Qarabağ müharibəsi və FETÖ-nun Azərbaycanda son çırpıntıları...

19 oktyabr, 2020 12:35

Azərbaycan-Türkiyə münasibətlərinin ən pik inkişaf nöqtəsinə çatması böyük tarixi zərurət idi. İki ölkə arasındakı bu möhkəm birlik təkcə Qarabağ müharibəsi kontekstində öz təsdiqini tapmır. Hazırda Əliyev-Ərdoğan birliyi dünyada siyasi münasibətlər sistemində yeni tezislər, nümunələr yaratmış oldu. Qarabağın işğaldan azad edilməsi üçün Türkiyə situasiya yaradan əsas faktorlardan biri kimi mühüm rol oynamaqdadır. Hazırda Azərbaycanın apardığı əks-hücum əməliyyatlarına Türkiyənin verdiyi dəstək danılmazdır. Bundan başqa, Türkiyə Azərbaycanın haqq işinə mane olmaq istəyən dövlətlərin, beynəlxalq təşkilatların da qarşısında dayanıb, onların bütün qərəzli bəyanatlarına cavab verir. Şübhəsiz, Qarabağ işğaldan azad ediləndən sonra Türkiyə-Azərbaycan münasibətləri yeni məcraya qədəm qoyacaq. Qarşılıqlı inam və etibar daha da artacaq, Türkiyənin milli maraq dairəsində olan müxtəlif sahələr üzrə qətiyyətli qərarlar da qəbul ediləcək.

Məsələn, müharibədən sonra FETÖ ilə bağlı Azərbaycan dövləti bütün hücrələri tamamilə silməyə məcbur olacaq. Bu, belə də olmalıdır. Hələ 2018-ci il dekabrın 29-da R.T.Ərdoğan “Azərbaycan FETÖ-nu terror təşkilatı kimi tanıya bilər” demişdi.  Ondan bir gün əvvəl – dekabrın 28-də isə Pakistanın Ali Məhkəməsi ABŞ-ın Pensilvaniya ştatında sığınan Fətullah Gülənin lideri olduğu FETÖ qruplaşmasının terror təşkilatı kimi tanınması barədə hökm çıxarmışdı. Məhz həmin gün rəsmi İslamabad FETÖ-nü terror təşkilatı kimi tanımış oldu.

Bu gün Türkiyə-Azərbaycan-Pakistan birliyi üfüqündə Azərbaycan bundan kənarda qala bilməyəcək, FETÖ ölkəmizdəki yenidən canlanma prosesinin qarşısı da alınacaq.

Həqiqətənmi Azərbaycanda FETÖ var və onlar ölkəmizdə yenidən canlanmaq üçün çalışırlar? Bir müddət əvvəl “Azərbaycan hakimiyyətində FETÖ varmı” başlıqlı məqaləmdə bu haqda kifayət qdər ciddi məqamları önə çəkmişdim və FETÖ-nun ölkəmizdə yenidən ələ keçirmək istədiyi sahələri işarələmişdim. Məqalədə yazdıqlarım heç də təsadüfi deyildi, bu, uzunmüddətli müşahidələrə, əldə etdiyim məlumatlara əsaslanırdı.

Müharibə başlanana qədər cəmiyyətdə belə bir fikir yaranmışdı: “FETÖ-nun əsas adamları Azərbaycan hakimiyyətində öz etimadını yenidən bərpa erməyə çalışırlar, yüksək postlara təyinatları gözlənilir”. Onlar bunun üçün yüksək səviyyəli görüşlər də keçirirdilər. Vəzifələrə təyinat almaq üçün FETÖ-nun əsas simaları əllərindən gələni də edirdilər, gəlməyəni də. Bu istiqamətdə külli miqdarda pul da xərcləməli oldular. Müharibə başlanana qədər...

Amma sentyabrın 27-də başlanan Azərbaycanın əks-hücum əməliyyatları FETÖ imamları - Gülən qaimlərinin bütün niyyətlərinin üstündən birdəfəlik xətt çəkmiş oldu. Nə İlham Əliyev buna imkan verəcək, nə də Ərdoğan FETÖ-nun Azərbaycanda baş qaldırmasına göz yumacaq.

Bəlkə də FETÖ ilə bağlı Türkiyədə həyata keçirilən radikal addımlar qədər Azərbaycanda da qətiyyətli qərarlar qəbul ediləcək. FETÖ-nun Azərbaycanda yenidən baş qaldırmaq istəyən adamları təhsil, gənclər, siyasət və digər ictimai sferlardan bəribaşdan tamamilə kənara çəkilsələr, daha yaxşı olar. Bu, onların öz xeyirinə işləyər. Əks halda... Azərbaycanın əks-hücum əməliyyatları təkcə cəbhə ilə yekunlaşmayacaq.

Samir FEYRUZOV 

 

 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"