“Erməni kilsəsi muzeyə çevrilə bilərmi?" - tarixçi, deputat şərh edir

28 iyul, 2020 15:36

“Bütün dünya görəcək ki, bizə qarşı soyqırım siyasəti həyata keçirənlərin abidəsini biz məhv etməmişik, əksinə oranı tarixi bir yerə çevirmişik”.

Erməni kilsəsinin statusu ilə bağlı məsələ hazırda gündəmdədir. Erməni kilsəsinə hansı formada status verilə bilər və bu, milli nöqteyi-nəzərdən bizə nə vəd edir?

Mövzu ilə bağlı “Azsiyasət.com” saytı tarixçi-professor, Milli Məclisin deputatı Anar İsgəndərovun fikirlərini öyrənib.

A.İsgəndərov qeyd edib ki, əslində Bakının tən mərkəzindəki erməni kiləsi ilə bağlı mən düşüncələrini türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımla bağlı bir çox əsərlərin müəllifi olaraq, vaxtilə təkliflər verib:  

“Təklif nədən ibarət idi? Mən 2011-ci ildə Şeyx həzrətləri başda olmaqla, İrəvanda olmuşam, konfransda iştirak etmişəm, Göy məsciddə olmuşam. 1905-1906-cı illərdə Bakı şəhərində minlərlə azərbaycanlının həyatına son qoyulub. 1918-ci ildə təkcə Bakı şəhərində 3 gün ərzində 11 000-dən artıq günahsız müsəlmanın həyatına son qoyulub. Azərbaycanın tarixi abidələri yandırılıb, məhv edilib, minlərlə insanın var-dövləti əlindən alınıb. Hazırda sənədlər durur. Erməni kilsəsi niyə boş qalmalıdır ki? Təklif edirəm və və çox yaxşı olardı ki, erməni kilsəsi ermənilərin azərbaycanlılara qarşı həyata keçridiyi soyqırımlarla bağlı sənədlərin nümayiş olunduğu muzeyə çevrilsin. Kilsə də, məscid də Allahın evidir, biz ora dəymirik, zərər vurmuruq. Amma muzey kimi istifadə olunması daha məqsədəuyğun olardı. Bütün tarixi sənədlər orada yerləşdirilməli və nümayiş etdirilməlidir. Azərbaycana gələn bütün millətlərin nümayəndələri görsünlər ki, bizə qarşı soyqırım siyasəti həyata keçirənlərin abidəsini biz məhv etməmişik, əksinə oranı tarixi bir yerə çevirmişik”.

A.İsgəndərov onu da bildirib ki, orada nümayiş olunan sənədlər göstərəcək ki, işğalçı, qəddarlıq edən, soyqırım törədən kimdir, amma tarix boyu heç bir xalqa qarşı heç bir düşmən münasibəti olmayan kimdir:

"Əksinə, Çar Rusiyası ilə bağlanan 2 müqavilə nəticəsində - Gülüstan və Türkmənçay müqavilələrinin, həm də Osmanlı ilə bağlanan Ədirnə müqaviləsinin şərtlərinə görə, on minlərlə, yüz minlərlə erməni Qarabağda, Şamaxıda, Bakıda, Naxçıvanda yerləşdirilib. Yəni, görünəcək ki, torpaq verən kimdir, torpağı işğal edən kimdir. Bir daha bu fikir üzərinə qalıram ki, kilsə o vəziyyətdə qalmaqdansa, biz onu muzeyə çevirsək, hamı qazanmış olar. Həm də dünyaya bizim təbliğatda böyük rol oynamış olar”.  

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"