"Azərbaycanın möhkəm və ədalətli sülhə doğru qətiyyətli addım atmaq imkanı var" - Tomas Şteli

18 sentyabr, 2024 13:55

İsveçrə-Azərbaycan münasibətləri mehriban və möhkəmdir. Bu münasibətlər illərlə qurulan möhkəm təməl üzərində lövbər salıb.

Bu barədə səfir Tomas Şteli ötən gün bu ölkənin Milli Günü münasibətilə keçirilmiş qəbulda bildirib.

“İlk öncə enerji sektorundan digər sektorlara keçən canlı iqtisadi əməkdaşlıq. Məsələn, bu gün artıq Azərbaycanda fəaliyyət göstərən və ya Azərbaycana nəzər salan ilk yenilikçi İsveçrə startaplarımız var. Akademik əməkdaşlıq İsveçrədəki Azərbaycan icması kimi potensial təklif edir. Bu, bizim iqtisadi əməkdaşlığımızın daha da inkişaf edəcəyi müxtəlifliyin ilk əlamətləridir. Qarşıdan gələn COP29-la bu əməkdaşlıq, xüsusən də davamlı texnologiyalar sahəsində daha da təkan alacaq. Bununla belə, istənilən biznes fəaliyyətinin uğurlu olması və daha da inkişafı üçün təhlükəsiz və proqnozlaşdırıla bilən mühit lazımdır.

İkincisi, Etibarlı çoxtərəfli əməkdaşlıq, xüsusilə beynəlxalq maliyyə institutları (BVF və DB) və Azərbaycanın İsveçrə seçki qrupunun bir hissəsi olduğu Qlobal Ətraf Mühit Fondunda (GEF) yaxın, sübut olunmuş və etibarlı əməkdaşlıq. Bu gün İsveçrə və Azərbaycan eynilə COP danışıqlar prosesində işləyir. 

Üçüncüsü, 25 il əvvəl, o vaxtlar qaçqın və məcburi köçkünlərə humanitar yardımla başlayan və bu gün davam edən ikitərəfli əməkdaşlıq proqramı. Dəyişən ehtiyacları nəzərə alaraq bu əməkdaşlıq illər ərzində inkişaf edib. Bu gün bizim texniki əməkdaşlığımız əsasən makroiqtisadi islahatlara və özəl sektor üçün çərçivə şəraitin yaxşılaşdırılmasına yönəlib. Odur ki bu, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə öz töhfəsini verir.   

Belə möhkəm təmələ malik olan İsveçrə ilə Azərbaycan bu gün siyasi, iqtisadi, mədəni sahələr də olmaqla müxtəlif istiqamətlərdə dostluq münasibətlərinə sahibdirlər. Bu münasibətlər etimad və hörmətə əsaslanır. Onlar isə açıq və konstruktiv dialoq şəraitində fikir ayrılığına və tənqidə də imkan yaradır. Nəticə etibarı ilə beynəlxalq dostluq münasibətləri nə mücərrəd müqavilələrə, nə də sadə iqtisadi rəqəmlərlə ifadə oluna bilməz. Bu faktların arxasında insanların əməlləri və baxışları dayanır. Ona görə də bütün sahələrdə insanlar arasında mübadilə çox mühümdür.

Çox şadam ki, İsveçrə  musiqiçiləri Sofi de Kua və Simon Jakkard mənim dəvətimi qəbul edərək belə vacib əlaqələri daha da gücləndirmək üçün uzaqgörən “Körpülərin qurulması turu” ilə Bakıya gəliblər. Onlar bu axşam azərbaycanlı müğənni Qorqud ilə çiyin-çiyinə çıxış edəcək, bu həftə daha iki konsertlə çıxış edəcək və tələbələrlə birlikdə Milli Musiqi Konservatoriyasında təlim verəcəklər.    

Qeyd edək ki, diplomatik nümayəndəliklərin qəbullarında ənənəyə rəğmən, Azərbaycan hökumət üzvünün çıxışı olmayıb.

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi