İsrail və Fələstin arasında nə baş verir? - Əcnəbi siyasətçilər səbəb kimi İranı göstərdilər

15 avqust, 2022 12:09

Ötən həftənin çərşənbə axşamı İsrail qüvvələrinin İordan çayının qərb sahilində Fələstin İslami Cihad komandiri Bassam əl-Sədini həbs etməsindən sonra gərginlik artıb.

Hazırda atəşkəsin əldə edilməsinə baxmayaraq iki ölkə arasında baş verən müharibə atmosferində onlarla insan həyatını itirdi.

Azsiyaset.com xəbər verir ki, Bizim.Media baş verən proseslərə daha dərindən nəzər salmaq üçün mövzunu İsrailli və amerikalı siyasətçilərlə araşdırıb. Siyasətçilər və təhlilçilər son həftələrdə İsrail və Fələstin arasında yaranan qarşıdurmanın arxasında fərqli əllərin olmasını qeyd edirlər.

İsrailli jurnalist, siyasi təhlilçi Şmuel Elmas saytımıza açıqlamasında qeyd edir ki, qarşıdurmanın arxasında dayanan əsas güc İrandır.

“Bütün dünyada olduğu kimi, İran rejimi də regional sabitliyə zərbə vurmaq məqsədi ilə muzdlu əsgərlərini “Fələstin İslami Cihadı”na göndərib. Ancaq bildiyimiz kimi, İDF (İsrail Müdafiə Qüvvələri) bölgənin ən güclü ordusudur və buna görə də Fələstin İslami Cihadı bu əməliyyatı çox ağır vəziyyətdə - hərbi səviyyədə və Qəzza daxilində uursuz başa vurdu. Onların çox zəif raketləri Qəzza vətəndaşlarına zərbə endirdi”, - deyə Ş.Elmas qeyd edib.

Ameriaklı siyasətçilər və politoloqlar da hesab edirlər ki, pərdəarxasında savaşan Fələstin yox, İrandır. Amerikalı ekspert, “The Washington Outsider” qəzetinin baş redaktoru İrina Tsukerman bildirir ki, HƏMAS-ı silahlandıran İran İslam Respublikasıdır: 

“İran qəsdən HƏMAS-ı silahlandırır, maliyyələşdirir və dəstəkləyir və İsraillə hərbi qarşıdurmalara səbəb olur. İslamçı Fələstin qruplaşmalarını və terror təşkilatlarını vəkil və müttəfiqlərə çevirib, yeganə məqsəd Yəməndə İraq milisləri, Hizbullah və Husilərlə birlikdə İsraili mühasirəyə almaqdır. Hizbullah yüz minlərlə uzaq məsafəli raketlərə sahib olduğu üçün İsrail üçün uzunmüddətli perspektivdə bu qrupların ən təhlükəlisidir. HƏMAS indiyədək Dəmir Qübbəyə qarşı nisbətən səmərəsiz olduğu sübut edilmiş daha az təkmil silahlara arxalanır, lakin İranın dəstəyi sayəsində zamanla öz arsenalının təkmilliyini artırıb”, - İ.Tsukerman deyib. 

İranın gizli oyunçu olduğunu varsaydığımızda yaranan sual hər kəsə aydındır. – İsrail İrana qarşı müharibəyə başlayacaqmı? Tsukerman hesab edir ki, yaranan sual normal qəbul edilsə də, İsrailin İranla müharibə etməsi güc balansları baxımından mümkünsüzdür.

“İsrail özünümüdafiə məqsədilə gizli və ya məhdud hərbi tədbirlər görməyə davam etsə də İranla birbaşa konvensional münaqişəyə girə bilməz və bunu etməyəcək. Kiçik bir ölkə kimi İsrailin İranın hərbi imkanlarına qarşı ciddi tədbirlər görmək üçün kifayət qədər qüvvəsi yoxdur və onun ərəb dünyasındakı qonşuları regional müharibə vəziyyətində geri çəkilməyəcək; onlar yalnız Suriyada və ya sularda məhdud müdafiə əməliyyatları və ya gizli fəaliyyətlər üzrə əməkdaşlıq edəcəklər. Uzunmüddətli asimmetrik müharibə ayrı bir ehtimaldır; çox şey İsrailin Livanla bir növ sülh razılaşmasına gələ bilməyəcəyindən və Əsədlə məhdud razılaşmanın kəsilə biləcəyindən asılı olacaq”, - deyə amerikalı siyasi şərhçi əlavə edib.

Siyasi proseslərə nəzər yetirdiyimiz zaman gəldiyimiz qənaət isə müharibə riskini daha da gücləndirmiş olur. Pentaqon rəhbərliyinin İsraildə müəyyən görüşlər keçirməsi yeni müharibə zamanı İsrailin İranla yalnız deyil, ABŞ-ın dəstəyi və birbaşa iştirakı ilə baş tutacağını deməyə əsas verir.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"