Azərbaycan 2016-cı ilin aprel müharibəsini niyə dayandırıb? - Sirlər açılır

17 fevral, 2021 12:14

2016-cı ilin aprel müharibəsi Ermənistanın ovaxtkı prezidenti Serj Sarkisyan işğal olunmuş ərazilərin Azərbaycana qaytarılacağına dair vəd verəndən sonra dayandırılıb.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana istinadən yazır ki, sözü gedən vəddə torpaqların boşaldılması üçün qrafik də nəzərdə tutulmuşdu. Qriqoryan müsahibəsində deyib ki, Azərbaycan müharibəni bu vədin verilməsindən sonra dayandırıb:

“Aprel müharibəsi Ermənistan tərəfinin vədləri səbəbilə dayandırılıb. Yeri gəlmişkən, bu vədə həm də müəyyən vaxt cədvəli daxil idi və bu qrafikə yay ərzində əməl olunmalıydı”.

Qriqoryan deyib ki, bunun ardınca 2016-cı ilin yayında Ermənistanda məlum hadisələr baş verib. “Sasna tsrer” partiyası Yerevan polisinin qarnizonunu silahlı qiyamla ələ keçirib.

Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, ovaxtkı prezident Serj Sarkisyan bu hadisədən öz vədini 2017-ci ilin aprelinədək təxirə salmaq üçün sui-istifadə edib. Bundan sonra isə proses hakimiyyət keçidi ilə bağlı təxirə salınıb:

“İndi isə çoxsaylı vədlər vermiş və Ermənistan üçün belə böyük yük yaratmış bu adam postunu tərk edir, sonra isə gəlib bəyanat verir ki, “mən qol çəkməyə, filan addımları atmağa hazır idim”. Mən qeyd etməliyəm ki, onun verdiyi vədlərə, onun yaratdığı dalanlara görə biz sonradan ciddi problemlərlə üzləşdik”.

Müxbirin “Serj Sarkisyan hansı vədləri verib” sualına cavab olaraq Qriqoryan deyib ki, bu suala Serj Sarkisyanın özü cavab verə bilər: “Amma o vaxt aprel müharibəsi dayandırıldı və bunun ardınca qrafik verildi. Bütün razılaşmalar bu qrafik əsasında həyata keçirilməliydi”.

Qriqoryan əlavə edib ki, Azərbaycanın müharibəni dayandırması onun Sarkisyanın vədlərindən qane olduğunu göstərirdi. Öz növbəsində Armnyuz agentliyinə müsahibəsində Serj Sarkisyan deyib ki, söhbət “Lavrov planı” deyilən sənədin həyata keçirilməsindən gedirdi.

Sarkisyan iddia edib ki, Dağlıq Qarabağ münaqişəsini tənzimləməli olan bu planı indiki hakimiyyət, Nikol Paşinyanın höküməti rədd edib. Sarkisyan deyib ki, “Lavrov planı” əslində “Madrid prinsiplərinin” düzəliş edilmiş variantı idi.

Onun sözlərinə görə, bu plan üzrə Azərbaycan Dağlıq Qarabağın yekun statusunun Qarabağ əhalisi tərəfindən müəyyənləşdirilməsi prinsipini tanıyırdı. O bildirib ki, referendumun keçirilməsi üçün heç bir vaxt məhdudiyyəti qoyulmamışdı.

Sarkisyan deyib ki, “Lavrov planına” görə Azərbaycana 5 rayon qaytarılmalı idi, amma qalan iki rayonun – Laçın və Kəlbəcərin qaytarılması Dağlıq Qarabağda referendumun keçirilməsi ilə sıx bağlanırdı.

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan deyib ki, o bu sənədi imzalamağa hazır idi və baş nazir vəzifəsində bu planın həyata keçirilməsi üçün qalmaq istəyirdi: “Mən bu sənədi gizli imzalamamalıydım...Mən demirəm ki, bu məsələ referenduma çıxarılacaqdı. Amma bu məsələ cəmiyyətdə geniş və qızğın müzakirə olunmalıydı. Mən əmin deyiləm ki, cəmiyyətin əksəriyyəti bu planı dəstəkləyəcəkdi. Əlbəttə, biz indi tarixin təkərini geriyə, 2018-ci ilə döndərə bilsəydik, düşünürəm ki, əhalinin 99 faizi ona tərəfdar olardı”.

Lakin hakim “Mənim addımım” fraksiyasından millət vəkili Ruben Rubinyan keçmiş prezidentin dediklərinin səmimiliyini dərhal şübhə altına alıb: “Hər şeydən əvvəl Serj Sarkisyan hakimiyyətdə qalmaq istəyirdi. Əgər o bu sənədi imzalamaq istəyirdisə, bunu niyə 2018-ci ilin martında, fevralında, yanvarında etməyib? Bunu niyə 2017-ci ilin dekabrında, noyabrında, sentyabrında, avqustunda etməyib? Niyə qol çəkməyib? Çəkəydi də”.

Rubinyan deyib ki, Sarkisyan öz müsahibəsində Azərbaycana rayonların 5+2 düsuru ilə qaytarılmasına dair sənədi imzalamağa hazır olduğunu bildirib. Onun sözlərinə görə, həmin sənəd Dağlıq Qarabağın statusunun müəyyən edilıməsini qeyri-müəyyən vaxta buraxırdı.

“Mən hesab edirəm ki, onun müsahibəsində ziddiyyət də var. O bir yerdə izah edir ki, mərhələli həllə heç vaxt razı olmayıb. Amma onun haqqında danışdığı variant məhz mərhələli paketdir. Çünki bu plana görə ərazilər qaytarılır, statusun qeyri-müəyyən forması isə qeyri-müəyyən müddətə saxlanılırdı”.

Sarkiyan 2018-ci ildə Ermənistanda baş vermiş “məxməri inqilabı” “anti-Qarabağ” hərəkatı adlandırıb. Keçmiş prezident deyib ki, o heç vaxt “bir qarış da vermərik” prinsipinin tərəfdarı olmayıb.

Azatutyun yazır ki, Serj Sarksiyanın müsahibəsi müxalifətdə də çaşqınlıq yaradıb. “Maariflənmiş Ermənistan” parlament fraksiyasının lideri Edmon Marukyan sual edib ki, rayonlar Azərbaycana qaytarılacaqdısa, niyə oralara milyonlarla dollarlıq investisiyalar yatırılırdı?

Marukyan öz bəyanatında Azərbaycan rayonlarının ermənicə dəyişdirilmiş adlarından istifadə edib və Zəngilanı Kovsakan, Qibadlını Sanasar, Cəbaryılı Mexakavan adlandırıb. Marukyan deyib ki, bu ərazilər Azərbaycana qaytarılacaqdısa, vətəndaşların vergiləri, diasporadan gələn ianələr niyə xərclənməliydi:

“Başqa sözlərlə biz o qədər varlıyıq ki, kiminçünsə şəhər və kəndlər salırıq? Kaşataq (Laçın – red) və Karvaçar (Kəlbəcər – red) rayonlarında biznes üçün yüz milyonlarla dollarlıq kreditlər ayrılıb. Əgər bu rayonlar onsuz da Azərbaycana veriləcəkdisə, onlar üçün dövlət qarantiyalı nəhəng kreditlər niyə götürülürdü? Əgər paralel olaraq rayonların 5+2 formulu üzrə verilməsi barədə danışıqlar gedirdisə, bu xərclər nəyə lazım idi?”

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"