Ermənistanın bütün HHM sistemi Azərbaycan generallarının tələsinə düşdü

19 oktyabr, 2020 01:16

Azərbaycanla münaqişə zamanı Ermənistanın Hava Hücumundan Müdafiə (HHM) sisteminin kifayət qədər böyük itkiləri həm erməni HHM qruplaşmasının hesablamalarının olmaması, həm də Türkiyə hərbi texnikasının xarakteristikalarının, onun tətbiq edilməsinin müasir taktikası ilə bağlıdır.

Azsiyasət.com virtualaz.org-a istinadən bildirir ki, bunu Rusiyanın "Moskovskiy Komsomolets" nəşri üçün verdiyi şərhdə rusiyalı hərbi ekspert Aleksandr Mixaylovski deyib.

A.Mixaylovski Bakının istifadə etdiyi hərbi hiyləgərliyi xüsusi qeyd edib. Bildirib ki, Azərbaycan EA-2 köhnə sovet təyyarələrini (məşhur "kukuruznik”lər) pilotsuz təyyarələr formatına salıb. Ermənistanın HHM sistemi rəqibin Hava Hücumu Qüvvələrinə (HHQ) qarşı mübarizədə tez-tez əldə etdiyi uğurlardan danışır, həmin təyyarələri asanlıqla məhv etdiyi barədə raportlar verirdi. Sonra məlum oldu ki, "kukuriznik" lər qoşunların təmas xətti boyunca uçaraq, Ermənistan HHM-nin diqqətini özünə cəlb edib və düşmən texnikasının dislokasiyası barədə dəqiq məlumat verib. "Daha sonra yerli (Ermənistan) HHM sisteminin “Osa” və “Strela” tipli bütün zenit raket kompleksləri məhv edilib", – deyə rusiyalı ekspert bildirib.

A.Mixaylovski Azərbaycan pilotsuz təyyarələrinin Ermənistan HHM sistemi üçün necə “gözəgörünməz” qalması ilə bağlı suala belə cavab verib: 

"Birincisi, Ermənistan HHM kompleksinin məhz zərbə dronları ilə məhv edilməsi heç də fakt deyil. Bu, İsrail dronları ola bilər-“Kamikadze Naqor”. Onlar radarın siqnalına üstünlük verirlər. Bu, daha çox erməni HHM-nin hesablamasının səhlənkarlığını və rəqibini lazımınca qiymətləndirməməsini göstərir.

Sovet ordusunda mövcud olan normativlərə görə, hədəfin aşkar edilməsi və raketlərin buraxılması üçün 1-2 dəqiqə, işə salınma rayonunu tərk etmək üçün isə maksimum on dəqiqə vaxt verilməli idi. Bəs onlar niyə özlərini nişan verir və yerlərində qalırdılar? Görünür, rəqibdən bu cür hərəkətləri gözləmirdilər.

Bundan başqa, əgər pilotsuz-kəşfiyyatçı hədəfə lazer şüası ilə işarə verərsə, hücum dronu, qurğunun yerləşdiyi yerdən bir neçə kilometr məsafədən lazerlə ağıllı idarə olunan raketlərdən atəş aça bilər".

A.Mixaylovski Ermənistan Hava Hücumundan Müdafiə Qüvvələrinin C-300 kompleksinin məhv edilməsini Azərbaycanın pilotsuz aviasiyasının böyük qələbəsi adlandırıb. O vurğulayıb ki, aşağıdan uçan pilotsuz aparatlar daxili yanma mühərrikli hədəflərin-təyyarə, vertolyot, böyük dron - aşkar edilməsi üçün nəzərdə tutulan C-300-ün hədəfi ola bilməz: "Aşağıdan uçan pilotsuz-kamikaze onların hədəfi deyil. Buna görə əvvəllər məhv edilmiş, yaxında fəaliyyət göstərən HHM-lər cavab verməli idi. Bu cür vəzifələri "Osa", "Strela, "Pantsir-S" həll edə bilərlər".

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"