimiz çalışdığımız media subyektində bu prinsipləri əlimizdə rəhbər tutmalıyıq”. 

Müzakirələrdən sonra saytda çalışan jurnalistlərə “Redaksiya siyasəti və peşə etikası qaydaları” təqdim olunub.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR