"6 dəfə deputat olub, bir dəfə ağzını açıb "A", "B" deməyib"

05 iyul, 2024 18:23

Azərbaycan Demokrat Partiyası (ADP) növbədənkənar parlament seçkilərində iştirak edəcək. 

Bu qərarı yenisabah.az-a ADP sədri Sərdar Cəlaloğlu açıqlayıb. Onun sözlərinə görə, Azərbaycan Demokrat Partiyasının növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını hazırdır:

“Ötən gün  Azərbaycan Demokrat Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını açıqladı. Biz 25-dən artıq namizədimizi müəyyən etmişik. Konkret olaraq, mən özüm Babək, Şahbuz, Kəngərli seçki dairələrindən birindən namizəd olacağam, digər yoldaşlar da Azərbaycanın digər bölgələrindən namizədliklərini irəli sürəcəklər. Biz artıq partiya olaraq qərarımızı vermişik, namizədlərimizi irəli sürmüşük, hazırda məsələ rəsmiləşdirilmə mərhələsindədir”. 

Yaşlı şəxslərin deputat seçilməsinə qarşı çıxanlar barədə danışan Cəlaloğlu bu fikri səsləndirənləri sərt şəkildə tənqid edib: 

“Dövlət idarəçiliyində bu cür uydurma sözlərdən istifadə etmək müəyyən dairələrin öz maraqlarını həyata keçirməsi məqsədi güdür. Elə cavan var ki, onu heç adam içinə buraxmaq olmaz, elə yaşlılar da var ki, bəşəriyyətin taleyini həll edə bilər. Yaşın məsələyə nə dəxli var?!

Ho Şi Min 95 yaşında Vyetnam Prezidenti idi, Nelson Mandela 80 yaşında Cənubi Afrikanın prezidenti oldu, Mahatma Qandi 70 yaşlarında Hindistanı azad etdi, Mao Tszedun 80 yaşında Çin Xalq Respublikasının  lideri olub, o boyda ölkəni idarə edib. 

Bu gün dünyanın aparıcı ölkəsi - Amerikada iki prezident çıxış edir, onların ən kiçiyinin yaşı 70-dən yuxarıdır. 

Azərbaycanda isə hərdən bir söz uydurub atırlar ki, “yaşlılar getməlidir”. Məqsəd müəyyən qüvvələri siyasətdən kənarda saxlamaq üçün bəhanə əldə etməkdir. Şəxsin 80 yaşı olsun, əgər onun ağlı, vicdanı varsa, xalqı üçün əlləşirsə, bu kifayətdir. 

Elə adam var ki, cavan oğlandır, 6 dəfə parlamentdə təmsil olunub, bir dəfə ağzını açıb “A”, “B” hərflərini belə deməyib. Bax, belə adamları millət vəkili seçmək olmaz. Yadda saxlayın ki, demokratiya yalançı sözlərlə inkişaf etməz!” 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR