"Yaxşı, gəlin, "Total"ı ölkədən qovaq, sonra nə?" - XİN-in sabiq rəhbəri

16 noyabr, 2022 16:27

“Fransa Senatı tərəfindən Azərbaycan əleyhinə qətnamənin qəbul edilməsi xoşagəlməz, təxribat xarakterli hadisədir. İnanmıram ki, hansısa nəticə olsun və Fransa hökuməti onların təkliflərini qəbul etsin. Bir neçə gün öncə, Emmanuel Makron cənab Prezident İlham Əliyevə telefon zəngi edib. Fransa hökumətinin başqa fikirləri olsaydı, məncə, belə bir zəng də olmazdı. Azərbaycan tərəfi birmənalı olaraq cavab verməlidir. Fransa parlamenti qətnamə qəbul edib, Milli Məclis bunu cavablandırmalı, qanunverici orqanın üzvləri hərəkətə keçməlidirlər. Azərbaycan hökumətinin cavab verməsi məsələsi də, çox güman ki, müzakirə olunacaq, hansısa qərarlar qəbul ediləcək”.

Bu sözləri pravda.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

E.Məmmədyarov qətnamənin qəbulunda cəmi bir nəfərin Azərbaycanın leyhinə səs verməsinə görə diasporun tənqid edilməsinə də fikrini açıqlayıb:

“Fransa Senatının üzvü Natali Qule, doğrudan da, Azərbaycanın dostudur. Vaxtilə mən xarici işlər naziri vəzifəsində işləyərkən Natali Quleni tanıyırdım, bilirdik ki, Azərbaycanı çox istəyir, dəfələrlə ölkəmizdə olub. Onun Fransa Senatında açıq şəkildə Azərbaycanın ərazi bütövlüyü, Qarabağla bağlı dəfələrlə bəyanatları səsləndirilib. Hər halda nəticə ürəkaçan deyil, cəmi 1 nəfər Azərbaycanın leyhinə səs verib. Senatın digər üzvləri heç olmasa qətnamənin əleyhinə çıxmasalar da, bitərəf qala bilərdilər. Təbii ki, Ermənistan diasporunun rolu yüksəkdir. Siyasi baxımdan bu, əlbəttə, sülh danışıqlarına bir zərbədir. Azərbaycan tərəfi dəfələrlə səsləndirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri institut kimi artıq tarixdə qaldı. Bu, Azərbaycana imkan verir ki, Minsk Qrupu həmsədrlərinin rolunu birdəfəlik sual altına qoysun, həmsədrlərin əleyhinə çıxsın, Qrupu ləğv etsin, bu prosesi başlatsın. Necə həmsədr qala bilərlər ki, birmənalı olaraq Ermənistanın mövqeyini dəstəkləyirlər”.

Sabiq nazir Fransa səfirinin Bakıdan qovulması, bu ölkə ilə diplomatik və iqtisadi əlaqələrin kəsilməsi təklifini isə belə dəyərləndirib:

​​​​​​​“Səfirin qovulmasının yaxşı təklif olduğuna inanmıram. Birincisi, Azərbaycan əleyhinə qətnaməni Fransanın qanunverici orqanı qəbul edib, bu, hökumətin addımı deyil. Səfir Fransanı təmsil edir. Axı Makron bu qətnaməni qəbul etməyib. İqtisadi-diplomatik əlaqələrin kəsilməsinə gəlincə, məsələn, “Total” Azərbaycanda işləyir. Yaxşı, gəlin, “Total”ı qovaq, sonra nə? Bu, Azərbaycanın da iqtisadiyyatına ziyan verəcək. Çünki “Total” Azərbaycan iqtisadiyyatına milyardlarla sərmayə qoyub. İndi biz bunları bağlasaq, sonra nə olacaq? Kim sevinəcək? Biz belə halda ancaq erməniləri sevindirəcəyik”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"