"Ruslar Qarabağa 5 minədək hərbi qulluqçu yığıb" - ETİRAZ

07 yanvar, 2021 14:06

Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyilə yanvarın 11-i Moskvada Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün baş tutacağı barədə fikirlər səslənir. Hələlik xəbər rəsmi təsdiqini tapmayıb, lakin bununla bağlı təkzib də yoxdur.

Bunun yalan məlumat olmadığını ehtimal etsək, tərəflər arasında üçtərəfli saziş haqqında bəyanatı inkişaf etdirəcək siyasi qərarların qəbul ediləcəyi gözlənilir.

Azsiyasət.com xəbər verir ki, politoloq Qabil Hüseynli məsələ ilə bağlı yenisabah.az-a açıqlamasında Moskva görüşündən böyük gözləntilərinin olduğunu qeyd edib:

“Moskva görüşündən pozitiv nəticələrin çıxacağına inanıram. Çünki Prezident qalib tərəfdir, kifayət qədər qətiyyətlidir, ona hər hansı təslimçi mövqeni qəbul etdirmək mümkün olmayacaq.

10 noyabr razılaşmasının müddəalarına ciddi şəkildə əməl edilməsini istəyərdim. Azərbaycanın nəzarəti altında olan torpaqlarda erməni yaraqlılarının hələ də qalması və onların quldurluqla məşğul olması, buna isə  sülhməramlıların dözümlü yanaşması xeyli düşündürücüdür. Həmçinin sülhməramlıların tez-tez özlərindən xəritə icad etməsi, nəzarət edəcəkləri rayonların ərazilərini genişləndirməsi, yəni ermənilərin arzularına uyğun hərəkətləri narahatlıq doğuran məqamlardır. Sülhməramlı qüvvələrin tərkibinə Rusiya Fövqəladə Hallar Nazirliyinin, Müdafiə Nazirliyinin personalının ardıcıl şəkildə göndərilməsi nəticəsində bu gün burada 1096 hərbçi deyil, 5 minədək Rusiya qulluqçusu var. Üstəlik Ermənistanın nazirlərinin Xankəndiyə gəlib qondarma rejimin rəhbəri ilə müqavilələr imzalaması 10 noyabr müqaviləsinin ruhuna ziddir. Bu ərazilər Azərbaycanındır. Onlar qondarma Dağlıq Qarabağ Respublikasını yenidən gündəmə gətirmək üçün səy göstərirlər. Fransa, Belçika, Lüksemburq tərəfindən həvəsləndirilirlər”.

Politoloq bunun təhlükəli tendensiya olduğunu və yeni qarşıdurmaya gətirib çıxara biləcəyini vurğulayıb:

“Ermənilər tərəfindən ciddi müqavimət başlayıb. Dünənədək yalvaran ermənilər bu gün Türkiyə mallarının alınmasını boykot edirlər. Onsuz da bu formal boykotdur. Gürcüstan və İran tacirləri tərəfindən gətirilən malları həvəslə alırlar və onlar Türkiyə mallarıdır. Azərbaycan hansı sərhədlərlə BMT-yə daxil olubsa, o sərhədlərin dəqiq xəritəsinin çəkilməsi istiqamətində erməni tərəfin ciddi müqaviməti var. Laçında, Kəlbəcərdə yeni hadisələr baş verə bilər”.

Həmsöhbətimiz hesab edir ki, sərhədlərin müəyyənləşməsi ən əhəmiyyətli məsələlərdən biridir:

“Bizim üçün 1 nömrəli məsələ Qarabağın statusu ilə bağlı yekun qərarın verilməsidir.  Bu qərar, əslində, 10 noyabrda verilib, sadəcə yeni görüşdə təsdiqlənməsinin prinsipial əhəmiyyəti var, çünki hadisələrin bundan sonrakı inkişafı məhz həmin təsdiqdən asılı olacaq. Azərbaycan tərəfi ortaya hər hansı qondarma bölgənin çıxarılmasını qəti şəkildə qəbul etməyəcək. Lazım gəlsə, məsələnin hərbi müstəviyə keçməsinə Azərbaycan da, Türkiyə də razılıq verəcək. Ona görə də Rusiya və erməni tərəfi sülh yaratma prosesini istəyirsə, suyun axınına qarşı üzməməli, Ermənistanın kapitulyasiya olunmasını qəbul etməlidir. Əks təqdirdə yeni gərginlik yaran bilər”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"