"Paşinyan Trampla danışmaq üçün yalvarır..." - Nüfuzlu ABŞ mediası müharibədən nə yazır?

06 oktyabr, 2020 02:19

“Azərbaycanla münaqişə qızışır, Ermənistan lideri ABŞ-a yalvarır”. “The New York Times” qəzetində Endrü Hiqinzin məqaləsi belə adlanır.

Azsiyasət.com Azadlıq Radiosuna istinadən məlumat verir ki, müəllif Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən həftə - oktyabrın 1-də ABŞ Prezidenti Donald Trampın Milli təhlükəsizlik müşavirinə zəng etdiyini yazır. 

Qəzetin yazdığından belə məlum olur ki, Paşinyan yenə saxta göz yaşları ilə yalan iddialar irəli sürübmüş: Niyə Birləşmiş Ştatların çoxdankı müttəfiqi Türkiyənin Amerika istehsalı olan F-16 qırıcılarından mübahisəli regionda etnik ermənilərə qarşı istifadəsini dayandırmaq üçün heç bir iş görülmür?

Paşinyanın sözlərinə görə, Robert Obrayn onunla Prezident Tramp arasında telefon danışığı təşkil etməyə boyun olub. Ancaq elə bundan bir neçə saat sonra Prezident Trampın koronavirus testinin müsbət çıxdığı açıqlanıb.

Məqalədə qeyd edilir ki, təhlilçilərin fikrincə, Trampın sağlıq məsələsi onun administrasiyasının Dağlıq Qarabağ münaqişəsindən uzaq qaldığını bir daha diqqət mərkəzinə gətirmiş oldu.

Paşinyan Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarından geri qaytarmaqla bağlı sualdan yayınıb, deyib ki, bu onun deyil, Dağlıq Qarabağın separatçı liderlərinin işidir. 

Başı Çin kimi böyük məsələlərə qarışmış Tramp administrasiyası sadəcə bu münaqişəyə “diqqət ayırmayıb vətamamilə uzaqlaşıb”– britaniyalı ekspert Tomas de Vaal qəzetə deyib. 

“Tərəflərdən hər biri yalnız öz travmasını qabardır, qarşı tərəfininkini kiçildir”, deyən De Vaalın fikrincə, 1990-cı illərdə Balkanlarda müharibəni dayandırmış beynəlxalq təhlükəsizlik əməliyyatı gerçəkləşməsə, bu münaqişə azı daha bir nəsil də davam edə bilər”.

Belə bir əməliyyat isə “indiki beynəlxalq vəziyyətdə heç real görünmür”, – təhlilçi sözlərinəəlavə edib.

“The New York Times” qəzetində başqa bir məqalədə Endrü E.Kramer Dağlıq Qarabağ münaqişəsinin niyə alovlandığını araşdırmağa cəhd edir.

Moskvadan yazan müəllif vurğulayır ki, budəfəki eskalasiyanı əvvəlkilərdən Türkiyənin indi Azərbaycanı dəstəkləməsi fərqləndirir.

“Bu döyüşlər Türkiyənin Yaxın Şərqdə və Şimali Afrikada getdikcə daha çox əzələ nümayiş etdirdiyi dönəmdə baş verir, indiyədək əsasən lokal, etnik münaqişənin regional eskalasiya təhlükəsini artırır. Təhlilçilərin mövqeyincə, başı koronavirus pandemiyasına qarışmış beynəlxalq vasitəçilər bu yay Dağlıq Qarabağda yaranmış gərginliyi xəbərdarlıq kimi gözdən qaçırdılar”, – məqalədə vurğulanır.

“The Washington Post” qəzetində İşaan Taroor yazır ki, keçmiş sovet respublikaları olan Ermənistanla Azərbaycanda üst-üstə 13 milyondan az adam yaşayır. Amma onların müharibəsi qlobal qarşıdurmaya çevrilə bilər.

Sentyabrın 27-dən başlanan əməliyyatlarda hər iki tərəfdən hərbçilər və mülki şəxslər öldürülür.

Azərbaycanın Vaşinqtondakı səfiri Elin Süeymanov qəzetə deyib ki, bu ölkənin silahlı qüvvələri mülki şəxsləri hədəfə almır. Əməliyyatlar başlananda Ermənistanın səsləndirdiyi və bəzi media orqanlarının tirajladığı muzdlular məsələsinə gəlincə, səfirin sözlərinə görə, Azərbaycanın 21-ci əsrə xas, yaxşı təşkil olunmuş döyüş qüvvəsi var.

“Bizə əlavə döyüşçülər lazım deyil”, deyən səfir belə döyüşçülərin nizamsız olduğunu, heç azərbaycanlılarla ünsiyyətə girə bilmədiyin vurğulayıb.

Türkiyənin Bakıya dəstəyi ilə bağlı Süleymanov qeyd edib ki, böhranın kənardan necə görünməsində “balanssızlıq” var, daha çox Türkiyənin roluna diqqət ayırır, nəinki Ermənistanı Avropanın, yaxud Rusiyanın dəstəkləməsinə.

Müəllif bu böhranın regiondakı qarmaqarışıq geosiyasəti qabartdığını yazır. Azərbaycan İsrailə yaxın, bəzən İranla ziddiyyətləri yaranan dünyəvi ölkədir.

Moskvanın durumu isə daha həssasdır, hər iki ölkəylə münasibət saxlayır, onlara silah satır, ancaq Ermənistana daha yaxındır.

“Hər iki ölkəyə yaxınlığımız bizə imtiyaz verir. Türkiyə yalnız bir tərəfə konsentrasiya edir və bu da Rusiyaya əngəllər yaradır, çünki o, Azərbaycanı seçim etməyə məcbur edir”, – rusiyalı təhlilçi Sergey Markedonov “Wall Street Journal” qəzetinə deyib.

Müəllif yazır ki, Qərbin, özəlliklə də Birləşmiş Ştatların laqeydliyi də problemin bir hissəsi ola bilər.

“Beynəlxalq diqqətin yoxluğu tərəflərə belə bir mesaj ötürdü ki, münaqişənin regiondan kənarda əhəmiyyəti yoxdur. Xüsusilə Bakıda bu hiss diplomatiyadan məyusluğu gücləndirdi”, – Beynəlxalq Böhran Qrupu bu fikirdədir. 

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR