Almaniya və İtaliya Rusiya ilə aparılan neft-qaz ödəmələrinə sanksiya qoyulmasına razılaşmır

25 fevral, 2022 14:56

"Amerikanın son günlərdəki hərəkəti göstərir ki, təktərəfli sanksiyalar qoymaq istəmir. Birinci onu göstərmək istəyir ki, Rusiya müttəfiqləri bölə bilməyib. Bu hekayəni hökümət çox vacib hesab edir".

Bunu ABŞ-ın Şimali Dakota Universitetinin maliyyə üzrə dosenti Fariz Hüseynli deyib.

F.Hüseynli bildirib ki, həmişə beynəlxalq sistemdə dolları silah kimi işlətmək tənqid olunur:

"Dollar kimlər tərəfindən silah kimi işlədilir? Təkcə Rusiya, Çin yox, həm də Avropa tərəfindən. Hələ İrana qarşı sanksiya qoyanda Avropa bankları alternativ ödəmələr sistemi söhbəti edirdi. İndi Amerikanın əsas hədəfi sanksiyaları Avropa və başqa müttəfiqlərlə birgə qoymaqdır. Deməli, proses yavaş gedəcək. Artıq əsas dövlət bankları və şirkətlərinə ilk ağır sanksiyalar qoyuldu. Əsas problem Almaniya və İtaliyadır. Razı olmurlar ki, Rusiya ilə aparılan neft-qaz ödəmələrinə sanksiya qoyulsun. İngiltərə və Amerika nə qədər təzyiq etsə də, hələ razılıq əldə edilməyib. İngiltərə bu mövzuda əlindən gələni edir.

"SWIFT ətrafında müzakirələr gedir. Əslində Swift olmadan da edə bilər. Məsələn tək tərəfli ya da İngiltərə ilə birgə - dollar və pounda əli dəyən Rusiyaya ödəmə etməyəcək. Müxbir hesablar dondurulacaq və Rusiya ilə iş görənin dollara əli dəyməsin. SWIFT onsuz da bankların mesaj sistemidir, pul müxbir hesablardan gedir. Edə bilər bunu amma hələ etmək istəmir, çünki etsə deməli Avropa ilə fikir ayrılığı var və bunu Çin də not edəcək. Əlbəttə Çinin necə davranacağı da önəmlidir" - F.Hüseynli əlavə edib.

Ekspert xatırladıb ki, dünən Bayden dollar, pound, avro, yen və s. ödəmələrini kəsəcəklərini dedi. Amma bütün sistemi yox, ayrı ayrı bankları dedi və dolayı yolla onların müxbir hesablaşmasını çətinləşdirdi. Texnologiya ixracı sanksiyası da qoyuldu. Sonra satınalmalarda Almaniyanın təkidilə neft qazı qismən saxlasa da, dünən Rus neftini şirkətlər almaq istəməyiblər, bəzi marka spot qiymət hətta mənfi olub. Banklar da bəzi ticarət anlaşmalarına kredit məktubu verməyiblər. Hamı yeni sanksiyalardan qorxur. Uzun sözün qısası təktərəfli çox şey edə bilərlər və Avropaya da “ya bizdənsiz, ya düşmənsiz” deyə bilərlər. Amma dediyim kimi, indiki hökümətin yanaşması kollektiv qərar almaqdır, ona görə gecikirlər. Dünən iki ölkəni soruşdular - Çindən qoşulmağı istəyəcəksiz mi? Dedi ki, komment etməyəcəm. Hindistan isə görüşəcəyik dedi. Ola bilsin, Çinlə danışıqlar gedir".

"Yəni sanksiya məsələsinin kökü budur. Ümid edirəm əvvəl axır ya Avropadakı iki üç ölkəni yola gətirib hamılıqla tətbiq edəcəklər, ya da artıq təktərəfli daha sərt sanksiyaları qoyacaqlar. Sanksiyaları həmişə artırıb sistemi tam qurutmaq olar. Deyəcəksiniz ki, bəs dörd aydır hücumu və ssenariləri dəqiqliklə demişdilər, niyə bu proses o vaxtdan başlamadı? Çünki Avropada buna inanmırdılar. Makron son günlərə qədər sülh danışığı aparırdı, qalanları da inanmırdı. Təəssüf ki, gərək tanklar hərəkətə keçərdi ki, inanardılar…" - F.Hüseynli vurğulayıb.

 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"