"Rusiya Ukraynanı xaraba qoya bilər, amma..." - "The Economist" nəşri...

19 fevral, 2022 20:22

"Fevralın 14-də Rusiya televiziyasında Vladimir Putinlə xarici işlər naziri Sergey Lavrovun söhbəti nümayiş etdirildikdən sonra böyük ümidlər yaranmışdı. Bundan bir gün sonra Rusiya Müdafiə Nazirliyinin Ukrayna yaxınlığında cəmləşdirilmiş 180 minlik qoşunun çıxarılacağına dair bəyanatı ümidləri daha da artırmışdı".

Bu barədə " The Economist" qəzetində dərc olunan məqalədə bildirilir.

“Rəsmilər və birjalar bir az rahat nəfəs almışdılar. Amma çox təəssüf ki, açıq mənbələr qoşunların çıxarılmadığını göstərdi",- yazıda bildirilir.

"The Economist" yazır ki, bir çox Qərb təhlükəsizlik rəsmiləri Putini yalançılıqda ittiham etdilər. Məqalədə deyilir ki, indi hətta qoşunlar geri çəkilsə də, böhran bitməyəcək və müharibə olsa da, olmasa da Putin yaratdığı bu böhranla artıq öz ölkəsinə ziyan vurub.

"The Economist" qeyd edir ki çox sayda Qərb müşahidəçiləri bu qənaətlə razılaşmaya bilərlər. Onların fikrincə Putin özünü bir daha beynəlxalq diqqətin mərkəzinə gətirdi və isbat etdi ki, Rusiya ilə hesablaşmağa dəyər. O Ukraynanın sabitliyini pozdu və hamıda belə bir təsəvvür yaratdı ki, Ukraynanın gələcəyi onun əlindədir. Putin ölkə daxilində özünün dövlətçiliyini nümayiş etdirdi və diqqəti ölkəsindəki ağır iqtisadi vəziyyətdən, Aleksey Navalnı kimi müxalifətçilərə qarşı repressiyalardan yayındıra bildi.

Məqalədə bildirilir ki, Putinin əldə etdiyi bu uğurlar taktiki səciyyə daşıyır və daha uzun müddətdə, strateji mənada o bu oyunu uduzub: "Putin yalnız bir məqsəd – bütün nəzərləri öz üzərinə gətirmək məqsədilə hərəkət etsə də, rəqiblərini elektrikləşdirdi. Co Baydenin başçılğı altında Qərb, Rusiyaya qarşı 2014-cü ildə olduğundan daha sərt sanksiyalar barədə razılığa gəldi. Əgər 2019-cu ildə Fransa prezidenti Emmanuel Makron NATO-nun “beyin ölümü” keçirdiyini bəyan etmişdisə, indi NATO özünün şərq cinahını Rusiyaya qarşı möhkəmləndirməklə təzələnmiş məna tapdı. Adətən məsafə saxlamağa çalışan İsveç və Finlandiya indi hətta NATO-ya qoşula bilərlər.

Rusiyanın "Şimal Axını-2" qaz kəməri layihəsi məsələsində o qədər də müdriklik etməyən Almaniya bildirir ki, Rusiya Ukraynaya hücum edərsə, bu kəməri itirə bilər".

Məqalədə deyilir ki, Putin Qərbin belə reaksiyasını əvvəlcədən bilsəydi, bəlkə də bu oyuna başlamazdı: “Ukrayna əlbəttə əzab çəkir, amma böhran ukraynalıların gələcək talelərinin Qərblə bağlı olduğuna inamını gücləndirdi. Əlbəttə Putin Ukraynanın NATO-ya qoşulmayacağına dair təminat da qopara bilər, amma bu çox ucuz nailiyyətdir, çünki Ukrayna üçün NATO üzvlüyü onsuz da çox uzaq perspektivdir. Ən başlıcası isə budur ki, bütün son illər ərzində diqqətdən kənarda qalan Ukrayna Qərbin misli görünməmiş diplomatik və hərbi dəstəyini qazandı. Böhranda əldə edilmiş bu nailiyyət Rusiya qoşunlarını geri çəksə də, yox olmayacaq. Bu, Putinin istədiyinin tamamilə əksidir”.

Bu da doğrudur ki, cənab Putin raketlər və hərbi manevrlər də daxil, Avropanın təhlükəsizliyi məsələsini gündəmə gətirib, amma bu barədə danışıqlar hamının marağındadır.

"The Economist" yazır ki, əgər hər iki tərəfin qazandığı danışıqlar Putinin qələbələri sayılırsa, qoy onun belə qələbələri çox olsun. Lakin Putinin ən böyük itkisi ölkəsi daxilində baş verib. Rusiya qapalı qəsr iqtisadiyyatı qurmağa çalışıb. Öz valyuta ehtiyatlarını artırıb və bu ehtiyatlarda dolların payını azaldıb. O şirkətlərin xarici kapitaldan asılılığını əngəlləyib. Öz texnologiyalarını yaratmağa cəhd göstərib. Rusiya hətta özünün karbohidrogen xammalına yeni müştəri tapmaq ümidi ilə Çinlə dostlaşıb. Bütün bu tədbirlər Qərb sanksiyalarının potensial ziyanını azaltsa da, onu tam aradan qaldıra bilməyib. Avropa İttifaqı hələ də Rusiyanın bütün ixracatının 27 faizinin müştərisidir. Çinin payına bunun yarısı qədəri düşür.

Çin istiqamətində çəkilən “Sibirin gücü” qaz kəməri 2025-ci ildə hazır olanda belə Avropaya gedən qazın yalnız beşdə birini nəql edəcək. Ciddi münaqişə olarsa, sanksiyalar təcili bank köçürmələri şəbəkəsini hədəfləyəcək, Rusiyanın iri banklarını maliyyə sistemindən məhrum edəcək. "Huawei" sayağı idxal məhdudiyyətləri Rusiyanın texnoloji şirkətləri üçün böyük çətinlik yaradacaq.

Məqalədə deyilir ki, əgər Putin Çinə üz çevirsə, onun ölkəsi qeyri-sentimental bir rejimin olsa-olsa kiçik partnyoru olar. Çin onsuz da Rusiyaya diplomatik yayındırıcı və geridə qalmış ucuz xammal mənbəyi kimi baxır. Cənab Putin belə bir boyunduruğun altına girməli olacaq.

Avtokratiyaların ittifaqı Rusiyanın daxilində də psixoloji baxımdan baha başa gələcək:“Bu nümayiş etdirəcək ki, Putin Ukrayna demokratiyasına və onun Qərblə bağlarının möhkəmlənməsinə özlərinin Rusiyanı talan etmək imkanına təhlükə kimi baxan güc strukturlarına və təhlükəsizlik boslarına güvənə bilir”.

Məqalədə deyilir ki, belə bir vəziyyət Rusiyanın öz kapitalist və texnokratlarını məyus edəcək. Onların ən ağıllıları ölkədən gedəcək, qalanları isə fəaliyyətini dayandıracaq. Durğunluq və inciklik müxalifətə işləyəcək.

"The Economist" yazır ki, bütün bunları bilə-bilə Putin müdaxiləyə getsə, bu böhranın daha ağır nəticələri olacaq. Əgər o Dövlət Dumasının təklif etdiyi kimi Donbasın qondarma respublikalarını tanısa, belə bir fikir təsdiqini tapacaq ki, Putindən nə desən gözləmək olar. Məqalədə deyilir ki, belə bir vəziyyət Ukraynanı xaraba qoysa da, Rusiyanın özünə müharibə təhlükəsindən daha böyük ziyan vuracaq. Qərb daha da yadlaşacaq və Rusiya qazına birdəfəlik arxa çevirəcək. Ukrayna Rusiyanın qan verən yarasına çevriləcək, Putinin özü isə müflis olacaq.

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"