Bakı üzünü şimaldan çevirir - Putin Ermənistanla mütəffiqlikdən danışdı

24 sentyabr, 2020 12:40

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iki gün qabaq - sentyabrın 22-də azərbaycanlı həmkarı İlham Əliyevə telefon açıb. Xəbər verildiyi kimi, Ərdoğan Ermənistanın təxribatı nəticəsində dövlət sərhədində hərbçimizin şəhid olması ilə əlaqədar öz həmkarına və Azərbaycan xalqına başsağlığı verib.

Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirərək Qarabağ məsələsində Türkiyə rəhbəri və xalqının ölkəmizə daim göstərdiyi dəstəyi yüksək qiymətləndirib. Dövlət başçıları dost və qardaş ölkələr olaraq, Türkiyə və Azərbaycanın bundan sonra da bir-birinin yanında olacağını vurğulayıblar.

Türkiyə liderinin Bakıya telefon zəngi, şübhəsiz, normal və məntiqlidir. Əlbəttə ki, istər qardaş ölkədən olsun, istərsə də Azərbaycandan, bütün şəhidlər bizim üçün əzizdir. Lakin bu da var ki, ilk dəfə olaraq Ərdoğan bir hərbi qulluqçunun şəhid olması ilə bağlı azərbaycanlı həmkarına telefon açır. Adətən belə münasibət daha böyük hərbi toqquşma zamanı göstərilirdi. Belə bir həssaslıq isə iki ölkənin hərbi ittifaqı və qardaşlığının ən yüksək mərhələyə qalxdığının növbəti göstəricisidir. İki dövlət arasında gerçəkdən də bunca “ət-dırnaq” kimi yaxınlaşma olmamışdı.

Türkiyə prezidentinin Bakıya zəngi eyni zamanda işğalçı Ermənistana növbəti və sərt bir ismarışdır ki, nə qədər gec deyil, özünü yığışdırsın, havadarına arxayın olaraq bölgəni qarışdırmağa qalxmasın, Azərbaycana qarşı təxribatlara, odla oynamağa son qoysun. 

Yeri gəlmişkən, eyni gündə Ərdoğan Ermənistanı Güney Qafqazda sülh və sabitliyə əsas maneə adlandırıb.

“İyul ayında Azərbaycan ərazilərinə hücum edən Ermənistan yenə də Cənubi Qafqazdakı uzunmüddətli sülh və sabitlik üçün ən böyük əngəl olduğunu nümayiş etdirdi”, - deyə Ərdoğan srağagün BMT Baş Məclisində çıxışı zamanı bildirib. “Biz bölgədəki münaqişələrin, xüsusən də Qarabağ münaqişəsinin, Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə, BMT və ATƏT-in qətnamələrinə riayət edilməklə həll olunmasını dəstəkləyirik” - Türkiyə başçısı vurğulayıb.

O da diqqətçəkicidir ki, qardaş ölkədən Bakıya ən yüksək səviyyədə dəstək bəyanatlarının verildiyi günlərdə Rusiya Ermənistanda işğalçı ölkə ilə “Qafqaz 2020" komanda-qərargah təlimlərə başlayıb. Sentyabrın 26-dək davam edəcək təlimlərdə 1500 nəfərlik şəxsi heyət və 300-dən çox hərbi texnika və döyüş sistemi cəlb olunub.

Ankaradan Bakıya ən yüksək səviyyədə dəstəyin bəyan edildiyi yenə məhz bu günlərdə Rusiya prezidenti Vladimir Putin bildirib ki, “Rusiya-Ermənistan müttəfiqliyi bölgədə sabitliyin qarantıdır”. Qəribədir, deyilmi? Görəsən, təcavüzkar, qonşu dövlətin ərazisində etnik təmizləmə aparan işğalçı ölkə regionda necə sabitlik qarantı ola bilər?

Beləcə, Türkiyə və Azərbaycanın Cənubi Qafqazda sabitlik anlayışı ilə Rusiya və Ermənistanın sabitliklə bağlı təsəvvürləri arasında ciddi fərq ortadadır. Bu fərq isə beynəlxalq hüquqa münasibətdən qaynaqlanır. Zatən, Ukraynanın Krımını, Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrini zorla özünə ilhaq edən şimal qonşumuzla Azərbaycanın qanuni torpaqlarının 20%-ni illərdir işğal altında saxlayan Ermənistanın nə fərqi qalıb ki? 

Siz heç bircə dəfə olsun, Rusiya rəhbərlərinin dillindən “işğalçı Ermənistan” ifadəsini eşitmisinizmi? Belə yerdə “Su axar çuxurunu tapar” deyib azərbaycanlı atalar.

Söz düşmüşkən, srağagün İlham Əliyevin ukraynalı həmkarı Vladimir Zelenski ilə də telefon danışığı olub. Söhbət zamanı Azərbaycan prezidenti bir daha rəsmi Bakının Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bəyan edib. Bəllidir ki, Ukrayna, Krımla bağlı beynəlxalq hüquqa eyni prinsipial yanaşmanı qardaş Türkiyə də sərgiləyir. Çünki Azərbaycan və Türkiyənin heç kimin torpağında gözü yoxdur.

Bir neçə gün qabaq isə İlham Əliyev yerli telekanallara müsahibəsində qonşu Rusiyadan Ermənistana hava yolu ilə silah-sursat daşınmasına icazə vermədiyi üçün Gürcüstana təşəkkür etmiş, onu Azərbaycanın etibarlı tərəfdaşı adlandırmışdı. Bununla da beynəlxalq hüququ, Qarabağa dair qəbul edilmiş sənəd-qətnamələri daim iqnor edib təcavüzkar Ermənistanı hər vəchlə ayaqda saxlayan, onu Azərbaycana qarşı silahlandıran Moskvaya növbəti dəfə öz etirazını ifadə eləmişdi.

Rəsmi Bakı Tiflisə təşəkkür eləməklə sözsüz ki, həm də Rusiyanın ölkəmizə etibarlı tərəfdaş olmadığına açıq işarə edib. Elə isə Azərbaycan niyə də öz təhlükəsizliyi naminə üzünü şimaldan cənub-qərbə - Türkiyəyə tutmasın, arxasını Ermənistanın strateji müttəfiq Rusiyaya yox, ən böyük arxa-dayağı Türkiyəyə söykəməsin?

Ərdoğanın yuxarıdakı açıqlaması da daxil, Ankara və Bakı bütün bunlarla bir daha dünyaya, o sırada Kremlə anlatmaq istəyir ki, Rusiya və Ermənistan beynəlxalq hüquqa arxa çevirdikcə, bölgədə uzunmüddətli sabitlik bərqərar olmayacaq. 

Bu isə Kremlin özünün də orta və uzaq perspektivi maraqlarına ziddir. Ən azı ona görə ki, Qarabağ konflikti ədalətli həllini tapmadan Rusiyanın Azərbaycan və Türkiyə ilə əlaqələri heç vaxt yüksək səviyyəyə qalxmayacaq.

musavat.com

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR