"Bu, Azərbaycanda rusbaşların çoxalmasına səbəb olacaq" - Professor

30 avqust, 2022 15:17

“Bu, Azərbaycanda rusbaşların çoxalmasın səbəb olacaq. Vəziyyət təhlükə həddinə çatıb”. 

Bunu BDU-nun professoru Boran Əziz deyib.

O, Azərbaycanda rus bölməsinə axınla bağlı sosial şəbəkələrdə yayılan görüntülərə münaisbət bildirib.

Professor xatırladıb ki, XIX əsrin 70-ci illərində Azərbaycan ziyalıları doğma dilmiz olan Azərbaycan dilində təhsil almaq üçün gərgin mübarizə aparıblar:

“Bu mübarizədə Həsən bəy Zərdabinin “Əkinçi” qəzetində yazdığı məqalələr, apardığı mücadilə xüsusi bir önəmə malikdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Milli Azadlıq Hərəkatının birinci mərhələsində doğma dildə təhsil almaqla bağlı aparılan mübarizə onun mühüm bir hissəsini təşkil edir. Niyə doğma dildə təhsilə bu qədər önəm verillər? Həsən bəy millətin salamat qalması, dirilik olması üçün isə milli birlik lazımdır deyirdi. Milli birliyə nail olmaq üçün isə göstərirdi ki, hökmən doğma dildə təhsil alınmalıdır. Çünki dil və din birliyi yaratmadan milli birliyə nail olmaq mümkün deyil. Dil birliyinin təminatı isə məktbdə doğma dildə təhsil almaqdan keçirdi. Çünki məktəbdə doğma dil həm dilin inkişafına, onun təkmilləşməsinə, ayrı-ayrı dialektlərin əvəzinə ümumişlək ədəbi dilin yaranmasına səbəb olurdusa, həm də  müxtəlif təriqətlərə malik olan insanlar doğma dildə oxumaqla, onların bir yerdə yaşaması və oxumasının mümkün olduğu qənaətinə gəlirdi. Həm də bu ona görə lazım idi ki, Çar Rusiyasının yeritdiyi siyasət nəticəsində sünni və şiə təriqətləri arasında Azərbaycanda çox dərin bir ziddiyət meydana gəlmişdi və onlara aşılanmışdı ki, guya bu, müxtəlif təriqətlərdən olan uşaqlar bir yerdə oxuya bilməz. Ona görə milli dildə təhsilə çox böyük əhəmiyyət verirdilər”.

Professor “Həsən bəy deyirdi ki, bununla biz əslində uşağı valideynin, arvadı ərin, rəiyyəti padşahın zülmündən qurtaracağıq” deyib:

“Yəni doğma dildə təhsilə bu qədər önəm verirdi o. Milli dildə təhsillə bağlı onun apardığı təbliğat işləri  və qəzetdə dərc etdiyi yazılar hətta dövrün ən məhşur adlarından olan Mirzə Fətəli Axundzadədə də belə təəccüb doğurmuşdu ki, axı biz doğma dildə necə təhsil alaq Məktəblər yox, olsa belə tədris edə bilən müəllimlər yox, müəllim tapılsa belə dərsliklər yox. Yəni belə bir çətinlikdən sonra müəyyən qədər milli dildə məktəblər açıldı, cümhuriyyət dövründə də xüsusilə bu təbliğat genişləndirildi və.s. Təəssüflə deməliyik ki, indi milli dildə təhsilə yenidən ögey münasibət hiss olunur. Bu çox ürəkağrıdıcı bir məqamdır, çünki uşaq orta məktəbdə Dostoyevskinin, Tolstoyun və digələrinin xristian fəlsəfəsinə uyğun olan əsərlərini oxuyur. Bu, onların şüuraltı qatlarına, dünyagörüşünə dərin təsir göstərir və uşaq təpədən dırnağa millilik təbliğ edən Mirzə Ələkbərin, Əbdürrəhim bəy Haqverdiyevin, Mirzə Cəlilin və digər tanınmış yazıçılarımızın şerlərindən bixəbər qalır. Ona görə də sözün açığı hesab edirəm ki, doğma dildə təhsil olduqca vacibdir. Biz çox dil bilməyin əlehinə deyilik. Ancaq orta məktəbdə dövlət büdcəsi hesabına təhsil yalnız doğma dildə olmalıdır. Kim istəsə özəl məktblərdə və ya liseylərdə istədiyi dildə övladını təhsilə yönəldə bilər”.

Əziz Boran bildirib ki, insanların rus dilinə maraq göstərməsi süni ajiotajla bağlıdır:

“Guya ki, rus bölməsi daha yaxşı təhsil verir. Bu tamamilə absurd bir fikirdir. Biz Dövlət İmtahan Mərkəzinin tələbələrin universitetə qəbul olması haqqında xalqa açıq paylaşdığı statistikada rus bölməsi ilə Azərbaycan bölməsi arasındakı fərqi aydın görə bilərik. Bəzən birşey mənə çox təəccüblü gəlir. Evdə atası, anası bir kəlmə belə bilməyən uşaq məktəbdə rus bölməsində təhsil alır. Universitetdə rus dili təhsilinin olması müstəqillik dövrünün tələblərinə uyğun deyil. Hər bir xalqın mədəniyyətinə, dininə və dilinə böyük hörmətimiz var, lakin büdcə hesabına həmin xalqın dilini öyrənmək düz deyil. Əvvəl biz SSRİ-nin tərkibində olduğumuza görə hər bir yerdə rus dili vacib idi. Bəs indi niyə belə bir ajiotaj var, mənə çox maraqlıdır. Hər bir valideynin özündə vətənpərvərlik hissi olmalıdır, konstitusiyamızda yer alan dövlət dilinə - yəni Azərbaycan dilinə hörmətlə yanaşmalıdır. Gələcəkdə rusbaşların sayının çoxalması böyük bir təhlükədir. Məncə valideynlər uşaqlarını rus bölməsinə qoymasa, gələcəkdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi bu bölmələrə tələbatın olmadığını görüb ləğv edəcək”. 

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR