"İlham Əliyev sosial ədaləti bərpa etmək üçün qətiyyətli addım atıb": "Prezident hansısa klana müharibə edibsə..."

23 avqust, 2020 23:26

“İlham Əliyevin Ramiz Mehdiyevi alçaltması barədə deyilənlər boşboğazlıqdan başqa bir şey deyil. Dünənə qədər qanunların hamıya şamil olunmadığını deyənlər, nədənsə qanunun aliliyinin təmin olunmasından narahat olublar”.

Azsiyasət.com xəbər verir ki, bunları Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin üzvü Qüdrət Həsənquliyev AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyu ətrafında baş verənlərə münasibət bildirərkən deyib.

Partiya sədri xatırladıb ki, 2019-cu ildə ölkədə 70 minə yaxın ailə qurulub. Bu il isə gənclərimiz pandemiya səbəbindən tətbiq olunan karantin rejiminə görə toy edə bilmir. Onlar, ailələri ilə birlikdə toylara icazə veriləcəyi günü gözləyirlər. “On minlərlə sadə vətəndaşımız isə karantin rejimini pozduğu üçün inzibati məsuliyyətə cəlb olunub. İndi hökumət xalqa necə izah etsin ki, vəzifəli şəxslər toy edə, karantin rejimini poza bilər, digərləri yox?! İlham Əliyev heç kimi alçaltmayıb, əksinə, onun və iqtidarın nüfuzuna zərbə vurmağa, karantin rejimini təmin edən Daxili İşlər Nazirliyinin hörmətdən salınmasına cəhd olunub. İlham Əliyev isə iqtidarın nüfuzunu qorumaq, sosial ədaləti bərpa etmək və qanunun aliliyini təmin etmək üçün qətiyyətli addım atıb. Prezidentin bu addımına görə ona hücum edənlər əslində təsdiq edirlər ki, onlar məslək sahibi deyillər. Sadəcə hakimiyyət uğrunda bütün vasitələrlə mübarizə aparırlar, yaxud belə mübarizə aparanların əlində alətdirlər”.

Q.Həsənquliyev karantin rejimini kobud sürətdə pozduğuna görə R.Mehdiyevin kürəkəninin cəzalandırılmasından sonra Prezident İlham Əliyevin Naxçıvan və Qərbi Azərbaycan kökənli klanlara qarşı artıq sərt addımlar atmağa başladığı, bu səbəbdən sözügedən regional elektorat arasında nüfuzunu itirə bələcəyinə dair şərhlərə belə münasibət bildirib:

“Klan - keçmiş sovet respublikalarında eyni bölgədən olan insanların iqtisadi və siyasi müstəvidə bir-birini müdafiə etmək məqsədilə yaratdıqları cinayətkar birlik kimi qəbul olunur. Klanlar sadə insanların hüquqlarını müdafiə məqsədilə yaradılmır. Əksinə, sadə insanların həyatını yaxşılaşdıracaq inkişafa mane olurlar. Regionlarda qeyd olunan bölgələrdən olan elə qaniçən, feodal təfəkkürlü məmur-rəhbərlər var ki, onların vəzifədə qaldığı hər gün on minlərlə vətəndaşın iztirabı deməkdir. Ona görə də, İlham Əliyev hansısa klana müharibə edibsə, bunu alqışlamaq və Prezidenti elliklə müdafiə etmək lazımdır. Xüsusilə bunu həmin bölgənin insanları etməlidir.

İkincisi, dünənə qədər deyirdilər ki, Prezident qarabağlılara (əslində hansısa klan nəzərdə tutulurdu) soyuq münasibətinə görə onlar arasında nüfuzunu itirib. Prezident hər bir azərbaycanlının Prezidenti olmağa çalışır və başlatdığı islahatlara görə güc strukturlarından, xalqdan və beynəlxalq birlikdən ciddi dəstəyi var. Açıq formada ona qarşı çıxmağa iqtidar daxilindən kimsənin cəsarət edəcəyini düşünmürəm. Xalqımız da bilməlidir ki, mövqelərini itirəndən sonra regionçuluq mərəzinə yoluxan hansı keçmiş məmurun qapıları vəzifədə olarkən sadə insanların üzünə açıq olub? Sadəcə, dünən xalqın passivliyindən, heç nəyə reaksiya verməməsindən danışanlar, utanmadan bir gün sonra sentyabrda hansısa böyük hadisələrin baş verəcəyindən, klanlar arası savaşdan danışırlar. Bu tipli söhbətlər çarəsizlikdən doğan qeybəti xatırladır”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"