Mərkəzi Bankın yeni binasının puluna Qarabağda 15 min ev tikmək olar

14 yanvar, 2021 10:48

“144,5 milyon əhalisi olan Rusiyanın Mərkəzi Bank binası 2 mərtəbəli, 45 milyon əhalisi olan Ukraynanın Mərkəzi Bank binası 4 mərtəbəli,  9,5 milyon əhalisi olan Belarusun Mərkəzi Bankı 5 mərtəbəli, İsveçrə Mərkəzi Bankının binası da 4 mərtəbədir”. 

Azsiyasət.com xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu Azərbaycanda 450 milyon manata Mərkəzi Banka 160 metr hündürlüyü olan 32 mərtəbərli inzibati binanın tikilməsini şərh edərkən deyib. Onun sözlərinə görə, hər mərtəbəyə 14 milyon 62 min manat xərclənəcək:

“Binanın sahəsi 67.926 kvadratmetr olacaq ki, bu hesabla da hər 1 kv metrin tikintisinə də 6625 manat məsrəf ediləcək.  Bu, Heydər Əliyev Mərkəzindən sonra hər kv metrə düşən tikinti xərclərinə görə ikinci bahalı dövlət obyekti olacaq.  Hələ  qarşıda yeni tikilən binanın kopmplektləşdirilməsi, mebellə  təchizatı və digər xərcləri vardır. 

Böyük Bərpa Planına görə, işğaldan azad edilmiş ərazilərdə tikiləcək mənzillərin hər kv metrinin smeta dəyəri  350 manat olacaq. Bu hesabla  təkcə Mərkəzi Bankın binasının tikintisinə xərclənəcək vəsaitlə Qarabağda ümumilikdə 1 milyon 287 min 714 kv metr yaşayış sahəsi olan mənzillər və  Böyük Bərpa Proqramında nəzərdə tutulduğu kimi hər biri 85 kv metrdən olmaqla  15 min 149 ev tikmək olar. Məlumat üçün qeyd edim ki, Böyük Bərpa Proqramı üzrə Füzilidə 13500, Cəbrayılda isə 13000 evin tikilməsi planlaşdırılıb.

450 milyon manat vəsaitlə 5000 min istedadlı Azərbaycan gəncinin dünyanın ən nüfuzlu Universitetlərdə 2 il ərzində xaricdə magistr təhsilinin xərclərini ödəmək, onların yaşayış xərclərini tam şəkildə qarşılamaq, bununla da 2 il ərzində beynəlxalq standartlara cavab verən 5000 kadr hazırlamaq olar. 

Pandemiya ilə əlaqədar olaraq dünyanın hətta maliyyə və biznes mərkəzlərində ofislər boşdur, əmlak hər gün dəyər itirir, böyük şirkətlərin və dövlət orqanlarının işçiləri evdən çalışır, belə bir vəziyyətdə 450 milyon manat dövlət vəsaitin ofis binasının tikintisinə xərcləmək, yalnız "iqtisadiyyatçılar"ın ağıllarının məhsulu ola bilər. Heç şübhəsiz ki, meqa korrupsiya layihələri, ağ fillər milli iqtisadiyyatın nəinki  cari vəziyyətini, həm də gələcək durumunu çətinləşdirir, bir sözlə ölkəni inkişafdan saxlayır”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"