Ruanda soyqırımında Fransanın əli var - YENİ SƏNƏD

18 fevral, 2021 17:21

Ruandada Tutsi soyqırımında Fransanın rolu olduğuna dair iddiaları möhkəmləndirən tarixi məxfi bir sənəd yayımlanıb. 

Azsiyasət.com xəbər verir ki, 1994-cü il tarixli teleqram “Madiapart” araşdırma saytı tərəfindən dərc olunub və həmin dövr Fransa hökumətinin soyqırım cinayətkarlarının qaçmasına icazə verdiyini üzə çıxarıb.

15 İyul 1994-cü ildə Tutsi soyqırımından məsul olan hökumət üzvləri Fransa ordusunun nəzarət etdiyi bir bölgədə olub. Fransanın Ruandadakı səfiri Yannik Cerard o dövrdə vəzifədə olan Prezident Fransua Mitterranın müşavirinin arxivində tapılan bir teleqramda bu şəxslərlə bağlı atılacaq addımlara dair Fransa rəhbərliyindən təlimat vermələrini xahiş edir.

“Beynəlxalq məhkəmə orqanlarının işlərinə qərar verməsini gözləmək üçün onları həbs etmək və ya dərhal ev dustaqlığına qoymaqdan başqa çarəmiz yoxdur”,- deyə səfir teleqramda qeyd edib.

Fransa XİN rəsmiləri isə cavab olaraq “Bütün dolayı kanallardan, xüsusilə Afrikadakı əlaqələrinizdən istifadə edərək özünüzü birbaşa ifşa etmədən səlahiyyətlilərə “Humanitar Təhlükəsiz Zona”nı tərk etmələrini istədiyimizi çatdıra bilərsiniz. Xüsusi olaraq qeyd edin ki, beynəlxalq ictimaiyyət və xüsusən də Birləşmiş Millətlər bu qondarma səlahiyyətlilərlə bağlı nə qərar verəcəyini çox tezliklə müəyyənləşdirəcəkdir”, - deyə bildiriblər.

BMT-yə görə, 1994-cü ilin aprel və iyul arası üç ay ərzində ümumilikdə 800.000 Tutsi etnik azlığına mənsub mülki vətəndaş soyqırıma məruz qalıb.

Soyqırım 6 aprel 1994-cü ildə Ruanda Prezidenti Jüvenal Xabiarimananın təyyarənin partladılması nəticəsində öldürülməsindən sonra Hutu hökuməti tərəfindən həyata keçirilib.

Fransız səlahiyyətlilərinin şübhəlilərin qaçmasına icazə verməsini və bu istiqamətdə biganəliyini ifşa edən sənəd tədqiqatçı Fransua Qğanenin uzun bir məhkəmə prosesindən sonra giriş əldə edə bildiyi açılmamış arxivlərindən götürülüb.

“Fransa səlahiyyətliləri soyqırımı həyata keçirənlərin BMT-nin onlarla bağlı hələ qərar verməməsinə baxmayaraq həbs olunmadan ərazini tərk etməsinə icazə verdi. Tutsi soyqırımının təşkilatçıları olduqlarını yaxşı bilsələr belə, onları beynəlxalq ədalətin sərəncamında saxlamaq əvəzinə, Fransa ordusunun nəzarətindəki bölgəni tərk etmələrinə imkan verdilər”,- deyə tədqiqatçı və “Survie” dərnəyinin üzvü Qğane qeyd edib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"