"6 milyonu ödəməyə hazıram" - Vilyam Hacıyev

27 may, 2022 14:24

Külli miqdarda mənimsəmə və rüşvət ittihamı ilə həbs edilmiş İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə V.Hacıyev sərbəst ifadə verib. O bildirib ki, mənimsəmə faktları ilə heç bir bağlılığı yoxdur. İcra Hakimiyyətlərinin rəhbərinin büdcədən ayrılan vəsaiti nəğdləşdirməsi mümkün deyildir: “Podratçı şirkətlər mənə pul verdiklərini deyirlər. Amma ortada sübut yoxdur. Mən də durum deyim ki, onlara filan qədər pul vermişəm. Məgər bu, sübutdur?! Niyə 8 il ərzində hüquq-mühafizə orqanlarına şikayət edilməyib?! Hörmətli məhkəmə, baxmayaraq ki, ittiham aktında göstərilən məbləğləri mən mənimsəməmişəm, amma mənimsəmə mənim dövrümdə olduğu üçün mən yaxın qohumlarımın vəsaiti hesabına dövlətə dəymiş ziyanın bərpası üçün 6 milyon manat ödəməyə hazıram. Sizdən lazımi cavab gözləyirəm”.

Daha sonra sabiq başçı qanunsuz silah saxlamada ittiham olunduğu maddə üzrə danışıb. O bildirib ki, həmin silahı illər öncə rəsmi sənədli şəkildə silah mağazasından alıb: “Silahın həqiqətən sənədli şəkildə alınmasına dair mağazaya sorğu verib cavab almışıq. Cavabı məhkəməyə də təqdim etmişik. Əgər onun patronlarının içindəki barıtın miqdarının bir neçə qram çox olduğunu yalnız ekspertiza müəyyən edə bilirsə, bir alıcı kimi mən hardan bilim ki, patronda nə qədər barıt var?!”.

Hacıyev rüşvət ittihamlarına cavab olaraq heç kimdən rüşvət almadığını deyib: “Mənim həbsimdən sonra yüzlərlə imişlili Prezidentə müraciət edərək azadlığa buraxılmağımı istəyib. Yaşımı və dəymiş ziyanı ödəmək niyyətimi nəzərə alaraq barəmdə humanist qərar çıxarmağınızı xahiş edirəm”.

Daha sonra dövlət ittihamçısı sabiq başçıya suallar verib. Prokuror soruşub ki, DTX-nin əməliyyatı zamanı V.Hacıyevin Bakıdakı mənzilindən çıxan 2,5 milyon dolları, 1 milyon avro, 55 min manat və digər valyutalarda çıxan pulların (ümumilikdə 6,3 milyon manat) mənbəyi hardandır. Vilyam Hacıyev pulların həyat yoldaşının babasından miras qaldığını və qohumlarına məxsus olduğunu bildirib.

O, digər sualları cavablandırmaq istəməyib.

Proses iyunun 4-də davam etdiriləcək.

Xatırladaq ki, Vilyam Hacıyev 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR