ABŞ-ın şok Qarabağ planı: Yeni ssenaridə diqqətçəkən Türkiyə detalı - "Past" nəşri

27 oktyabr, 2022 12:10

Rusiya Dövlət Dumasının komitə sədrinin müavini, deputat Konstantin Zatulinin Ermənistana girişinə qadağa qoyulması iki ölkədə qızğın müzakirələrə səbəb olub. Zatulin Ermənistan hakimiyyətinin bu addımını hücum kimi qiymətləndirib. Bundan sonra “Rossiya Seqodnya” və “Sputnik” agentliklərinin baş redaktoru Marqarita Simonyan da Ermənistana girişinə qadağa qoyulduğunu açıqlayıb.

Bu barədə Ermənistanın “Past” qəzeti yazır.

Politoloq Hrant Mikayelyan hesab edir ki, bu qadağalara daha geniş reallıqlar kontekstində baxmaq lazımdır:

“Zatulinin açıqlaması bir ildən çox əvvəl səsləndirilib. Zatulin həmin açıqlamalarda Ermənistanın məğlubiyyətində indiki hakimiyyəti günahlandırır. Əgər bu bəyanatlar bu qədər qəbuledilməz olsaydı, qadağa elə o vaxt qoyulardı, amma bunu indi edirlər. Zatulinin ölkəyə girişinə qadağa indiki hadisələrin davamıdır”.

Ekspert qadağanı Ermənistan hakimiyyətinin Rusiyadan uzaqlaşaraq, Qərbə yaxınlaşması ilə əlaqələndirir:

“Ermənistan hakimiyyəti Avropa İttifaqı və ABŞ-ın vasitəçiliyi ilə Azərbaycanla sülh sazişi imzalamağa çalışır, hətta Qarabağa iddiadan imtina etməyə də hazırdır. Bəllidir ki, bu, həm də geosiyasi vektorun dəyişməsi deməkdir. Yəni bu, xarici siyasətin Qərbə yönəlik dəyişdirilməsini ehtiva edir. Təbii ki, bu yolda Rusiya ilə istənilən əlaqə kəsilməlidir. Zatulin də Rusiya ilə əlaqələrin güclədirilməsində önəmli fiqurlardan biridir. Bir sözlə, baş verənlər geosiyasi qütbün dəyişməsinin son mərhələsidir”.

Mikayelyan hazırda Rusiya elitasında Ermənistanı dəstəkləyən çox az sayda adamın qaldığını iddia edir: “Orada çox az sayda adam Ermənistanla münasibətlərin tərəfdarıdır. Həmin azsaylılardan biri də Zatulin idi. Bu adamlar vasitəsilə Rusiya ilə əlaqələri kəsmək çox təsiredici vasitədir”.

Politoloq Baş nazir Nikol Paşinyanın bundan öz hakimiyyətini gücləndirmək üçün istifadə edəcəyini deyir:

“Bu il sentyabrın 14-də Paşinyan Qarabağı tamamilə təhvil verə biləcəyinə eyham vurmağa başlayanda bəzi insanlar küçələrə çıxdılar. Bundan sonra stəbliğatı tamamilə başqa istiqamətə döndərərək, hər şeydə Rusiyanın günahkar olduğunu göstərməyə başladı, insanların qəzəbini Rusiyaya yönəltdi. Əslində, bu gün baş verənlərlə müqayisədə Zatulinin ölkəyə girişinə qadağa qoyulması çox kiçik bir şeydir “.

Mikayelyan mediada yayılan və iddiaya görə, tezliklə Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin “Vaşinqton” versiyasına da toxunub:

“Bizi yaxşı heç nə gözləmir. Başqa sözlə, Qarabağın (Rusiya sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilər) təhvil verilməsi prosesi davam edəcək, daha doğrusu, başa çatacaq. Çünki Ermənistan hakimiyyəti Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyacaq. Ortada dolaşan sənəd hələ deklarativ variantdır, hələ tam sənədi görməmişik”.

Oktyabrın 31-də Soçidə gözlənilən Azərbaycan-Rusiya-Ermənistan liderlərinin görüşünə gəldikdə, Mikayelyan bunun heç nəyi dəyişməyəcəyini söyləyir:

“Ötən ilin noyabrında Brüssel fəallaşanda və faktiki olaraq danışıqların əsas istiqamətinə çevriləndə o zaman Vladimir Putin İlham Əliyevlə Nikol Paşinyanı görüşə dəvət etdi və üçüncü bəyanat imzalandı. İndi də Putin eyni şeyi etməyə çalışır. Yəni bütövlükdə uduzulmuş oyunu müsbət oyun kimi göstərməyə çalışır, amma bu baxımdan heç bir uğur görmürəm. Onu da qeyd edim ki, Vaşinqton artıq bu görüşün mümkünlüyünə sərt reaksiya verir. Rusiya mövqelərini xeyli itirsə də, bunu fakt kimi qeyd edə bilərik ki, böyük siyasi oyun heç vaxt bitmir. Ermənistana gəlincə, razılaşma ilə Qarabağın tamamilə əldən çıxdığı artıq dəqiqdir”.

Ekepsertin fikrincə, Ermənistanın siyasi kursu Qərbə yönəlsə, Qərb dərhal proseslərə qatılmayacaq:

“Qərb bunu Türkiyənin vasitəçiliyi ilə edəcək. Bu halda Ermənistan hakimiyyəti İranla da əlaqələri məhdudlaşdıracaq. İran Ermənistana bütün formatlarda yardım təklif etsə də, adıçəkilən format İrəvanın yeni siyasi xəttinə uyğun olmadığı üçün bundan imtina edərək, tamam başqa format seçib. Digər tərəfdən, İran çox gec ayıldı, əsas məsələ həll olunanda regionla məşğul olmağa başladı. Azərbaycan Qarabağın böyük hissəsinə nəzarəti təmin etdi, bundan sonra İrəvan yarım kapitulyasiyaya imza atdı. İndi biz son kapitulyasiya mərhələsindəyik. Həmin “Vaşinqton” sənədi son kapitulyasiya olacaq. Qərb yalnız bəyanat səviyyəsində işləyə bilər, o, əlbəttə ki, bizə təhlükəsizlik zəmanəti verməyəcək”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"