Rəsulzadənin QAFQAZIN BİRLİYİ ideyası - Sabiq nazir yazır...

31 yanvar, 2021 12:12

Çarizmin süqutundan sonra milli müstəqilliyini elan edən Azərbaycan, Gürcüstan, Dağlılar Respublikası və Ermənistanın İsveçrə Konfederasiyası tipli çoxmillətli demokratik dövlətdə - Qafqaz Konfederasiyasında birləşməsi Azərbaycan siyasətçilərinin səmimi istəyi idi. Lakin Məhəmməd Əmin Rəsulzadənin "rus imperializminin köləsi" adlandırdığı Ermənistanın destruktiv mövqeyi ucbatından nə 1920-ci illərdə, nə də SSRİ-nin süquta uğradığı 1990-cı illərdə həmin ideyanı həyata keçirmək mümkün olmuşdu.
Azərbaycanın sabiq XİN rəhbəri, ədəbiyyatşünas, tərcüməçi Vilayət Quliyev M.Ə.Rəsulzadənin doğum günündə onun 1929-cu ildə Parisdə çıxan "Горцы Кавказа" jurnalında dərc olunmuş "Qafqazın birliyi" məqaləsini tərcümə edib.

Azsiyasət.com həmin məqaləni təqdim edir:


QAFQAZIN BİRLİYİ
Azərbaycanın, eləcə də Qafqaz xalqlarının azadlıq uğrunda mübarizədə əsas ilhamverici stimullarından biri də Qafqazın birliyi ideyasıdır. Ümumi düşmənə qarşı mübarizədə uğur qazanmaq üçün Qafqaz sıra dağlarının hər iki tərəfində, habelə Qara dəniz və Xəzər dənizi arasında yaşayan insanların ümdə vəzifəsi vahid cəbhə halında birləşməkdir. Günümüzdə belə birliyin parlaq nümunəsi İsveçrə konfederasiyasıdır. “Qafqazın birliyi” anlayışında da başlıca amil artıq region xalqlarının qəbil etdikləri Qafqaz konfederasiyası ideyasıdır.


Yerləşim baxımından Qafqaz vahid coğrafi anlayışdır. Bu vahid ərazi siyasi müstəqilliyini təmin edən andan dünya miqyasında fövqəladə əhəmiyyət qazanacaq. Russayağı idarəetmə və təsərrüfatçılıq metodlarından cana yığılmış gözəl ölkəmiz məhz o zaman mədəni dünya sistemi ilə qaynayıb-qarışaraq bolluq və zənginlik diyarına çevrilə bilər.
“Odlu yurd” jurnalının müdafiə etdiyi prinsiplər arasında bu fikir mühüm yer tutur. Gerçəkləşəcəyi təqdirdə onun gətirəcəyi faydaları bir məqalədə sadalamaq olduqca çətindir. Ümid edirəm ki, yaxın gələcəkdə məsələyə müxtəlif yönlərdən yanaşmaq və ortaya çıxan suallara cavab vermək məqsədi ilə silsilə yazılar ortaya qoyulacaq. Təqdim olunan kiçik qeydlərdə biz məsələyə hazırkı dövrün reallıqları baxımından yanaşacağıq.


Rusiya dərin böhran içindədir. Bolşevik sistemi özü öz dayaqlarını dağıdır. Sovet birliyi pərdəsi yırtılıb. Kommunist inqilabını meydana çıxaran sosial səbəblər artıq aradan qalxır. Aydın məsələdir ki, vaxtı ilə bu səbəblərdən yararlanıb bolşevik sistemi quranlar da tarix səhnəsini tərk etməyə məhkumdurlar.


Leninin ikinci, yaxud üçüncü apostolu sayılan diktator Stalin fəhlə sinifinin Trotski, Radek, Buxarin, Zinovyev və s. kimi tanınmış nümayəndələrini sıradan çıxarandan sonra indi hər tərəfdən “fəhlə -kəndli hökumətinə düşmən kəsilən proletariatın” arasında qalıb və öz əlaltıları ilə birlikdə ölkə idarəçiliyində böyük çətinliklərlə üzləşir.


Stalin partiyanın sağ qanadı – kəndlilərə böyük güzəştlər istəyən təmayüllə birləşib Trotskinin permanent inqilab tərəfdarlarını darmadağın etdi. Eyni zamanda Trotskinin bəzi tezislərindən yararlanıb Rıkov və Buxarin yanlılarına zərbələr endirir. İndi də fantaziya məhsulundan başqa bir şey olmayan sənayeləşdirmə planı və avqustun 1-də bütün dünya proletariatının blef xarakterli kütləvi çıxışı ilə ictimai fikri aldatmağa çalışır. Amma bütün bu bleflərə baxmayaraq Rusiyadakı proseslərin mahiyyətinə yaxşı bələd olan insanlar sovet rejiminin məhvə məhkum olduğunu yaxşı başa düşürlər. Yalnız qırmızı bürokratiyaya arxalanıb hakimiyyətini sürdürən Stalin dörd bir tərəfdən bolşevik rejiminə düşmən kəsilmiş qüvvələrlə əhatə olunub. Bu mühasirə həm xarici, hə də daxili xarakter daşıyır.
Daxili cəbhədəki vəziyyət artıq bəllidir. Bunlar ilk növbədə partiyanın öz içində olan müxalifətdir – ilk növbədə ziyalıların yad fikirliliyini və kəndlilər arasındakı müxalifəti nəzərdə tuturuq. Bunun da nəticəsində iqtisadi böhran genişlənir, müxtəlif yerlərdə kəndli üsyanları baş qaldırır. Cərəyan edən proseslər qırmızı rejim üçün ölümcül təhlükədir. Xarici cəbhədəki vəziyyət də kifayət qədər aydındır.
Bütün kapitalist dünyasını inqilab alovları ilə təhdid edən Rusiya siyasi korafəhmliyi və köməksizliyi nəticəsində Uzaq Şərqdə güclü zərbə aldı. Məgər bu ibrətamiz deyilmi?


Sovet rejimini daxildən didib-parçalayan ən güclü amillərdən biri milli hərəkatlardır. Kommunist kollektivçiliyinə qarşı çevrilmiş fərdiyyətçi kəndli hərəkatı ilə bir sırada qırmızı imperializmin bütün ölkə miqyasında həyata keçirməyə çalışdığı mərkəzləşdirmə siyasətinə qarşı qeyri-rus ünsürlərin separatçı hərəkatı da getdikcə genişlənir və böyüyür.


Hər iki amil az qala hər gün daha da inkişaf edir, dərinləşir və onların bolşevizmin süqutunda əsas rol oynayacaqları artıq heç kəsə sirr deyil. Separatçılar kəndlilərin müqavimətindən və kəndli müxalifətindən istifadə edərək təşəbbüsü öz əllərinə ala biləcəklərmi? Və bu yolla da bolşevizmin qələbəsindən sonra hakimiyyətə gələn yeni rusların təcavüzkarlığı qarşısında duruş gətirməyə qadir olacaqlarmı? Yoxsa rus cəmiyyətinin bolşevizmə zidd qüvvələri qırmızı hakimiyyətə qarşı çevrilmiş kəndli müqavimətinin başında dayanaraq Rusiyada milli hərəkatı boğacaqlar? Bu ikinci imkanın gerçəkləşməsinə yol verməmək separatçıların müqəddəs borcudur. Milli hərəkatlar müqəddəs borclarını yerinə yetirmək üçün aralarındakı bütün fikir ayrılıqlarına son qoyub vahid cəbhə halında birləşməlidir. Bu birlik yalnız bütün Qafqaz xalqlarının Qafqaz konfederasiyası ideyasına tərəfdar çıxacaqları təqdirdə həlledici amilə çevriləcək. Qafqaz konfederasiyası çərçivəsində bütün millətlər müstəqillik və milli xüsusiyyətlərini tam şəkildə qoruyub saxlamaqla öz birlikləri ilə suveren hüquqlarını qorumaq üçün qüvvələrini daha da artıra bilərlər. Qafqaz xalqlarının belə birliyi qonşu İran və Türkiyə tərəfdən də xüsusi rəğbətlə qarşılanar. Məgər müstəqil Qafqazın eyni coğrafiyadakı bu iki müsəlman dövləti üçün nə qədər önəmli olduğunun sübuta ehtiyacı varmı? Bütün digər yanaşmaları bir tərəfə buraxaraq sadəcə Baş Qərargahın (Polşa ordusunun Baş Qərargahı nəzərdə tutulur – V.Q.) istənilən zabitinə müraciət etmək kifayətdir ki, o, sizə Qafqaz kimi bir bufer dövlətin mövcudluğunun həmin ölkələr üçün nə qədər faydalı və əhəmiyyətli olması ilə bağlı geniş izahat versin. Keçmişin acı səhvlərindən dərs götürən və gələcəklə bağlı ibrətamiz dərs alan Qafqaz xalqlarında birlik hissi get-gedə daha da qüvvətlənir. Aydın məsələdir ki, bu təbii prosesdən istifadə etmək və onun bütün mümkün yollarla xalqlarımız arasında hakim ideyaya çevrilməsinə nail olmaq lazımdır. Həm də bu zaman belə bir fikrə əsaslanmaq lazımdır ki, gələcəkdə Qafqazın siyasi birliyini nəzərə almadan atılmış hər bir addım yalnız Rusiyaya fayda gətirəcəkdir. Biz inanırıq ki, Qafqaz xalqları birlik naminə hər cür güzəşt və qurbanlara hazırdır. Rusiya ilə ümumi sərhədi olmasını istəməyən ölkələr bu ideyanı xüsusi rəğbətlə qarşılamalıdır. Digər tərəfdən əgər müharibədən sonrakı köhnə Avropa qitə xalqlarının konfederasiyasını yaratmaq fikrini gündəlikdə tutursa, Qafqaz xalqlarının bir konfederasiyada birləşməsi kifayət qədər təbii və həlli mümkün məsələ təsiri bağışlayır.
 

“Горцы Кавказа”, 1929, № 8-9.

19 dekabr

09:54 - Avropa İttifaqı Ukraynaya 90 milyard avro ayırdı 09:52 - Neft məhsullarının Ermənistana daşıyan qatar Qazaxdan yola salındı09:49 - Neft yenə 60 dollardan aşağı düşdü

16 dekabr

14:17 - Rusiya Zəngəzur dəhlizinə nəzarət etmək istəyir - AÇIQLAMA14:14 - Abbas Abbasov axtarışa verildi - "Mehdiyev işi"14:12 - Müharibə əlilləri və şəhid ailələri - Bu rüsumdan azad edilir

15 dekabr

16:19 - THY-nin Bakı nümayəndəliyi işçiləri gecə məcburi işə çıxarıb, ödəniş etməyib16:16 - Ukrayna-ABŞ danışıqlarının ikinci raundu başladı16:12 - İrəvan Brüsselə üz tutdu - Parlament seçkiləri ərəfəsində "xarici müdaxilə" həyəcanı16:11 - Azərbaycanda idxal-ixrac və tranzit də rəqəmsallaşır 16:04 - Prezidentdən amnistiya təşəbbüsü - 20 mindən çox şəxsə şamil olunacaq

12 dekabr

19:55 - "Veysəloğlu" Şirkətlər Qrupu Fəxri Xiyabanda Ümummilli Liderin məzarını zyarət edib - FOTOLAR

09 dekabr

18:52 - AZAL təyyarəsinə dair yeni açıqlama - Faciənin ildönümü 18:45 - "Ukraynada prezident seçkilərinin vaxtı çatıb" - Tramp18:40 - Veysəloğlu Şirkətlər Qrupu "Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi" kitabının təqdimatında iştirak edib - FOTOLAR

08 dekabr

12:05 - Azərbaycanlı milyarderin işində gizli şahid ortaya çıxdı12:02 - İlham Əliyev iranlı naziri qəbul etdi 12:00 - Rusiya ordusu sürətlə irəliləyir... - "Telegraph"

02 dekabr

13:17 - Zelenski istefa verir? 13:12 - Quru sərhədlərin açılması məsələsi gündəmə gəldi13:10 - Rusiya Pokrovsk və Vovçanska nəzarəti ələ keçirdi

01 dekabr

11:48 - Regionda ən bahalı mobil telefon tarifləri Azərbaycandadır - "Numbeo" 11:46 - Azərbaycanla həmsərhəd ərazidə ŞƏT-in təlimləri başlayır11:43 - Əli Kərimli hansı maddə ilə ittiham edilir?

27 noyabr

14:23 - İlham Əliyev mineral daş yunu zavodunun açılışında...14:20 - "Rusiyanın raket gücü Qərbi Ukrayna üzrə sülhə razı saldı" - "The New York Times" 14:18 - "ABŞ-nin sülh planının əsas məqamları razılaşdırılıb, top Ukrayna tərəfdədir" - Lukaşenko14:15 - Deputatın oğlu bu dəfə 31 milyonluq tender qazandı

24 noyabr

10:21 - Putin Trampın "Sülh Planı"na münasibət bidirdi10:19 - İran Azərbaycanın tankerini saxlayıb?