“Qarabağ müharibəsi Türkiyəni Qafqazda regional güc kimi bərqərar etdi” - ABŞ-ın “beyin mərkəzi”

20 dekabr, 2020 00:22

Ceymstaun Fondu: “Özünün hərəkətsizliyi və səhv davranışı nəticəsində Qərbin bölgədəki təsiri azaldı”

“İkinci Qarabağ müharibəsinin nəticələrindən sonra (27 sentyabr-9 noyabr) Azərbaycan milli zəfərini yaşayır, Ermənistan isə dəyən travmadan özünə gələ bilmir. Rusiya bundan geosiyasi faydalar qazanıb, Qərb diplomatiyası isə növbəti dəfə iflasa uğrayıb və Türkiyə Güney Qafqazda regional güc olaraq bərqərar olub”.

Azsiyasət.com saytı musavat.com-a istinadən xəbər verir ki, bu barədə ABŞ-dakı “beyin mərkəz”lərindən olan Ceymstaun Fondunun (Jamestown Foundation) analitikləri yazır.

“Azərbaycanın hərbi qələbəsinin əhəmiyyəti döyüş meydanındakı nailiyyətləri çox-çox üstələyir. Bu, artıq Azərbaycanın tamamilə konsolidə edilmiş, uğurla modernləşmiş bir dövlətə çevrildiyi deməkdir. Bu xüsusda o, Ermənistanın uğursuz modernləşməsi ilə təzad təşkil edir. Azərbaycanın neft və təbii qaz ehtiyatlarını tədarük etmək və ixrac istiqamətlərinə yönəlmək baxımından oriyentasiyası hərbi modernləşmə də daxil olmaqla, onun çiçəklənməsinin iqtisadi təməlini qoydu və bu da hərbi zəfəri mümkün etdi”, - deyə məqalədə qeyd olunur.

Materialda daha sonra deyilir: 

“Müharibə dövründə ilk dəfə hərbi sahədə Türkiyə-Azərbaycan strateji tərəfdaşlığı uğurla həyata keçirildi. Azərbaycan, Türk həmrəyliyinə əsaslanan bu strateji tərəfdaşlığı maddi olaraq mümkün etdi və Türkiyə üçün böyük və dəyərli iqtisadi tərəfdaş oldu. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Ərzurum və Trans-Anadolu boru kəməri (TANAP -red), Bakı-Tbilisi-Qars dəmir yolu və “Star” neft emalı kompleksi (İzmir yaxınlığındakı Əliağa məntəqəsi) Azərbaycanı Türkiyənin ən böyük sərmayəçi ölkəsinə çevirdi və Ankaranın öz hədəfinə çatmasına - böyük bir enerji tranziti ölkəsinə (xaba) çevrilməsinə töhfə verdi. Üstəlik, cari ildə Azərbaycan bu baxımdan Rusiyanı geridə qoyaraq Türkiyəyə ən böyük təbii qaz tədarükçüsü oldu (EDM, 6 iyul). Məhz bu səbəbdən Türkiyə üçün milli maraqlar baxımından Azərbaycanın təhlükəsizliyini və uğurlarını qorumaq həyati əhəmiyyət kəsb edir. Türk silahları və hərbi tövsiyələri Bakının bu müharibədəki qələbəsinin açarlarından biri idi”.

Məqalədə daha sonra bildirilir ki, Azərbaycanın hərbi hədəfləri əvvəlcə Dağlıq Qarabağ ətrafındakı Ermənistan tərəfindən işğal olunmuş yeddi rayonun geri qaytarılması ilə məhdudlaşıb: 

“Hədəflərin məhz bu cür təqdimatı özünü Azərbaycan və Ermənistan arasında unikal vasitəçi kimi göstərən Rusiyadan ötrü məqbul idi. Azərbaycan Ordusunun hücumunun hər mərhələsində Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyana açıq şəkildə təklif edirdi ki, qoşunlarını konkret tarixə qədər Dağlıq Qarabağa bitişik rayonlardan çıxaracağına söz verərsə, müharibəni dayandıracaq. Lakin İrəvanın təkcə bu tələbdən deyil, ümumiyyətlə Bakı əməliyyatları dayandırmazsa, hər hansı danışıqdan imtina etdiyini nəzərə alan Azərbaycan öz hədəflərini Şuşa şəhəri də daxil, Dağlıq Qarabağın cənub hissəsinədək genişləndirdi”.

Ceymstaun Fondunun təhlili məqaləsinin sonunda uzun müddət Qarabağ məsələsinə laqeyd yanaşan Qərb diplomatiyası üçün II Qarabağ müharibəsinin neqativ nəticələrdən bəhs edilir: 

“Azərbaycan 10 noyabr atəşkəs bəyannaməsinə görə, 1994-cü il atəşkəsi ilə Ermənistanın nəzarəti altında qoymaq zorunda qaldığı ərazisinin təqribən 80% -ni geri qaytardı. Bu müqavilənin şərtləri hazırda kifayət qədər balanslaşdırılmış görünür. Bu - Qərb diplomatiyasının son illər münaqişələrin həlli səylərindən imtina etməsinin, demək olar, qaçılmaz nəticəsidir. Belə bir aralanma (və bunun nəticəsi olaraq yerlərdəki hadisələr haqqında yetərsiz məlumat) Qərb diplomatiyasını effektivlikdən məhrum etdi. Özünün hərəkətsizliyi və səhv davranışı ilə Qərb istər-istəməz böyük bir anlaşmanın yolunu açmağa kömək etdi. Bu dəyişikliklərin məcmuəsi, yəni Qərbin problemdən uzaqlaşması, Moskva ilə Bakı arasındakı razılaşma və Azərbaycanla Türkiyə arasındakı çiçəklənən alyans Qərbin rolunu və təsirini azaltmaqla Cənubi Qafqazdakı təhlükəsizlik sferasının regionlaşmasının yolunu açır”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"