Yunan nazir Azərbaycanı təhdid etdi

30 sentyabr, 2022 10:14

Yunanıstan-Türkiyə münasibətlərinin son dərəcə gərginləşdiyi bir vaxtda bu ölkənin xarici işlər naziri İrəvana səfər edib. Ermənistanı illərdir açıq şəkildə dəstəkləyən Yunanıstan hökumətinin xarici işlər naziri Nikos Dendias son sərhəd toqquşmalarından danışıb. Ermənistan-Azərbaycan sərhədində son zamanlar baş verən sərhəd toqquşmaları mövzusuna toxunaraq, kifayət qədər birmənalı şəkildə Azərbaycana xəbərdarlıq edib.

44 günlük Qarabağ müharibəsinin başlandığı gün Ermənistana dəstəyini ifadə etmək üçün İrəvana səfər edən Dendias “siyasi xəritəni yenidən cızmaq istəyən ölkələrə aydın siqnal göndərmək istəyirəm. Mesajım budur ki, bu cür siyasət iflasa uğrayacaq”, - deyə bildirib. Erməni həmkarı Ararat Mirzoyanla danışıqlardan sonra baş nazir Nikol Paşinyanla görüşüb və bundan sonra sosial şəbəkələrdə yazıb: “Mən bir daha Yunanıstanın Ermənistanla tam həmrəyliyini vurğuladım”. Məlum olduğu kimi, Yunanıstan bundan əvvəl də Ermənistana siyasi dəstək verib. Lakin son vaxtlar Yunanıstan və Türkiyə arasında artan hərbi gərginlik fonunda Afina erməni siyasətini də xeyli fəallaşdırıb. Türkiyə-Yunanıstan münasibətlərini kəskin şəkildə gərginləşdirən Yunanıstanın Egey dənizindəki mübahisəli adalara silahlı qüvvələrini köçürməsi mövzusuna qayıdaraq xatırladaq ki, söhbət 1923-cü ildə Yunanıstanın da imzaladığı Lozanna Sülh Müqaviləsinə uyğun olaraq silahsızlaşdırılmış ərazilərdən gedir. Lakin son vaxtlar Ankara kimi NATO-nun üzvü olan Afina da öz hərbi qüvvələrini mübahisəli adalarda, üstəlik, Türkiyənin ərazi sularına yaxın ərazidə yerləşdirməyə başlayıb. Türkiyə Yunanıstanın hərəkətlərini onun təhlükəsizliyinə birbaşa təhdid kimi qəbul edir və buna görə də Afinanı qətiyyətli əks tədbirlərdən qaçmaq üçün təmkin və sağlam düşüncə nümayiş etdirməyə çağırıb.

Prezident Rəcəb Tayyib Ərdoğan Yunanıstan qoşunlarının Egey dənizindəki silahsızlaşdırılmış adalara gətirilməsinin “gizli işğal” olduğunu bildirib. Eyni zamanda Ərdoğan vurğulayıb ki, Yunanıstanın hərbi qüvvələrini Qərbi Trakya və Egey dənizindəki adalarda cəmləməsinin Ankara üçün hərbi əhəmiyyəti yoxdur, çünki Türkiyənin hərbi gücü Yunanıstanı xeyli üstələyir. 

Yada salaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük müharibədən bir neçə gün öncə, sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən Yunanıstanın münaqişə ilə bağlı tutduğu mövqeyə işarə edərək “Ermənistanın torpaqlarını işğal edən Azərbaycan deyil, Ermənistan Azərbaycanın ərazisini işğal edib. Bu da bütün beynəlxalq təşkilatların sənədlərində öz əksini tapıb” demişdi.

Dövlət başçısı Türkiyənin mövqeyini də müdafiə etmişdi. “Sizə deyə bilərəm və bu, sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz.  Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq. Toxunulası bir müsbət məsələ tapmaq istəyirəm, amma əfsuslar olsun ki, tapa bilmirəm. Ola bilsin, biz ümid edirik ki, Yunanıstanın nisbətən bu yaxınlarda iqtidara gəlmiş yeni hökuməti əvvəlki hökumətin Azərbaycana qarşı siyasətini yenidən nəzərdən keçirəcək”.

Nazirin İrəvanda verdiyi açıqlama və Afinanın Türkiyəyə yönəlik təxribatçı addımları isə onu göstərir ki, Yunanıstanın antitürk siyasətində dəyişən heç nə yoxdur(musavat.com). 

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"