Qafqazda Rusiya-Türkiyə toqquşması - Qarabağ Ankara ilə Moskvanın münasibətlərini necə dəyişəcək?

15 oktyabr, 2020 15:13

Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdəki dinamika çox sürətlə dəyişdiyinə görə mətbuatdakı analizləri operativ vəziyyətə uyğun yox, daha panoramlı kontesktdən vermək lazımdır.

Qafqaz Avrasiya materikinın düz ortasında yerləşən mühüm geostrateji məkandır. SSRİ dağılandan sonra Rusiya milli münaqişənin qızışdırılması üsulundan istifadə etmək yoluyla bu ərazini öz nəzarətində saxlamağa çalışıb. Onu da demək lazımdır ki, Moskva buna xeyli müddətdir müəssər olub. Amma tarixə yaxşı nəzər yetirsək görərik ki, heç zaman nəinki dövlətlərin sərhədləri, hətta onların mövcudluğu belə statik olmayıb. Rusiya 200 ildir ki, Qafqazın hamisi rolunda çıxış edir və buraya kiminsə müdaxiləsinə qətiyyən imkan verməyib. Çünki onlar bu məkanı əldən buraxmamaq üçün resurslara malik olublar. İndi vəziyyət tədricən dəyişməyə başlayır. Rusiya iqtisadi cəhətdən getdikcə zəifləyir. Köhnəlmiş vasitələrlə “status-kvo”nun permanentliyinin təmin edilməsi çətinləşir. Elə bu səbədəndir ki, 30 il bundan öncə Qafqazda təkbaşına meydan sulayan Rusiya yeni rəqiblə qarşılaşmaq məcburiyyətində qalıb. Bu rəqib heç də gözlənilməz yerdən peyda olmayıb. Tarixi baxımdan Rusiyaya həmişə rəqib olan Türkiyənin Azərbaycanın yanında yer alması Moskvanı qıcıqlandırsa da, o, buna birbaşa müdaxilə etmək fikrindən daşınır. Ona görə ki, işlərin daha da qəlizləşməsi Kremli xoşagəlməz proseslərlə üzləşdirə bilər.

Hazırda beynəlxalq mətbuatda Rusiyanın Türkiyə ilə Qarabağ məsələsindəki maraqlarının necə toqquşmasına geniş yer verilir və müxtəlif baxışlar var. “Carnegie Moscow Center”-in “Üçüncü kondominium. Qarabağ Rusiya və Türkiyə münasibətlərini necə dəyişəcək” başlıqlı analitik məqaləsi də məhz bu xüsusa toxunur.

Azsiyasət.com həmin məqaləni ixtisarla təqdim edir.

- Yeni köhnə format

İndi Zaqafqaziyada Ərdoğanın artan fəallığına Kremlin nə qədər uzun müddətə dözüm göstərəcəyini dəqiq söyləmək çətindir. Amma istənilən halda Qarabağ məsələsinin 2020-ci ilin sentyabrınadək mövcud olan həll yolları artıq məhv olub. Çox dumanlı görünməsinə baxmayaraq, yeni diplomatik konstruksiya indi qurulmağa başlayır. İyulda Bakı Minsk Qrupunun işinin aktivləşdirilməsinə çağrış edirdi, lakin hazırda Prezident İlham Əliyev deyir ki, əgər bu qrup işinin öhdəsindən gələ bilmirsə, onda onlarsız da ötüşmək olar.

Qarabağ müharibəsinin uzanması ideyasını qəbul etmək çətindir. Deməli, kimsə Bakının danışıqlarda irəliləyiş istəyini təmin etməlidir. Kreml istəyir ki, bunu Ankara yox, özü etsin. Çünki əks təqdirdə, Türkiyə həqiqətən də regionda özünü ən yaxşı nəticə göstərən güc kimi nümayiş etdirə bilər. Bu isə ona Rusiya ilə bərabər hüquqlu vasitəçi statusu tələb etməyə əsas verər.

Ona görə də Moskva təşəbbüsü özünə qaytarmaq və Ankaranın birinci rolda çıxışına imkan yaratmamağa çalışır. Rusiya Azərbaycana deyə bilər ki, onlar Paşinyanın Dağlıq Qarabağ hakimiyyətinin danışıqlara qoşulması ideyasına kəskin şəkildə qarşı çıxıblar və indiki formatın dəyişilməməsinin tərəfdarıdırlar. Rusiya düşünür ki, əgər belədirsə, onda Azərbaycan bu formatın radikal dəyişməsinə ehtiyac duymaz və ona görə də Türkiyə əvvəlki kimi Minsk Qrupunun iştirakçısı kimi qalacaq, amma həmsədrlərdən biri olmayacaq.

Bundan sonra Rusiya artıq Vladimir Putin səviyyəsində Prezident Əliyevə danışıqlarda real irəliləyiş olacağı təminatını vərə bilər. Paşinyana isə izah edilməlidir ki, danışıqlar prosesini aktivləşdirmək vacibdir. Bu prosesi heç olmazsa Dağlıq Qarabağın ətrafında həyatsız ərazilərdə yaradılmış təhlükəsizlik zolağının Azərbaycana qaytarılması ilə fəallaşdırmaq mümkündür. Əlbəttə, bu, Paşinyanın xoşuna gəlməyəcək, lakin etiraz etmək çox çətin olacaq. Onun müəllimi Ter-Petrosyanın söylədiyi kimi - güzəşt, yaxşı və pis arasında deyil, pis və ən pis arasında seçimdir. Həm də ki, ən pis, təkcə Ermənistana yox, həm də Rusiyaya aiddir.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"