İsrail Qarabağ döyüşlərinin təcrübəsini nəzərə aldı, “Harop”u modernləşdirir

03 dekabr, 2020 17:27

İsrailin https://en.wikipedia.org/wiki/Israel_Aerospace_Industries şirkəti Qarabağda gedən 44 günlük müharibənin təcrübəsini nəzərə alaraq “Harop” zərbə pilotsuz aparatının (“dron-kamikadze”) modernizasiyasına başlayıb. Azsiyasət.com virtualaz.org-a istinadən xəbər verir ki, bu nüfuzlu hərbi sənaye müəssisəsi “Harop” zərbə dronlarını Rusiyanın “Krasuxa-4” radioelektron mübarizə sistemini məhv edə biləcək şəkildə modernizə edir.

Rusiya internet KİV-lərinin yazdığına görə, “Krasuxa-4” radioelektron mübarizə sistemi bundan əvvəl İsrailə Suriyada müəyyən problemlər yaradıb, çünki komanda məntəqələri ilə döyüş təyyarələrinin pilotları arasında rabitəni poza bilir. İsrailin hərbi sənayesindəki mənbələrə əsasən “Harop” kamikadze-dronları xüsusi olaraq hədəfə avtomatik yönləndirmə sistemləri ilə təchiz olunub. Bu isə o deməkdir ki, hətta komanda məntəqəsi ilə rabitə kəsilsə belə qurğu əvvəlcədən ona yüklənmiş proqram əsasında öz missiyasını müstəqil olaraq davam etdirə bilər.

Ekspertlərə görə, bu innovasiya kamikadze-dronu nəinki onun siqnallarını pozan radioelektron mübarizə vasitələri üçün təhlükəli edəcək. Eyni zamanda onlar hava hücumundan müdafiə sistemləri üçün də təhlükəli olacaq.  İsrail mütəxəssisləri pilotsuz aparatları radiosiqnalları pozan generatorlarla təchiz edə bilər və nəticədə onlar zenit-raket komplekslərinin radarlarından gizlənə biləcək.

Bildirilir ki, belə texnologiya Dağlıq Qarabağda gedən hərbi əməliyyatlar zamanı tətbiq olunub və Azərbaycan düşmənin zenit-raket komplekslərinə maksimal yaxınlaşa bilib. Əgər İsrail “Harop” dronlarının yenilənməsi prosesini reallaşdıra bilsə onlar Suriyada ciddi üstünlük yaradacaq. Belə aparatların köməyi ilə nəinki Rusiyanın radioelektron mübarizə sistemlərindən yan keçmək mümkün olacaq, eləcə də onların özünü sıradan çıxarmaq imkanı yaranacaq.

Qeyd edək ki, Azərbaycan ordusu 44 günlük müharibə ərzində “Harop” zərbə pilotsuz aparatlarından, o cümlədən İsraillə birgə ölkəmizdə istehsal olunan “Zərbə” dronlarından və digər PUA-lardan, o cümlədən “Bayraktar TB2” zərbə pilotsuz təyyarələrindən geniş istifadə edib. Dronlar həm düşmənin texnikasına və canlı qüvvəsinə dəqiq zərbələrin endirilməsi, həm artilleriya atəşini korreksiya etmək və kəşfiyyat aparmaq məqsədləri ilə tətbiq olunub. Hazırda Azərbaycan ordusunun bu döyüş təcrübəsini ABŞ başda olmaqla bir çox ölkələrin orduları öyrənir. Gözlənilir ki, Azərbaycan ordusu bundan sonra da ən yeni texnologiyalara əsaslanan silahlarla silahlanmaqla daha da modernləşəcək.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"