“Ölkədə nə baş verir?” - Əziz Ələkbərli ilə MÜSAHİBƏ

09 sentyabr, 2020 16:25

Millət vəkili Əziz Ələkbərli Azərbaycanda baş verən son siyasi proseslərlə bağlı “Azsiyaset.com”-a müsahibə verib. Müsahibəni olduğu kimi təqdim edirik:

"Mən o fikirdə deyiləm ki, hakimiyyət köhnə komandadan təmizlənib"

- Əziz müəllim, ölkədə nə vaş verir? Sizcə, hər şey normaldır?

- Maraqlı sualdır. Ola bilər ki, ölkədə gedən proseslər kimin üçünsə normal olmasın və ya kimsə bu prosesləri qeyri-normal kimi təqdim etməkdə maraqlı olsun. Amma ortada bir fakt var: 2018-ci il prezident seçkilərindən sonra ölkədə aparılan kadr və struktur islahatları daha da sürətlənib və yeni vüsət, dönməz xarakter alıb. Cənab prezident öz siyasi iradəsini qəti şəkildə ortaya qoyub. Dövlətinə və xalqına xidmət etməyənlər və ya xidmət edə bilməyənlər, yeni idarəetmə metodları ilə işləyə bilməyənlər, rüşvətə, korrupsiyaya bulaşanlar idarəetmədən uzaqlaşdırılır və yerlərinə yeni kadrlar təyin olunur. Bunun nəyi pisdir ki?! Biz, bölgələrdən deputat seçilənlər yerlərdə əhali arasında çox oluruq, insanlar ölkə rəhbərini və onun apardığı islahatları birmənalı şəkildə dəstəkləyir. Rüşvətxor, korrupsioner məmurların işdən uzaqlaşdırılmasını xalq az qala bayram kimi qeyd edir, hətta bununla razılaşmır, belə məmurların həbsini tələb edirlər. Hamımız bunun şahidiyik. O başqa məsələ ki, illərlə xalqın və dövlətin qanını soranlar, xalqına və dövlətinə xəyanət edib digər ölkələrə nökərçilik edənlər bütün vasitələrlə aranı qarışdırmağa, diqqəti yayaındırmağa, özlərini və haram yolla yığdıqları sərvətlərini qorumağa çalışacaqlar və bunun üçün də bütün çirkin metodlara əl atırlar. Amma bunların heç bir faydası yoxdur, çünki bataqlıqdakı insan çabaladıqca batacaq.

"YAP-ın rayon təşkilatlarında islahatlara ehtiyac var"

- İlk baxışdan belə görünür ki, hakimiyyət köhnə komandadan tamamilə təmizlənib, ən strateji postları tutan, “köhnə qvardiya”nın əsas fiqurları hesab olunan şəxslər vəzifədən kənarlaşdırılıblar. Sizcə, bu proses yekunlaşıbmı, yoxsa “köhnə qvardiya”nın üzvlərindən vəzifədə qalan şəxslər hələ də var?

- Mən o fikirdə deyiləm ki, hakimiyyət köhnə komandadan təmizlənib. Hələ də kifayət qədər öz işinin öhdəsindən gələ bilməyən, dövlətinə və xalqına səmimi şəkildə xidmət etməyi bacarmayan, bir əli dövlətin cibində, bir gözü vətəndaşın əlində olan məmurlar var, belələri vaxtında kənara çəkilməlidirlər. Əks-təqdirdə zaman onları kürüyüb zibilliyə atacaqdır.

- Sizə elə gəlmirmi ki, bütün sahələrdə olduğu kimi hakim Yeni Azərbaycan Partiyasında da ciddi islahatlar aparılmalıdır?

- Təbii ki, bütün sahələrdə olduğu kimi, Yeni Azərbaycan Partiyasında da ciddi islahatlar aparılacaqdır. Yeni Azərbaycan Partiyası həmişə islahatların önündə gedib və heç şübhəsiz, indi də digər siyasi partiyalara və bütövlükdə cəmiyyətə nümunə olacağına şübhə etmirəm. Xüsusilə, partiyamızın rayon strukturlarında buna ehtiyac var.

"Məgər Ramiz Mehdiyev köhnə nomenklaturanın başında durduğunu, ölkədəki islahatlara “tormoz” vurduğunu bilmir?"

- Milli Məclisin buraxılacağı ilə bağlı fikirlər səsləndirilir. Siz necə fikirləşirsiniz?

- Məncə, buna qətiyyən ehtiyac yoxdur, çünki əvvəlki çağırış Milli Məclisin buraxılması, Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi məhz ölkədə aparılan islahatların tərkib hissəsi olaraq baş verdi və Milli Məclisə onlarla yeni deputatlar seçildi. Hazırda Milli Məclisdə çox peşəkar bir heyət - ziyalılar, mütəxəssislər, siyasətçilər ordusu təmsil olunur.

- Ramiz Mehdiyevlə bağlı baş verən hadisələrdən siz də xəbərdarsınız. İndiki məqamda o, nə etməlidir? R.Mehdiyevin yazdıqlarını müqavimət adlandıraq, yoxsa nə?

- Mən məsələyə öz münasibətimi bildirmişəm və uzun illər dövlət idarəçilik sistemində yüksək postlarda çalışan 82 yaşlı Ramiz Mehdiyev kimi birisinin vəzifədən getdikdən və ona AMEA kimi mötəbər bir qurumun rəhbəri kimi ali bir məqam etibar edildikdən sonra da siyasi proseslərə qoşulmasını böyük qəbahət və nöqsan hesab edirəm. Məgər o, köhnə nomenklaturanın başında durduğunu, ölkədəki islahatlara “tormoz” vurduğunu, ictimai rəydə nüfuzunun sıfır səviyyəsində olduğunu bilmir? Bilmirsə, o zaman onun indiyəqədərki idarəetmədə ölkəmizə vurduğu ziyanın həcmini də təsəvvür eləmək elə də çətin deyil. 

- Yazıçı Aysel Əlizadə sosial şəbəkələr vasitəsilə Prezident İlham Əliyevi istefaya çağırdı, dövlət başçısının ünvanına sərt ifadələr işlətdi. Bu tip çıxışlar ölkəmizdə azad sözün göstəricisidir, yoxsa nə? Buna sizin münasibətiniz? 

- Bu gün Azərbaycanın bir nömrəli problemi işğal altındakı torpaqlarımızın azad edilməsidir. Bunun da bir yolu var: dövlətin və xalqın birliyi, bütün ölkənin dövlət başçısının ətrafında sıx birləşməsi. 

 

 

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI