"Çin hakimiyyəti uyğurlara qarşı soyqırımını dayandırmalıdır" - Blinkendən çağırış
30 may, 2022 00:24
ABŞ dövlət katibi Entoni Blinken Çində insan haqlarının vəziyyəti ilə bağlı narahatlığını bildirib.
O, Çin hakimiyyətini Sincan əyalətində uyğurların soyqırımını dayandırmağa çağırıb.
Blinken deyib ki, Çin BMT-nin İnsan Haqları üzrə komissarı Mişel Baçeletin bölgədəki vəziyyətlə bağlı müstəqil qiymətləndirmə aparmasına mane olub.
Onun sözlərinə görə, ABŞ Sincanda 1 milyondan çox sakinin saxlanılması ilə bağlı məlumatdan dərin narahatdır.
Məhbusların yaxınları işgəncə, cinsi zorakılıq, məcburi sterilizasiya, o cümlədən məcburi əmək və uşaqların valideynlərindən ayrılması halları barədə məlumat veriblər.