Almaniya 45 azərbaycanlını deportasiya edib - Rəsmi
07 fevral, 2025 12:58

Azərbaycan vətəndaşı olan 45 nəfər “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində Almaniyadan geri qəbul edilib.
Bu barədə Dövlət Miqrasiya Xidməti (DMX) məlumat yayıb.