Seyran Ohanyan: "Ermənistan müharibəni “Biz qalib gələcəyik!” şüarı ilə uduzdu"

19 yanvar, 2021 21:38

Ermənistanın keçmiş müdafiə naziri, İkinci Qarabağ müharibəsində də iştirak edən Xocalı cəlladı Seyran Ohanyan, payızda Ermənistan rəhbərliyinin cəbhədəki vəziyyətdən danışaraq erməni xalqını səhv istiqamətə yönləndirdiyini və bu gün Nikol Paşinyan və komandasının sadəcə susduqlarını bəyan edib.

Virtualaz.org erməni mediasına istinadın bildirir ki, o deyib: “Paşinyan niyə erməni əsirlərinin geri qaytarılması məsələsini həll edə bilmədi? Bilirsiniz, səlahiyyətlilər bu sualın cavabını verməlidir. Müharibə boyu “Biz qalib gələcəyik!” şüarı altında yürüdülən siyasət nəticəsində məğlubiyyətə düçar olduq, amma indi hakimiyyət “Biz susuruq!” şüarı altında hərəkət edir. Onlar insanların bu suallarına cavab verməlidirlər”.

Onun fikrincə, Ermənistanın yeni və daha cəsarətli bir hökumətə ehtiyacı var: “Azərbaycan və Rusiya-Türkiyə tandemi Ermənistan rəhbərliyinə təsirini davam etdirir. Buna görə də deyirik ki, Ermənistan hakimiyyəti dəyişməlidir. Bunu söyləməkdən məmnun deyiləm. Bu vəziyyətdən çıxmaq və ləyaqətimizi bərpa etmək üçün sadəcə yeni, daha cəsarətli və daha yaxşı danışıqlar aparan orqanlara ehtiyacımız var. Əks təqdirdə, 11 yanvarın   davamı olacaq. Bu vəziyyətdə bizim uğursuzluqlar, geri çəkilmələrimiz davam edəcək”.

Son müharibə zamanı Ohanyan Şuşanın müdafiəsində iştirak edib. “Mən sona qədər mübarizə apardım!” deyə keçmiş nazir bu gün bildirib. Lakin, virtualaz.org-un daha əvvəl xəbər verdiyi kimi, erməni mətbuatı Ohanyanın Şuşanın müdafiəsinə rəhbərliyi öz üzərinə götürdüyünü, ancaq döyüş meydanından qaçdığını yazıb. Doğrudur, general-polkovnik özü iddia edir ki, Şuşanın müdafiəsi əməliyyatına rəhbərlik etməyib və oraya "dqr müdafiə ordusu"nun komandanlığına heç bir aidiyyəti olmadan öz təşəbbüsü ilə gedib.

Erməni mətbuatı yazırdı ki, Ohanyan Şuşanın müdafiəsinə rəhbərliyi öz üzərinə götürüb, ancaq döyüş meydanından qaçıb. 

Ohanyan etiraf edib ki, Şuşa həm sayca, həm də texniki imkanlarına görə Azərbaycan Ordusunun üstünlüyü üzündən əldən gedib. Onun sözlərinə görə, noyabrın 5-də ermənilər üç tərəfdən blokadaya alınıb və noyabrın 6-da Şuşanı tərk ediblər.

Onu da xatırladaq ki, Seyran Ohanyan bədnam 366-cı alayın zabiti kimi Xocalı qətliamında şəxsən iştirak edib, eyni zamanda 1992-ci ilin mayında Şuşanın işğalı əməliyyatında liderlərdən biri olub.

İndi Ohanyanın adı Yerevanda, Ermənistanın ikinci prezidenti Robert Köçəryan, keçmiş Baş Qərargah rəisi, KTMT-nın sabiq baş katibi Yuri Xaçaturov və baş nazirin keçmiş müavini Armen Gevorkyan kimi, konstitusiya quruluşunun güman edilən devirməsi üzrə işdə hallanır.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"