"Arvad əriylə dalaşıb bozbaş bişirmir, bunu efirə çıxarırlar" - Deputatdan etiraz

28 may, 2022 12:03

Bu gün Azərbaycanda sosial məzmunlu verilişlər reytinqli olsa da, efirdə müzakirə olunan mövzular çox vaxt narazılıqla qarşılanır. Yerli telekanallarda yayımlanan bu verilişlərdə ailə-məişət mövzuları, elementar problemlərin işıqlandırıldığını tez-tez görürük.

Bəs görəsən, hər xırda problemə görə insanlar niyə ucqar kəndlərdən birbaşa efirə üz tuturlar? Kəndlərdəki aidiyyatı qurumlar onların problemini həll etmirmi? 

Mövzu ilə bağlı danışan millət vəkili Aqil Abbas insanların bu mövzuda yanlış etdiyini, problemləri ilə bağlı aidiyyatı orqanlara üz tutmadığını deyib:

“Rayon və kəndlərdəki aidiyyatı qurumlar insanların problemini həll etmir fikri ilə razı deyiləm. Əvvəla, görünür, onlar aidiyyatı orqanlara müraciət etmirlər. Etsələr, gəlib televiziyaya çıxmazlar. Bu məsələ təkcə ucqar rayonlara aid deyil, Bakıdan da sosial verilişlərə müraciət edirlər, bunu tez-tez efirdə görürük. Vətəndaşlar aidiyyatı orqanlara müraciət etmirlər. Efirdən əvvəl aidiyyatı qurumlara müraciət edərlərsə, onların problem tez həll olar. Əminəm ki, aidiyyatı qurumlar köməyə ehtiyacı olan şəxslərdən əllərindən gələni əsirgəməzlər. İstər polis, istər məhkəmə mütləq kömək edər. Bu mövzuda insanlar səhv edirlər. Birinci aidiyyatı orqana müraciət edilməlidir, əgər müraciət onlar tərəfindən baxılmasa, problem həll edilməsə, ondan sonra məsələni televiziyalara, saytlara, qəzetlərə çıxarıb ictimailəşdirmək olar. Bunu eləmədən birbaşa Bakıya gəlib efirə çıxırlar”.

Onun sözlərinə görə, bu məsələdə telekanalların da üzərinə məsuliyyət düşür:

“Təbii ki, televiziya hər şeyi ictimailəşdirə bilməz. Onlar birinci araşdırmalıdırlar, görəndə ki, problem rayonda, kənddə həll edilməyib, bu zaman onu ictimailəşdirməlidirlər. Buna görə tekanalları qınamaq olmaz. Amma elə şeylər var ki, onu ictimailəşdirmək olmaz. Məsələn, ər arvadı ilə dsalaşıb, arvad əsəbləşib kişiyə bozbaş bişirməyib, bunu efirə çıxarırlar. Bu, düzgün deyil”(yenisabah.az). 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR