"Azərbaycanda Rusiya, İran və Qərbin gizli agenturası var" - Partiya sədri

27 yanvar, 2021 14:01

"Azərbaycanda “5-ci kolon” deyilən anlayış doğru deyil. “5-ci kolon” konkret olaraq hansısa bir ölkənin sifarişini yerinə yetirməlidir. Burada agentura şəbəkəsindən söhbət gedir. Bu şəbəkə ifşa olunub ortaya çıxarılmalıdır".

Azsiyasət.com xəbər verir ki, bu barədə Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirib.

O qeyd edib ki, bütövlükdə Azərbaycanın gələcəyi ilə bağlı əhval-ruhiyyələr bir qədər fərqlidir. Deputatın fikrincə, kimisi Rusiya ilə gələcəyin tənzimlənməsinə üstünlük verir, kimisi də Qərb və Türkiyəyə inteqrasiya yolu ilə:

"Amma heç kimin modeli sınaqdan çıxmış model kimi görünmür. Çünki hansı dövlət birinə yaxınlaşdıqca, digər dövlətlərlə düşmən olma ehtimalı yaranır. Ona görə də ağıllı yol hər biri ilə balansın düzgün qurulmasıdır. Biz bu müharibədə gördük ki, doğru balans quranda uğur qazanmaq olur. Bu baxımdan da mən bu ittihamları da artıq yorucu hesab edirəm. Kimsə kimisə bəyənmirsə, “sən satqınsan, sən xəyanətkarsan” deyir. Nə bilim Azərbaycanda bir sürü axmaq var ki, durub deyəndə ki, Elçibəyi satdınız, başa düşmək olmir ki, vəfat edəndən sonra niyə onu satmalıyıq. Tutaq ki, Əbülfəz Elçibəy vəfat edənə qədər bütün dəstəyimizi əsirgəmədik, həmişə bir yerdə olduq".

Deputat söyləyib ki, siyasət ideyalar, fikirlər, görüşlərlə yürüyur:

"Hansı yolu faydalı hesab edirsənsə, onu davam etdirirsən. Şəxslərə bağlılıq “ipi” yoxdur. Siyasətdə xalqın marağı və ona uyğun siyasət istehsal prinsipi etmək var. Bu havanı çox görmüşük. Azərbaycanda Rusiyanın, İranın, Qərbin gizli agenturası var. Onlar da Azərbaycanın əleyhinə istənilən tezisi qabarda bilirlər. Amma kimlər ki, konkret tarixi dövrdə çıxış yolunu hansısa dövlətlə münasibətlərdə görürlərsə, o başqa məsələdir. Əvvəllər bizim də Rusiyaya münasibətdə sərt baxışlarımız var idi. Amma Qarabağın azadlığı Rusiya ilə hansısa anlaşmadan keçirsə, mənim antirusiya mövqeyi tutmağım siyasətdə səfehlikdən başqa bir şey deyil. Məsələn, mən Türkiyə ilə münasibətlərin həmişə yaxın olmasını müdafiə edən bir mövqedəyəm. Elə məsələlər var ki, bizim istəyimizdən, iradəmizdən asılı olmayaraq baş verir. Vaxtilə Türkiyədə kimsə Rusiya ilə yaxınlaşırdısa, deyirdilər bu kommunistdir. İndi yaxınlaşana deyirlər ki, realistdir. Ona görə də siyasəti dinc müstəviyə gətirmək daha doğrudur".

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"