Ramiz Mehdiyevin bir yolu qalıb...

24 avqust, 2020 10:26

Artıq 10 aydır ki, Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri deyil. Bu vaxt ərzində “Ramiz Mehdiyev amili” gündəmin əsas mövzularından biri oldu, onun barəsində müxtəlif ittihamlar səsləndirildi. Bu gün də iddia olunur ki, R.Mehdiyev “təslim” olmayıb, köhnə qvardiyanın ağsaqqalı kimi hələ də öz “yenilməzliyini”, “mövcudluğunu” qorumağa çalışır, ölkədə aparılan islahatlara məqsədli şəkildə mane olur və vəzifədən kənarlaşdırılmasını həzm edə bilmir.

Hətta Rusiyanın diktəsi ilə Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlarda – Tovuz döyüşləri zamanı da R.Mehdiyevin ölkədaxili auditoriyaya hesablanmış məkrli addımlarının olduğu, yaranmış “vəziyyətdən” istifadə etdiyi və yenilikçi komandaya “müqavimət” göstərdiyi çox ciddi şəkildə müzakirə olunurdu. O, Azərbaycanı xaosa sürükləməyə çalışan və hakimiyyəti zorla ələ keçirmək istəyən “5-ci kolon”un ölkəmizdəki əsas atributu kimi təqdim olunur.

Bu gün ölkədə baş verən hər bir hadisədə “Ramiz Mehdiyev izi” axtarılır.

Yəqin ki, bunu R.Mehdiyev gözəl başa düşür: Bundan sonra da nə baş verəcəksə, onun ayağına yazılacaq!

R.Mehdiyevin nəvəsinə toy mərasimi təşkil etməsi bu gün ölkədə ən çox müzakirə olunan məsələdir. Hər kəs danışır, yazır, etiraz edir. Pandemiya şəraitində, karantin rejiminin qüvvədə olduğu bir ərəfədə onun ölkənin böyük bir məmur korpusunu (xüsusilə də, sabiq məmurları) nəvəsinin toyuna dəvət etməsi nəyə lazım idi? 24 il dövlətin “beyin mərkəzi”nə rəhbərlik etmiş R.Mehdiyev bunun necə bir əks-səda doğuracağını bilmirdimi? Bilirdisə, bu nəyə lazım idi? Xalqda hakimiyyətə qarşı qəzəbi artırmaq, sosial ədalətsizliyin olduğunu sübut etmək, yoxsa təsadüf, sıradan bir toy? Ehityatsız davranıbmı? 

Baş verən hadisələr göstərir ki, həlqələr daha da daralır, R.Mehdiyev tarixi zərurət olaraq küncə sıxılıb, ona qarşı danışmayanlar da artıq danışmağa başlayıb, cəmiyyəti iki yerə bölməkdə ittiham olunur, Azərbaycanda “sürətlə varlananlar" və "sürətlə kasıblayanlar” ssenarisinin əsas müəllifi kimi tənqd hədəfinə çevrilib. Məlum toy məsələsi Azərbyacan cəmiyyətinin psixoloji rahatlığını parçamalamq istəyən “müəllif”lərin kimliyinə qismən işıq salmış oldu.

R.Mehdiyev hazırda AMEA-nın prezidentidir, yəni elmi müəssisədə rəhbərdir. Amma məlum bir həqiqət var: bundan sonra da ölkədə, cəbhədə, idarəçilikdə, ictimai-siyasi sferada, qonşu dövlətlərlə münasibətlərdə baş verə biləcək bütün mənfi tendensiyaların əsas müəllifi kimi onun adı çəkiləcək. Bu, belə olacaq, istəsək də, istəməsək də! Bəs bundan sonra nə olacaq? Onu kim qoruyacaq? Bütün kartlar tam açılmayıb. Sabah kartlar açılsa, onu bu xalqın əlindən kimlər alacaq? Əgər deyilənlər doğrudursa...

“Köhnə qvardiyanın başqanı” bir həqiqəti anlamalıdır: artıq Ramiz Mehdiyevin cəzalandırılması tarixi zərurətə çevrilir, sabah xalq dövlətdən bunu tələb edəcək.

O, iki mühüm nüansı unutmamalıdır: Birincisi, qarşıda Azərbaycanı ağır sınaqlar, daxili və xarici düşmənlərlə nəticəsi bəlli olan döyüşlər gözləyir. Dövlət bunu etməlidir və edəcək. İkincisi, ölkəmizə qarşı həyata keçirilən bütün mənfur planların əsas korpusu kimi “5-ci kolon”un, bu korpusun da əsas fiquru hesab olunan R.Mehdiyevin adı hallanır.

Belə olan halda, “5-ci kolon”un üzvü olmadığını sübut etmək  R.Mehdiyevin bircə yolu qalır: AMEA-nın prezidenti vəzifəsindən və tutduğu digər postlardan dərhal istefa verməlidir.

Əks halda, bu cür dirənişlə sübut edəcək ki, “5-ci kolon”un başında duran əsas şəxslərdən biridir və Azərbaycana qarşı məkrli, çirkin planları var. O, dövlətin yanında, yaxud qarşısında olduğunu sübut etməlidir. 

Dövlət müxtəlif strukturlarda öz damarlarını “köhnə qvardiya”dan təmizləməyi bir çox hallarda bacarıb.

Amma yekunlaşmayıb. Qorxulu olan böyük şişlər yox, kiçik hüceyrələrdir.

Bəs biz ölkədə baş verən son hadisələr zamanı həm də hansı nəticələri hasil etdik? YAP iqtidar partiyası kimi öz siyasi xarizmasını, çəkisini, vitrin görünüşünü tamamilə itirib. Partiyanın siması hesab olunan şəxslərin açıqlamaları itirilmiş ciddiyəti daha da batırır.

Sanki YAP dövlətlə uyuşa bilmir. O, müasir tendensiyaların, çağdaş addımların həlqəsindən tamamilə kənarda qalıb. Sadəcə iqtidar partiyası olduğuna görə inzibati üsullarla öz movcudluğunu qorumağa cəhd edir. Qoruya bilmir, sadəcə cəhd edir. Axı YAP vaxtilə müxalifət partiyası kimi yaradılmışdı və cəmi bir neçə ay sonra iqtidara gəlmişdi. YAP bu gün ideoloji iş baxımından kiçik bir kütlənin qarşısında belə tab gətirə bilmir. Hələ əvvəlki illəri kənara qoyuram, son illərdə YAP-ın siyasi səhnədə atdığı bütün addımlar, reallaşdırdığı bütün layihələr iflasla nəticələnib.

R.Mehdiyevlə YAP funksionerlərini birlşdirən ortaq cəhətlər də var. Məsələn, YAP-ın bir çox funksionerləri özlərini “toxunulmaz” hesab edirlər, etdikləri bütün qanunsuzluqlara kobud don geyindirərək cəmiyyətə sırımağa çalışırlar. Belə addımlarla özlərindən daha çox dövlət rəhbərliyini hədəfə gətirirlər.

YAP dəyişilməlidir, yenilənməlidir, orada ciddi islahatlar həyata keçirilməlidir. YAP qüsul almalıdır. Oradakı batil şəxslərin əməllərinə görə...

Amma sevindirici bir məqam və YAP-ın yeniləşib paklaşacağına ümid yaradan bir mühüm amil də var: dövlətin rəhbəri həm də partiyanın – YAP-ın sədridir.

Samir FEYRUZOV

 

 

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"