Bölgələrdə icra başçılarından narazılıq - "Kiçik padşahlar" nə vaxt "süqut edəcək"?

13 iyul, 2022 14:06

Bir neçə gün əvvəl Sabirabadda özünü yandıraraq intihara cəhd edən qazi Elvin Cəfərov dünən vəfat etdi. Qazinin intihara cəhd etməzdən öncə yaydığı videoda Sabirabad rayon icra başçısı Siraqəddin Cabbarov haqqında ittihamları diqqət çəkdi. Elvin Cəfərov icra başçısının onu qəbul etmədiyini, işlə təmin etməkdən boyun qaçırdığını, hətta aşağıladığını bildirirdi. Yayılan videoda qazi israrla sındırıldığını, buna dözmədiyini vurğulayırdı.

Hadisənin səs-küy yaratması icra başçıları ilə bağlı problemlərin də yenidən gündəmə gəlməsinə səbəb oldu. Sirr deyil ki, bölgələrdə icra başçıları ilə bağlı narazılıq pik həddədir. Bu səbədəndir ki, Prezident İlham Əliyev də də dəfələrlə onlara xəbərdarlıq edib. Xəbərdarlıqlardan nəticə çıxarmayanlar isə dəmir barmaqlıqlar arasına göndərilib. Amma görünən odur ki, hələ də bu xəbərdarlıqlardan dərs çıxarmayanlar, insanları narazı salanlar var.

Hazırda çoxları artıq icra hakimiyyəti təsisatının ləğv edilməsi, yeni idarəetmə forması ilə əvəzlənməsinin vaxtı çatdığını düşünür.

Bununla bağlı danışan deputat Fazil Mustafa da hesab edir ki, icra başçılarının fərdi qabiliyyəti və qabiliyyətsizliyi müəyyən rayonlarda problemlər yaradır.

Deputatın fikrincə, qazinin intiharı kimi konkret məsələlərdə isə idarəetmə formasının yanlışlığından söhbət gedir:

“Bələdiyyələrin fəaliyyəti yoxdur. Yerlərdə qazilərin problemləri ilə bələdiyyələr və vətəndaş cəmiyyətləri məşğul olmalıdır. İcra hakimiyyəti səlahiyyətsiz orqandır. Sadəcə görüntü olaraq rayonda böyük imkana malik, hər şeyi həll edən qüvvə kimi tanınırlar. Hansı rayonda icra başçısı cibindən pul xərcləyirsə, nisbətən sakitlik yarada bilir. Bu nə deməkdir? Dövlətdə cibdən xərclənmir, büdcənin məqsədli şəkildə müxtəlif sahələrə yönəldilməsindən söhbət gedir. İcra başçılarının hamısının gözləri qorxub, addım ata bilmirlər. Əlavə gəlir mənbəyi kimi yalnız rüşvətə əl ata bilərlər. Buna görə də həbs edilirlər. Nəticədə, əksər başçılar nə rüşvət alırlar, nə də iş görürlər”.

F.Mustafa qeyd edib ki, şəhid ailələrinin üzvlərini, qaziləri yalnız məsləhətlə qəbul edib, danışaraq razı salmaq mümkün deyil:

"Onları işlə təmin etmək, bayramlarda, tədbirlərdə diqqətdə saxlamaq, mütəmadi problemləri ilə maraqlanmaq lazımdır. Bu isə məsrəflər hesabına başa gəlir. Bir rayonda şəhid ailəsi və qazi çoxdursa, icra hakimiyyətinin işi daha da çətinləşir. Həmin həssas qrupların problemlərini dövlət üzərinə götürüb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə həll etməyə çalışır. Mərkəzləşmiş qaydada olduğuna görə, nazirlik də işin öhdəsindən lazımi səviyyədə gələ bilmir. Yerlərdə elə struktur yoxdur ki, konkret insanla maraqlansın. Rayonlarda təkcə qazilər, şəhid ailələri belə vəziyyətdə deyil. Hər kəs sıxıntı, əziyyət içindədir. İşləyirlər, çalışırlar, ortada bir nəticə yoxdur. Üstəlik qiymətlər də durmadan bahalaşır, vəziyyət gərginləşir. İcra hakimiyyətlərinin daxilində yaradılan Şəhid ailələri və qazilərlə iş şöbələri müraciətləri aidiyyəti qurumlara yönəldə bilərdi. Amma bir-iki addımla ümumi problem həll edilmir. Şöbəyə vəsait haradan gəlməlidir? Yenə icra başçısı təmin etməlidir. Bu gün icra başçısı işləmək çoxlarına görə əziyyətdən başqa bir şey deyil”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"