Dünyanın sabiq liderləri nə ilə məşğuldur? - Biznes, rəssamlıq, müalicə... - FOTOLAR

22 yanvar, 2021 16:47

Dövlət və hökumət başçıları postlarını tərk etdikdən sonra fərqli yollar seçir. Onların bəziləri siyasət meydanını tərk edərək özünü biznesə, yaradıcılığa yaxud arzusunda olduqları hobbiyə həsr edir. Amma bəzi eks-liderlər siyasətlə məşğul olmağa davam edir və bu sahədə öz təcrübləri ilə bölüşürlər.

Azsiyasət.com modern.az-a istinadən dünya ölkələrinin aparıcı liderlərinin istefadan sonra seçdikləri məşğuliyyət barədə məıumatları təqdim edir.

Bill Klinton - 1993-2001-ci illərdə ABŞ prezidenti olmuş siyasətçi mühazirəçi, kitab müəllifi və pullu konsultasiya ilə məşğul olur. ABŞ mediası 2001-2015-ci illərdə onun həyat yoldaşı Hillari Klintonla birlikdə müxtəlif beynəlxalq tədbirlərdə iştirak və mühazirə oxumaq qarşılığında 153 milyon dollar qazandığı bildirilir. Onun təkcə bir tədbirdə çıxışı üçün 100 min ilə 300 min dollar arasında qonorar aldığı söylənilir.

Corc Buş - 2001-2009-cu illərdə liderlik etmiş Corc Buş hazırda Texas ştatının Dallas şəhərində yaşayır. O, “prezident kitabxanası” və atasının adını daşıyan siyasi araşdırmalar institutunun əsasını qoyub. Periodik olaraq mühazirə oxuyan Buş həmçinin, natürmort və portret janrında rəsm əsərləri çəkir. Onların qiyməti 50 min dollardan başlayır.

Barak Obama - 2009-2017-ci illərdə ABŞ lideri olub. Obama Çikaqo şəhərində “Obama fondu” yaradıb və dünyanın fərqli ali təhsil müəssisələrində geosiyasi durumla bağlı mühazirələr deyir. Memuarlar kitabı ona 65 milyon dollar qazandırıb. Bundan başqa, “Netflix” şirkəti ilə tok-şou və sənədli filmlərin çəkilişi ilə bağlı əməkdaşlıq edir.

Silvio Berluskoni - 1994-1995, 2001-2005, 2005-2006, 2008-2011-ci illərdə İtaliyanın baş naziri olub. Hökumət rəhbəri kimi qalmaqallı açıqlamaları və rezonans doğuran hadisələrlə üzləşən Berluskoni baş nazir postunu tərk etdikdən sonra bizneslə məşğuldur. Barəsində bir neçə cinayət işi açılan siyasətçi sonuncu dəfə Monakoda koronavirusa yolxuması ilə bağlı gündəmə gəlmişdi.

Nikola Sarkozi - 2007-2012-ci illərdə Fransa prezidenti olub. Sarkozi prezident postunu tərk etdikdən sonra Konstitusiya Şurasının ömürlük üzvü seçilib. Bundan başqa, eks-prezident kimi Fransa höukmətinin hər il ehtiyacları üçün 2,2 milyon avro xərclədiyi Sarkozi siyasi proseslərdə aktiv iştirak edir. O 2014-cü ilin noyabrından müxalif “Xalq Hərəkarı Uğrunda İttifaq” partiyasının sədri seçilib. Partiya 2015-ci il mayın 30-dan “Respublikaçılar” adlanır.

Fransua Olland - 2012-2017-ci illərdə Fransa prezidenti. Olland son prezident seçkilərində rəqibi Emmaniuel Makrona məğlub olduqdan sonra siyasətdən kənarlaşıb. O 2018-ci ildə “Hakimiyyət Dərsləri” xatirələr kitabını yazıb. Olland eks-prezident kimi ictimai tədbirlərə qatılır.

Gerhard Şröder - 1998-2005-ci illərdə Almaniya kansleri olub. Şröder kansler postunu tərk etdikdən sonra deputat kürsüsündən də imtina etdi. 2006-cı ildən İsveçrənin “Ringier” konsernində işə başlayıb. Şröder Rusiya hakimiyyəti ilə sıx münasibətlər qurub. O, 2008-ci ildə Rusiya Elmlər Akademiyasının xarici üzvü, 2017-ci il sentyabrın 29-da “Rosneft” neft-qaz şirkətinin Direktorlar Şurasının sədri seçilib.

Gerhard Şröder 2007-ci ilin sentyabrında Moskvada “Qərar. Mənim siyasətdəki həyatım” adlı xatirələr kitabı yazmışdı.

Toni Bler - 1997-2007-ci illərdə Böyük Britaniyanın baş naziri olub. Hökumət rəhbəri postunu tərk etdikdən sonra Yaxın Şərq münaqişəsinin həlli üçün yaradılmış dördtərəfli qrupun xüsusi nümayəndəsi olub. 2008-ci ilin yanvarından JPMorgan Chase, LVMH və s. aparıcı maliyyə şirkətlərinin Direktorlar Şurasının üzvü olub, həmçinin, Darem, Yel və Sinqapur Universitetləri ilə əməkdaşlıq edib.

2017-ci ilin mayında Toni Bler Brexit fonunda yenidən böyük siyasətə qayıtdığını elan etmişdi.

Hu Szintao - Çin Xalq Respublikasının sədri. Szintao 2003-cü il martın 15-dən 2013-cü il martın 14-nə qədər dövlətə başçılıq edib. 2013-cü ildə səlahiyyətləri başa çatdırdan sonra Szintao dövlət işlərindən tamamilə kənarlaşıb. Onun hazırda hansı fəaliyyətlə məşğul olması barədə ətraflı məlumat yoxdur.

Sintze Abe - 2006-2007, 2012-2020-ci illərdə Yaponiya baş naziri. Sintze Abe ölkə tarixində ən uzun müddət baş nazir postu daşımaqla tarixə düşüb. Amma nazir yaralı kolit xəstəliyindən sonra hökumət rəhbəri postunu icra etməkdə çətinlik çəkməyə başladı. 2020-ci il sentybarın 16-ı onun üçün baş nazir kimi sonuncu gün oldu. İstefa verdikdən sonra Sintze Abe sağmalığının müalicəsi ilə məşğludur. Kçemiş hökumət başçısının uzunmüddətli müalicə kursu almasına görə, yaxın illərdə aktiv siyasətdən kənar qalacağı bildirilir.

 

 

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI