"Məsut Yılmaza dedim ki, biz Azərbaycanı İrandan əvvəl tanımasaq..." - MÜSAHİBƏ

19 oktyabr, 2021 09:11

Türkiyənin Pekindəki keçmiş səfiri,Türk Tarix Qurumunun həqiqi üzvü Bilal Şimşirin Turan agentliyinə müsahibəsi

- 2011-ci ilin aprelində Bilgi nəşriyyatında çıxmış 800 səhifəlik “Azərbaycan” adlı kitabınızda müstəqilliyin elanından əvvəlki və sonrakı prosesləri ətraflı şəkildə yazmısınız. O dönəmin xatirinizdə qalan mühüm anlarını oxucularımızla bölüşməyiniz mümkündürmü?

- SSRİ-nin dağılması prosesində bizim ən çox həyəcanla gözlədiyimiaz məsələ- Azərbaycanın öz müstəqiliyini elan etməsiydi. Hörmətli Özal 1991-ci ilin martında Moskvadan Bakıya gedəndə qardaş paytaxtda baş konsulluğumuzu açdıq. Oktyabrın 18-də Azərbaycanın öz müstəqilliyini yenidən elan etməsinə dair xəbəri həm Bakıdan həm də Moskvadan aldıq.

Daha sonra xəbərlərin gəlməməsi və Azərbaycanın bizdən tanınmağı  tələb etməməsi narahatlığımıza səbəb oldu. Həm hökumət Azərbaycanı tanımaqda ləng tərpənirdi həm də qardaş ölkənin müstəqilliyini tanımağımız üçün Bakıdan tələb gəlmirdi. Mən prezident Özal və baş nazir Məsut Yılmaza müraciət edərək tanınma tələbi  gətirməsi üçün Bakıya diplomat göndərməyi təklif etdim. O vaxt xristian ölkələri  SSRİ-dən ayrılmış eyni dindən olan ölkələri tez tanıdılar, ancaq Azərbaycanın müstəqilliyinin tanınmasından söhbət gedəndə bizim tanımağımıza da mane olmağa çalışırdılar.

Həm Özal həm də Yılmaz mənim təklifimə müsbət baxdılar və bir an əvvəl özümün Bakıya getməyimi istədilər. Mən Moskvadakı səfirliyimizin vəziri-muxtarı Halil Akıncı  və  müavinim Kurtuluş Taşkentlə   Bakıya getdim. Orada prezident və baş nazirlə görüşərək Türkiyəyə tanınma tələbi vermələrini istədik. Müxalifət lideri Əbülfəz Elçibəylə görüşümü də heç vaxt unutmaram. Çox sadə bir evdə  yaşayırdı, pəncərə sınmış, təzə şüşə salmamışdılar. 

İqtidarın da müxalifətin də Türkiyəyə tanınma tələbi verməsinə müsbət baxdıqlarını görüb Türkiyəyə qayıtdıq. Tələb gələn kimi vaxt itirmədən Azərbaycanı tanıma bəyannaməsi yazıb hökumətə təqdim etdik. Prezident Özala və baş nazir Məsut Yılmaza dedim ki, biz Azərbaycanı İrandan əvvəl tanımasaq, tarix bizi əfv etməz və münasibətlərimizin gələcəyində həmişə böyük nöqsanımız kimi xatırlanar.

Noyabrın 8-də Məsut Yılmaz hökuməti Azərbaycanı tanıyan bəyannaməni  təsdiq etdi. Daha sonra hökumət dəyişdi və DYP-SHP koalisiyasının xarici işlər naziri Hikmət Çətin  bəyannaməni məclisdə təsdiq etdirdi.

- Müstəqillik bəyannaməsi elan edilən kimi baş konsulluğun səfirliyə çevrilməsi barədə qərar qəbul edildi, Altan Karamanoğlu fövqəladə və səlahiyyətli səfir oldu...

- Altan bəy Ankaraya gəldi, onun etimadnaməsi  hazırlandı, Bakıdan razılıq gələndən sonra səfir oraya gedərək güvən məktubunu prezidentə təqdim edəcək, rəsmən fəaliyyətə başlayacaqdı.

Ancaq Altan bəyin ayağı sınmışdı, bir müddət xəstəxanada yatdı. Biz isə güvən məktubunun bir an əvvəl Bakıda prezidentə təqdim edilməsinə çalışırdıq. Məktubu Bakıya mənim aparmağım qərarlaşdırıldı. Əvvəlcə baş nazirlə görüşdüm, məktubu alıb bir tərəfə qoyandan sonra dedi ki, tələsəcək işimiz yoxdur.

Mən isə Türkiyənin tələsdiyini və səfir Karamanoğlunun güvən məktubunun bir an əvvəl təsdiq edilməsinin lazım olduğunu dedim. Məktub prezidentə təqdim edildi, mən Ankaraya qayıtdım, bir müddətdən sonra Altan bəy Bakıya getdi.

Dekabrın axırında Azərbaycan müstəqillik referendumu keçirəndə də mən Bakıdaydım. Azərbaycan çox gənc bir dövlət idi, səfirimizin güvən məktubunu prezidentə təqdim edəndə demişdim ki, bu, güvən məktublarının vahid formasıdır, siz də Azərbaycan Türkcəsində bundan hazırlatdırın. Həm iqtidarla həm də müxalifətlə daimi əlaqədəydik. 1992-ci ilin fevralında prezident Ankaraya gəldi, müharibə şəraitində olan  qardaş Azərbaycana dəstəyi genişləndirməyi qərarlaşdırdıq. 

- Sizin Azərbaycana daha əvvəlki gəlişinizi də yaxşı xatırlayıram. 1991-ci ilin iyununda Türk Tarix Qurumu heyətiylə Bakıda olanda  professor Abdulhaluk Çay sizin 20 dollarınızı mənə verib poçt markaları almağımı istəmişdi. O gəlişinizdə siyasi və diplomatik məşvərətləriniz olmuşdumu?

- O vaxt Azərbaycan müstəqillik elan etməmişdi. Ancaq prosesin Azərbaycanı müstəqilliyə doğru apardığını görməmək mümkün deyildi. Biz daha çox ortaq  əlifba və tarix məsələləri üzərində müzakirələr aparırdıq.

Məndə “Kommunist” qəzetinin 1922-ci ildə latın hərfləriylə çıxmış nüsxələri vardı. Əbülfəz Elçibəy dedi ki, bunları ilk dəfə görürük. O vaxt biz ərəb əlifbasından istifadə edirdik. Azərbaycan o işdə bizdən çox qabağa düşmüşdü, ancaq 1939-cu ildə  kiril əlifbasını qəbul etmək məcburiyyətində qalmışdı.

Biz Azərbaycanın latın əlifbasını qəbul etməsini istəyirdik. Bakıdakı müzakirələrimizdə fikir ayrılığı daha çox “ə”  və “x” hərflərinin üzərində olmuşdu. Azərbaycan alimləri bu səslərin dildə olduğunu, ona görə əlifbada da olmasının lüzumu üzərində durdular. Mən filatelistəm, ona görə Azərbaycanın öz poçt  markalarını hansı əlifbada yazacağı da mənim üçün maraqlı idi. O gediş-gəlişlərimizin  həm müstəqilliyin qazanılmasında həm də ölkələrimiz arasındakı münasibətlərin inkişafında əhəmiyyətli dərəcədə rolu oldu.

- Siz “erməni məsələsi”ylə bağlı Türkiyədə ən çox kitab çap etdirmiş araşdırıcı olduğunuza  görə  o sahədə dünya miqyasındakı prosesləri də yaxından təqib edirsiniz. Fransa senatının “soyqırım” olmamışdır”- deyənləri cəzalandırmağı nəzərdə tutan qanunu yenidən qəbul etməsi barədə nə deyə bilərsiniz?

- AİHM-in Perinçək qərarında bir hadisənin “soyqırım” kimi xarakterizə edilməsi üçün məhkəmə hökmünün olması zərurəti ifadə edilib. 1915-ci il hadisələriylə bağlı heç bir məhkəmə qərarının olmamasına baxmayaraq, Fransa senatının yenidən qanun qəbul etməsinin heç bir hüquqi əsası yoxdur. İsveçrə parlamenti öz qərarlarını ləğv etməyə hazırlaşarkən Fransa senatının yenidən eyni qərarı qəbul etməsi heç nə ifadə etmir. AİHM Böyük palatasının Perinçək-İsveçrə prosesində verdiyi qərar Avropa Şurasına üzv olan bütün ölkələr üçün bağlayıcıdır.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"