Qarabağın azad olunması üçün ən uyğun vaxt seçilib - Rus politoloqlar

09 oktyabr, 2020 00:32

Qarabağda sentyabrın 27-dən başlayan müharibə dünyanın diqqət mərkəzindədir. 

Azsiyasət.com yenisabah.az-a istinadən xəbər verir ki, dünya liderləri, nüfuzlu beynəlxalaq media quruluşları və politoloqlar Qarabağdakı yeni eskalasiyaya fokuslaşıb. Xüsusilə, Tükiyənin Azərbaycanın əks-hücum əməliyyatına açıq dəstək verməsi əsas müzakirə mövzusudur. Axı münaqişə 30 ildir davam edir. Niyə Ankara məhz indi hərbi əməliyyatları dəstəkləyir və davam etməsini məqsəduyğun sayır?

Baş verənləri “Komsomolski Pravda”ya şərh edən rusiyalı politoloq Yevgeni Ben bildirib ki, bunun bir neçə səbəbi var. “Birincisi, hazırda Avropa Birliyi faktiki olaraq Ərdoğandan asılı vəziyyətə düşüb. O Türkiyədəki qaçqınların Avropaya keçməsinin qarşısını alır.

İkincisi, Türkiyə ilə Rusiyanın birgə layihələri var: qaz kəməri, Atom Elektrik Stansiyasının inşası, hərbi əməkdaşlıq və s.

Üçüncüsü, Ərdoğan başa düşür ki, Tramp ABŞ prezidenti olduğu müddətdə hərəkətə keçmək lazımdır. Onsuz da Tramp Ərdoğanı güclü siyasətçi hesab etdiyi üçün Türkiyənin iradəsinə göz yummağa hazır olduğunu bildirib.

Düşünürəm ki, Ərdoğan Bakının köməyi ilə Qafqazda möhkəmlənmək üçün yaxşı məqam seçib. Üstəlik, Gürcüstan prkatiki olaraq türklər tərəfindən alınıb. Amma Türkiyə təsir zonasını daha da genişləndirməyə çalışır”, - deyə politoloq bildirib.

Politoloq İvan Skorikov isə Qarabağda başlayan eskalasiyanın fonunda Türkiyə və Rusiya arasında hərbi toqquşmanın baş verə biləcəyini istisna edib. “Rusiya başa düşür ki, indi Qarabağda sülhün ən azı iki açarı var ki, bunlardan biri də Ankaradadır. Ərdoğan, Azərbaycanın ikinci türk dövləti olduğunu ifadə etməklə münaqişənin qarşısını ala bilər”, - deyə o qeyd edib.

Yevgeni Benin isə bu məsələ ilə bağlı şərhi daha maraqlıdır.  “Türklər bir vacib detalı çox yaxşı bilirlər: Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında olması (Bu təşkilata Rusiya, Ermənistan, Belarusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir - red.) Rusiyanın bu münaqişəyə müdaxilə edəcəyi anlamına gəlmir. Hüquqi baxımdan Dağlıq Qarabağ Ermənistan tərəfindən anneksiya edilən Azərbaycan ərazisidir. Türklər "qırmızı xətt" in harada olduğunu bilir: Bu, Ermənistanın sərhəddidir. Buna görə də Türkiyə Rusiya hərbi bazasının yerləşdiyi Ermənistan ərazisinə girməyəcək”, - deyə politoloq vurğulayıb.

Müharibənin necə bitəcəyinə gəlincə, Yevgeni Ben bildirib: “İlham Əliyevin xalqına ünvanladığı mesajlara diqqət etmək lazımdır. O deyib ki, əgər Ermənistan silahlı qüvvələrinin Qarabağı tərk etməsi barədə vaxt cədvəli təqdim edərsə, o zaman Azərbaycan Ordusu hücumu dayandıracaq.

Qeyd etmək lazımdır ki, Azərbaycan kifayət qədər uğurlu hucum həyata keçirir. Ermənistan istəməz ki, 15-20 kənd deyil, Qarabağın əhəmiyyətli hissəsi Azərbaycanın tam nəzarətinə keçsin. Bu baxımdan, tərəflərin kompromisə gələcəyini düşünmək olar”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"