Fransanı necə boykot edək? - "Hər zaman eyni - "Fransa ermənipərəstdir" fikrində olmaqdansa..."

14 oktyabr, 2022 22:44

Fransa Prezidenti Emmanuel Makronun "France 2" kanalının “L’Evenement” proqramına verdiyi müsahibədə Makron birmənalı olaraq Ermənistanı həmişə müdafiə edəcəyini, guya Ermənistanın regionda tolerantlıq, sülh uğrunda mübarizə apardığını, Qarabağın mübahisəli ərazi olduğunu, habelə “Dağlıq Qarabağ”ın Ermənistanın ürəyi olduğu üçün orada "olduğunu" qeyd edib. 

Daha sonra Makron Azərbaycanın bu ərazini “dəhşətli müharibə” apararaq “işğal" etdiyini söyləyib. Həmçinin, Azərbaycandan qaz, neft almadığı üçün onu “satın almağın" qeyri-mümkünlüyünü deyərək, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük səylər göstərən şəxslərin - bir çox Avropa ölkələrinin rəhbərlərinin və həmkarlarının, Avropa İttifaqının yüksək məmurları Şarl Mişeli, Avropa Komissiyasının Prezidenti xanım Ursula von der Leyeni və digərlərinin fəaliyyətini şübhə altına almağa, onların “ələ alınmasına” işarə vurub. 

Qeyd edək ki, Fransanın Azərbaycana qarşı bu münasibəti ilə ilk dəfə qarşılaşmırıq. Belə ki, Fransa hər zaman-indi də, keçmişdə də Ermənistanın yanında olub. ATƏT-in Minsk qrupunun həmsədri kimi də daim Ermənistanı dəstəkləyib. Fransa dövlət başçısının Azərbaycana qarşı səsləndirdiyi əsassız ittihamlarla bağlı Azərbaycan XİN rəsmi şəkildə cavab verib. 

Bununla yanaşı, Azərbaycanda Fransaya qarşı ictimai qınaq kampaniyası, fransız mallarının boykot edilməsi, Fransaya səfərlərdən imtina və s. kimi hansı addımlar atıla bilər? 

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirib ki, bu istiqamətdə təsir mexanizmləri olan addımlar atılmalıdır: 

“ Fransız mallarından istifadədən, yaxud Fransaya səfərdən imtina ilə bu ölkəyə nə qədər təsir etmək olar? Azərbaycanın ticarət dövriyyəsinə baxdıqda, Fransa kiçik bir paya malikdir. Ancaq Fransaya baxdıqda 1 trilyon dollardan artıq böyük iqtisadiyyatı var. Yəni kiçik, populist addımlarla Fransaya təsir etmək mümkün deyil. Ancaq başqa təsir mexanizmləri var. Fransanın Azərbaycanda iqtisadi maraqları var. “Total” və digər şirkətlər fəaliyyət göstərir ki, həmin şirkətlərlə daha sıx əlaqə yaratmaq və onların Fransadakı nüfuzundan istifadə edib həmin ölkənin siyasətinə təsir etmək lazımdır. Bu, daha ciddi məsələdir. Bu kimi yollarla Fransa hökumətinin qərarlarına təsir etmək olar”. 

Ekspertin fikrincə, orta və uzunmüddətli düşünsək, başqa yollar da tapmalıyıq: 

“Biz hər dəfə əks-reaksiya verməklə kifayətlənirik. Ancaq Fransanın, Avropa ölkələrinin bir çoxunda siyasətlə ciddi şəkildə məşğul olan  lobbi qruplarımız olmalıdır. Yəni ermənilərin Fransada 500-600 min nəfərlik lobbisi var. Onlar siyasətə təsir edə, şəhərlərdə mer seçilə bilirlər. Hazırda bir neçə fransız şəhərlərinin meri ermənidir. Türk diasporu ilə Azərbaycan diasporunun sayı 1 milyondan çoxdur. Biz niyə siyasətdə aktiv olmayaq, mer seçilməyək, hansısa bir formada siyasi partiyaların işində yaxından iştirak etməyək? Yəni gündəlik reaksiya verməkdənsə, hər zaman eyni-“Fransa ermənipərəstdir” fikrində olmaqdansa, onun səbəblərini aradan qaldırmaq lazımdır. Onların ermənipərəst olmalarının səbəbi ermənilərin orada siyasətdə aktiv olmasıdır. Ona görə də türk və Azərbaycan diasporu Avropada daha aktiv siyasətlə məşğul olmalı və siyasəyə təsir mexanizmləri hazırlamalıdır”. 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"