Şəhid Araz Seyfullayevin doğum günüdür

28 may, 2022 12:17

Şəhid Seyfullayev Araz Elsevər oğlu 28 may 2022-ci il tarixdə doğum günüdür. 

Şəhid Seyfullayev Araz Elsevər oğlu 28 may 2001-ci il tarixdə Masallı rayonu Digah qəsəbəsində anadan olub.

2007-ci ildə Masallı rayonu Digah 4 saylı orta məktəbinin 1-ci sinifinə getmiş 2018-ci ildə həmin məktəbi bitirmişdir. 2019-cu ildə həqiqi hərbi xidmətə çağrılmış, hərbi xidməti xüsusi təyinatlı qüvvələrdə xidmət etmişdir.

4 oktyabr 2020-ci il tarixdə Fizuli Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 8 oktyabr 2020-ci il tarixdə Masallı rayonu, Digah qəsəbəsində  torpağa  əmanət  edilmişdir.

Şəhdimizin anası Günay Seyfullayeva deyir ki, Araz XTQ-yə seçiləndə biz təkid elədik ki, sənin üçün çətin olacaq, Araz isə fikrində qəti idi. Onu çox sorğu-suala tutsaq da, “narahat olmayın, hər şey əladır” deyərdi. Araz hər zaman Vətən sevgisi ilə yaşayıb və torpaqlarımızın işğaldan azad edilməsi onun ən böyük arzularından biri olub. Ona görə də Araz hərbi xidmətdə olduğu dövrdə ancaq döyüş bölgəsində xidmət etmək istəyirdi.

Şəhidin kiçik qardaşı Murad bir neçə aydır ki, daxili qoşunlarda hərbi  xidmətdədir. Qalib əsgər kimi Vətənə xidmət edən Murad şəhid qardaşı Arazın işğaldan azad etdiyi torpaqları göz bəbəyi kimi qoruyacağına söz verib.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Araz Seyfullayev ölümündən sonra  “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda, Sücaətə görə, Cəsur döyüşçü və Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR