Müdafiə Sənayesi Nazirliyinin balansındakı zavodda nələr baş verir? – ŞOK DETALLAR

31 may, 2022 19:19

Bir neçə gün öncə Tərtər rayonunda Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan zavodun ərazisində yanan yeni tikilmiş şəxsi evlə bağlı bəzi detallar üzə çıxıb.

Publika.az-a etibarlı mənbələrdən daxil olan məlumata görə, həmin yanan ev zavodun müdiri Bəylər Zeynalova məxsusdur. Bildirilir ki, zavod müdiri nazirliyin balansında olan ərazidəki bu evi oğlu üçün inşa etdiribmiş.

Bəylər Zeynalovun 2008-ci ildən bu zavoda rəhbərlik etdiyi bildirilir. İddialara görə, Bəylər Zeynalov zavodun balansında olan bütün yolqırağı əraziləri də satıb. Vurğulanır ki, söhbət 18 obyektin satılmasından gedir. Hətta həmin obyektlərdən birini Tərtər Rayon Polis Şöbəsinin əməkdaşı alıb. Mənbələrimizin məlumatına görə, hazırda polis kapitanı Rəşad Hüseynovun zavod müdirindən aldığı obyekt “moyka” və çayxana kimi fəaliyyət göstərir.

Yolqırağı obyektlərdən birini də Tərtər Rayon İcra Hakimiyyətinin şöbə müdiri Füzuli Əliyev 3 ay öncə 90 min manat ödəyərək sahiblənib. Məlumatlara görə, zavod müdiri hətta rayonun icra başçısı ilə də hesablaşmır. Bəylər Zeynalovun qardaşı Eldar Zeynalovun “Qaçqınkom”da aparat rəhbəri olduğu deyilir.

Nazirliyin balansında olan və yanan evin hazırda qapılarının bağlı olduğu bildirilir.

Maraqlıdır, görəsən, Müdafiə Sənayesi naziri Mədət Quliyevin Tərtərdə olanlardan xəbəri varmı? Görəsən, bu yazıdan sonra Tərtər rayonundakı zavod müdiri ilə bağlı bu iddialar öz əksini tapacaqmı? İddialar öz əksini tapdığı halda, Bəylər Zeynalovla bağlı hansı ölçü götürüləcək?

İddialarda adları keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR