"Qiymətləri belə qaldırmaq olmaz!" - Deputatdan etiraz

26 may, 2022 10:05

Bakı və ətraf ərazilərdə faraş kartof və soğanın, eləcə də, digər kənd təsərrüfatı məhsullarının qiymətində kəskin bahalaşma müşahidə olunur.  Ötən il 1 kiloqramı 50 qəpik olan faraş kartofun qiyməti hazırda 1 manat 40 qəpik - 2 manat arasında dəyişir. 3 kiloqramı 1 manata olan soğan isə 0.90 qəpik-1 manatdan təklif edilir. Pomidor-xiyar 2 manat 50 qəpik - 4 manat arasında satılır. Mövsümü meyvələrin qiymətindən danışmağa isə dəyməz.

Kənd təsərrüfatında məhsuldarlığın bol olduğu söylənilsə də, qiymətlər gün keçdikcə qalxır.

Bu barədə Modern.az-a danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev də vətəndaş olaraq bahalaşmadan gileylidir.

Komitə sədrinin sözlərinə görə, yerli məhsulların istehsalına önəm verilirsə, onun artırılması üçün dövlət tərəfindən əhəmiyyətli tədbirlər həyata keçirilirsə, deməli, bu məhsulların bahalaşması yolverilməzdir:

"Təəssüflər olsun ki, kartof-soğanın, meyvələrin qiyməti kəskin şəkildə artıb. İki-üç ay bundan əvvəl kiloqramı 90 qəpik olan almanın kiloqramı indi 3 manat 80 qəpik olub. Bu, bazarda inhisarçılıq edənlərin “xidmətidir”, onlar qlobal bahalaşmadan süni şəkildə istifadə edirlər. Bu gün məhsulun istehsalından, istehsalın artımından danışırıqsa, necə ola bilər ki, qiymətlər gün keçdikcə bahalaşır?”

T.Rzayev qeyd edib ki, kənd təsərrüfatı məhsullarının istehsalı artıb:

"Bizə təqdim olunan statistikaya görə, kənd təsərrüfatı məhsulları son illər müvafiq olaraq artır. Kartof, soğan və digər kənd təsərrüfatı məhsullarının artımında irəliləyiş var, belə olan halda qiymətlər aşağı düşməlidir. Bazarda anlaşılmazlıq var, müvafiq orqanlar tərəfindən qiymətlər təmin olunmalıdır. Tez-tez monitorinqlər keçirilməlidir, sahibkarlıq azaddır, ancaq bu o demək deyil ki, sən istənilən qiyməti qoyub, məhsulu bazara çıxarmalısan. Vətəndaşlarla tez-tez görüşürük qiymətlərdən çox narazıdırlar. Marketlərə, bazarlara özümüz də gedib görürük, qiymətləri belə qaldırmaq olmaz. Müəyyən işbazlar bazarları tənzimləyirlər, ona görə də bu qədər qiymət artımı yaranır”.

Komitə sədri deyib ki, hazırkı hava şəraiti də təsərrüfata müəyyən qədər təsir edəcək:

“İqlim dəyişikliyi bütün dünyada baş verir və çox ciddi problemlər yaradır. Son illər təxminən 40%-ə qədər kənd təsərrüfatı məhsulları iqlim dəyişikliyindən və ziyanvericilərdən zərər görüb. Havanın temperaturunun bu qədər aşağı düşməsi kənd təsərrüfatına çox pis təsir edir. Qarşıdakı müddətdə bunun qiymətlərdə təzahürünü görəcəyik".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR