"Bu yaşıma qədər belə həyasızlıq eşitməmişdim" - Mirələmovla bağlı daha bir skandal

30 may, 2022 16:30

""Ədəbiyyat qəzeti”nin şöbə müdiri Sərvaz Hüseynoğlu açıqlama verib ki, Hüseynbala Mirələmov imzasıyla çap olunan “Ənvər Paşa” romanını mən yazmışam. Bu yaşıma qədər çox yalan və böhtanlara şahid olmuşam, amma bu qədər həyasızcasına danışılan bir yalan hələ eşitməmişdim!”.

Bu bəyanatla yazıçı Hüseynbala Mirələmov çıxış edib. O qeyd edib ki, əvvəla, Sərvaz Hüseynoğlunu o şəxsən tanımır:

“İkincisi, insan necə ağır bir psixi pozuntudan əziyyət çəkməlidir ki, tanınmış bir yazıçının əsərinə belə iddia irəli sürsün?! 

“Ənvər Paşa” romanının üzərində işləyəndə “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın xahişi ilə əsərdən bir hissəni çap etmək üçün 2020-ci ilin noyabrında sözügedən qəzetə yollamışdım. 

Elə həmin günlərdə də əsərdən bir parça qəzetdə dərc edildi. Görünür, qəzetə gələn materiallara işinə uyğun deyil, “müştəri gözü”ylə baxan adıçəkilən şöbə müdiri elə həmin vaxt özlüyündə bu qərara gəlib ki, yaxşı ələ keçirilməli materialdır, amma bu oğurluğu həmin vaxt bacara bilmədiyinə görə, aradan iki il keçəndən sonra Azərbaycanda və Türkiyədə uğur qazanmış əsərimi öz adına çıxmaq kimi bir həyasızlığa cəsarət edib. 

Day iki il niyə gözləyirdi ki, elə o vaxt söyləyərdi də bu mənfur yalanını?! “Ənvər Paşa” romanımın uğurundan necə həsədə qapılıbsa, anidən ağlını qaçırıb. Buna başqa ad tapmıram! Halal müəlliflik hüququmu qanuni yolla müdafiə edəcəyəm və yazıçı nüfuzuma xələl gətirmək cəhdinə görə Sərvaz Hüseynoğlunu məhkəməyə verməyi düşünürəm”.

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR